Jurnalist Peyman Sadıqovun da namizədliyi qeydə alınıb

A094F101 EB87 4327 B953 540276480280Daha bir jurnalistin -- “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş redaktoru Peyman Sadıqovun da, deputatlığa namizədliyi qeydə alınıb. 46 saylı Şirvan Seçki Dairəsindən namizədliyini irəli sürən jurnalistin özünün araz.az-a verdiyi məlumata görə, Şirvan şəhər əhalisinin bir qismi, ona, namizədliyini irəli sürməsi təşəbbüsü ilə müraciət ediblər: "Şirvanlıların məni deputat görmək istəyib-istəməmələri mənim üçün həddən artıq vacib idi. Çünki həmişə Şirvandakı sosial problemlərlə maraqlanan və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməyən yerli qələm sahibi kimi özümü tanıtmışam. Şəhid ailələrinin, əlillərin, xüsusən də məcburi köçkünlərin yanlarında olmaqla, onların sosial problemlərinin həllinə köməklik göstərmişəm. Digər problemlərin həlli istiqamətində etdiklərim də, onların gözləri qarşısında olub". 

Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında, hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov öz açıqlamasında həm bir yazar, həm də ölkə başçısının "Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır" sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş aktiv bir gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu vurğulayıb: “İndiyə qədər xalqıma, dövlətimə xidmət etmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.
Biz də, prinsipial mövqeli həmkarımızın öz seçicilərinə verdiyi vədlərinə tam inanır və bildiririk ki, o, seçicilərinin etimadını qazanıb, deputat seçiləcəyi təqdirdə, onlarla müntəzəm surətdə kollektiv və fərdi görüşlər keçirəcək, hər bir seçicinin qayğı və problemləri ilə yaxından maraqlanacaq və müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq şəraitində onların həllinə nail olacaq.

Malik MİRZƏ,
araz.az saytının xüsusi müxbiri.

Əlaqəli xəbərlər