Mirkazım Seyidovun seçicilərlə möhtəşəm görüşü - hövsanlılar ona səs verəcəklər

84191507_1109518676054468_361550664804859904_n.jpg

Bu gün 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Mirkazlm Seyidovun Hövsan qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin sakinləri ilə izdihamlı görüşü olub. Seçicilər qarşısında çıxış edən M.Seyidov bildirib ki, dövlət başçısının ölkəmizdə apardığı islahatlar hər bir vətəndaşın mənafeyinə xidmət edir. Amma hələ də bu islahatlara məqsədli şəkildə mane olmaq istəyən şəxslər var. Biz dövlətimizin, millətimizin yanındayıq. Dövlət başçısı cənab İlham Əliyevin də əsas istəyi odur ki, 9 fevralda parlament seçkiləri tam şəffaf və ədalətli keçirilsin:

"Əziz hövsanlılar, sağ olun ki, hər dəfə görüşdə məni xüsusi sevgi və hörmətlə qarşılayırsız. Mən inanıram ki, siz düzgün seçim edəcəksiniz. Sizin problemləriniz mənim problemlərimdir. Hər an hər sizin yanınızda olacam. Eşidən qulağınız, görən gözünüz olacam. Problemlərinizin həlli üçün əlimdən gələni əsirgəməyəcəm. Deputat xalqa xidmət etməlidir və bu xidmət necə olur, tezliklə şahidi olacaqsınız".

Seçicilər onları narahat edən xeyli suallar ünvanladılar, M.Seyidov isə seçicilərin bütün suallarını ətraflı cavablandırdı.

Sonda Dədə Qorqud yaşayış sahəsinin sakinləri yekdilliklə bildirdilər ki, 9 fevral parlament seçkilərində M.Seyidova səs verəcəklər.

Əlaqəli xəbərlər