Rüşvətlə mübarizədə həlak olan elm fədaisi! -- SAMİR FEYRUZOV YAZIR

46F8A380 05E4 455B 81C3 C8AA0E8A5A2E"Əmimi qətlə yetirən donosçuların özlərinin belə əxlaq nümunəsi kimi xatırladığı alim!"

Yaşasaydı, 5 gün sonra 63 yaşı tamam olacaqdı -- qoymadılar! 6 ildir bu qara daş onu əvəzləyir. Vallah, ziyarət etməyə də gücüm çatmır. Bu adamın başdaşı ilə də üzbəüz durmaq çətindi, ağırdı! Soyadımız fərqli olsa da, doğma əmimdir, atamın kiçik qardaşıdır, böyük alim idi. Uzun müddət Lənkəran Dövlət Universitetində dekan vəzifəsində işləyib. Pedaqoji elmlər namizədi, dosent idi, xeyli sayda kitabları, dərslikləri, monoqrafiyaları var. Bir sözlə, böyük fiolosof idi Rəsul müəllim -- türk dünyasının böyük alimləri adına uyğun olaraq, onu da, elmin elçisi, elm fədaisi adlandırırdılar.


6 övlad sahibi olan ata-anasının cənazəsini öz çiynində təkbaşına daşıyan, özünü ata-anasının qəbrinə baş daşı dikən adam idi. Həm də rəhmətlik anamın sinif yoldaşı olub. Tanıyanlar bilir: Abır-həyasından özünə qala düzəltmişdi, yanında söyüş söyərdilərsə, rəngi qızarardı, onunla zarafat etmək, müzakirə aparmaq və onu təəccübləndirmək çox çətin idi. Heç vaxt unutmayacağım bir halı var idi: əsəbləşəndə gözləri yaşarardı, dodaqları bir-birinə kipləşərdi. Dostlarının və qohumlarının yuxarılara yazdıqları donosların, universitetdəki rüşvət oyunlarına qarşı apardığı mübarizənin qurbanına çevrildi. Lənət gəlmiş donosçular! Yıxdılar dağ boyda adamı!
Universitet rəhbəri qarşısına şərt qoyubmuş: "Digər dekanlar kimi, sən də, aylıq pul gətirib stolun üstünə qoymalısan, ya da səni işdən çıxaracam. Şübhəsiz, o, bunu etmədi. Bir qrup öyrədilmiş alim başladılar ondan təhsil nazirinə anonim məktublar yazmağa. Di gəl ki, həmin alimlərin bir çoxunu 1002ACE4 62A8 461A B44A 3D1516F9EE40əmim işlə təmin etmişdi, onların övladlarına dəstək olmuşdu.
Yadımdadır, əmim bir gün mənə zəng edərək, Bakıda olduğunu bildirdi. Görüşdük. Halı özündə deyildi. Nə baş verdiyini soruşdum. Lənkəran Dövlət Universitetində baş verənlərlə bağlı eşitdiyim xəbərləri onunla bölüşdüm. Susdu. Ondan təkidlə söz almaq mümkün deyildi. Üzündəki zəhm hər şeyi deyirdi Həmin vaxt ölsəydi də, başqalarının elədiyi bu mənəviyyatsızlığı, abır-həyasına qısılaraq, dilinə gətirməzdi. Onun dövründə universitetdə bir tərbiyə var idi, hamı, əxlaq lövhəsi kimi, ona istinad edərdi.
Növbəti ay onu bir də çağırırlar. Rəsul müəllim bu dəfə də sərt cavab verir: "Heç kəsdən rüşvət almamışam, almıram və almayacağam, sizə də rüşvət verməmişəm, vermirəm və verməyəcəm!". Beləcə, o, dekan vəzifəsindən çıxarılır. Və bir müddət sonra, ona qarşı yenidən basqılar başlayır, öz haqqını nə qədər müdafiə edirsə, mümkün olmur. İşə o vaxtkı təhsil naziri Misir Mərdanov müdaxilə edir, açığı, o, Rəsul müəllim kimi dəyərli bir alimə qarşı təzyiqləri dayandırmağı tapşırır. Yenə xeyri olmur. Universitet rəhbərliyi ona qarşı bütün gücü ilə hücuma keçir, bu dəfə isə, bütün dövlət qurumlarının poçt qutuları anonim donoslarla doldurulur.
Əmim ağır astma xəstəsi idi, illərlə çantasında dərmanlar gəzdirirdi. "Başqa yol yoxdur, sən də qaydalara riayət etməli və aylıq rüşvət verməlisən, yoxsa şər atacağıq sənə!" təhdidindən sonra, o, evinə çəkilir. Elə həmin gün insult keçirir. Amma heç ailəsi də bilmir, xroniki stress, əsəb, gərginlik bu boyda adamı taqətdən salır. Müalicə alır. Üstündən bir neçə ay keçəndən sonra evə gəlir, qapını döyür, iki qız övladını qucaqlayıb, öpür. Və yerinə uzanıb, gözlərini əbədi yumur.
Həmin il böyük qızı ali məktəbə daxil olmuşdu. Gedib, Bakıda qızına ev də rahlamışdı, üstəlik, təhsil haqını da ödəmişdi. Cəmi bir neçə gün sonra isə, elə həmin qızını da öpərək, gözlərini yummuşdu.
Professor, Azərbaycan Təhsil Şurasının keçmiş sədri, rəhmətlik Əjdər Ağayev Rəsul müəllimin elmi rəhbəri olmuşdu. Əmimin ölümündən sonra Əjdər müəllimlə rastlaşdıq. Rəsul müəllimi xatırladıq, gözləri yaşardı və mənə dediyi sözlər bu oldu: "Rəsul bizim ölkənin adamı deyildi, elmin fəhləsi, amma bəxtsiz adam idi. Mənim yetişdirdiyim çox alim olub, amma Rəsul kimisi olmayıb. Hədsiz prinsipal şəxsiyyət idi, ağır və keşməkeşli ömür yaşadı. Bağışlasın bizi, onu qoruya bilmədik!".
XATIRLATMA: Əmimdən donos yazan alimlərdən biri, qısa müddət sonra, ağır xəstəliyə tutuldu, həm ayaqlarını kəsdilər, həm də digəri övladını itirdi. Ən dəhşətlisi o idi ki, övladını itirən donosçu, o hadisədən sonra, hətta bir neçə dəfə əmimin məzarı başında saatlarla ağlayıbmış.
Bəli, hər kəs bilməlidir bunu: Həyatda hər şeyin bir əvvəli olduğu kimi, bir sonu da var. Və hər kəsin etdikləri gec-tez öz qarşısına çıxacaq.
İndi bu rüşvət alanlar düşünüb, anlasınlar ki, onların bu rüşvət, korrupsiya oyunlarına görə öz abırına qısılan nə qədər insan stressdən, əsəbdən, infarktdan həyatla vidalaşır. Amma inanmıram dərs alsınlar...
Görəsən, belələri, bu qədər ah-naləni necə daşıyırlar, İlahi?!.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər