Bizi Fərəcov-Xudadatovun zülmündən xilas edin, cənab Prezident

big_1591020379_xudb.jpg

İş adamı Əliyev  Kənan Mülkəsahib oğlu dövlət başçısı cənab İlham Əliyevə müraciət edib. Müraciəti olduğu kimi  dərc edirik:

Cənab Prezident ! 

Sizin iş adamlarına, sahibkarlara diqqət və qayğınızı həmişə hiss etmişik. Sizin sayənizdə ölkədə iş adamlarına yaradılan münbit şəraiti, dövlətin dəstəyini  yüksək qiymətləndiririk. Bütün bunlara görə Sizə minnətdarıq  Möhtərəm Prezident ! Biz dövlətə, dövlətçiliyə bağlı, öz Prezidentimizə sadiq insanlarıq. 

Cənab Prezident !

Sizin də öz çıxışlarınızda  dediyiniz kimi bəzi harınlamış, qanunları saymayan, "Allahdan qorxmayan"  məmurlar sözün həqiqi mənasında biz iş adamlarına qənim kəsiliblər. 

Axı, biz tək deyilik, bizim ətrafımızda onlarla, bəzən yüzlərlə, fəhlə, usta, icraçı olur ki, bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Biz iş adamları bunlar üçün iş yerləri yaradırıq, bu işdən evlərinə qazanc aparırlar. 

Cənab Prezident ! 

Bəzi məmurlar təkcə biz iş adamlarına deyil, yüzlərlə ustaya, fəhləyə, minlərlə vətəndaşa problem yaradırlar. Digər tərəfdən biz axı lazım olan materialları müxtəlif obyektlərdən loru dildə desək nisyə alırıq və hissə-hissə qaytarırıq. Məmurlar həm də həmin ticarətçilər üçün problem yaradır. 

Bir sözlə, cənab Prezident, sizin dediyiniz məmurlar zəncirvari olaraq böyük bir insan kütləsi üçün ciddi problem mənbəyidir. Məhz bütün bunlara görə, bizlər son vaxtlar bəzi məmurların həbs olunbmasını, ciddi cəzalandırılmasını, haqq-ədalətin yerini tapmasına görə, məhz SİZƏ minnətdarıq. 

 

Möhtərəm Prezidentim ! 

Mən Əliyev Kənan Mülkəsahib oğlu, öz işçilərimlə birgə  2016-cı ilin mart-sentyabr aylarında Sumqayıt şəhərində 5 MKR, 15/132 N-li və 6 MKR, 7, 8, yaşayış binalarında görülən təmir-bərpa işlərini həyata keçirmişik. Görülən işlər Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun və müavini şəhərin baş memarı Adil Xudadatovun razılığı əsasında olub.  Və görülən işlərin ümumi dəyəri  530  min manat olub. Bu məbləğin mənə cəmi 37 min manatı verilib. Bu günə qədər qalan məbləği ala bilmirəm. 

Onu da qeyd edim ki, əlimdəki sənədlərlərlə  təqsdiq edirəm ki, biz Sumqayıtda binaların balkonlarında qaynaq işləri, balkonların kərpiclə hörülməsi, suvağı, söküntü işləri, üzlənməsi və digər inşaat işlərini həyata keçirmişik. 

Möhtərəm Prezidentim ! 

Mən bu qədər işləri görən, fəhlələrin, ustaların, pulunu haradan verim? 

Mən  görülən işlərə sərf olunmuş materialları aldığım obyektlərini pulunu necə ödəyim ? 

Necə olur ki, Zakir Fərəcov öz sağ əli  Adil Xudadtovu milyonçuya çevirir, adına dəyəri milyonluq olan obyektlər alır, amma Məşədi İbadaddkı hambal demişkən bizim pulumuzu vermir. 

 

Cənab Prezident, biz kimə, hara üz tutaq, kimə şikayət edək ? 

Cənab Prezident ! Biz göydə Allaha, yerdə Sizə inanırıq. Bizi Zakir Fərəcovun, Adil Xudadatovun əsarətindən qurtar . 

Cənab Prezident !

Onu da qeyd edim ki, Zakir Fərəcovla Adil Xudadatovun qanunsuz əməllərindən zülm çəkən təkcə mən deyiləm, digər onlarla iş adamı, sahibkar bu cütlüyün əlindən intihar həddinə çatıblar. 

Bizə kömək ol, cənab Prezident ! 

Əlaqəli xəbərlər