İş adamı Kənan Əliyev dövlət qurumlarına müraciət etdi

big_1590922117_xuda.jpg

İş adamı Əliyev Kənan Mülkəsahib oğlu

 

İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova,

 

Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edib:

 

Cənablar !

 

Mən möhtərəm Prezidentimizin iş adamlarına, sahibkarlara qayğısını və diqqətini nəzərə alaraq xeyli müddətdir ki, təmir və inşaat, abadlıq işləri ilə məşğulam. Yaratdığım şirkətdə xeyli sayda fəhlə, usta, inşaatçı və digər peşə sahibləri çalışır.

 

Cənablar !

 

Gördüyümüz işləri həyata keçirəndə yüzlərlə fəhlə, usta, iş icraçısı iş yeri tapır, minlərlə ailə üzvü bu işlərin sayəsində dolanışıq əldə edir.

Yəni biz ölkə başçısının dəfələrlə dediyi kimi işsizlik probleminin həlli üçün dövlətimizə dəstək oluruq.

 

Təəssüf ki, Prezident İlham Əliyevin dediyi kimi bəzi "Allahdan qorxmayan" məmurlar bizim işimizə ciddi problem yaradırlar.

Belə məmurlardan biri də Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Belə ki mən Əliyev Kənan Mülkəsahib oğlu öz işçilərimlə birgə 2016-cı ilin mart-sentyabr aylarında Sumqayıt şəhərində 5 MKR, 15/132 N-li və 6 MKR, 7,8 yaşayış binalarında görülən təmir-bərpa işlərini həyata keçirmişik. Görülən işlər Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun və müavini şəhərin baş memarı Adil Xudadatovun razılığı əsasında olub. Və görülən işlərin ümumi dəyəri 350 min manat olub. Bu məbləğin mənə 37 min manatı verilib. Bu günə qədər qalan məbləği ala bilmirəm.

 

Onu da qeyd edim ki, əvvəl bizim pulumuzu Zakr Fərəcovun müavini Fəzail müəllim verirdi, sonra o bu işdən uzaqlaşdırıldı və bu məsələ Adil Xudadatova həvalə edildi. Adil Xudadtov isə bizə dəfələrlə deyib ki, digər iş adamlarından pul yığıb borcunuzu verəcəm.

Cənablar !

 

Adil Xudadadov kimdir ki, Sumqayıtda iş adamlarından qanunsuz pul yığır ?

Hüquq-mühafizə orqanları hara baxır ?

 

Cənablar !

 

Bəzi məmurlar təkcə biz iş adamlarına deyil, yüzlərlə ustaya, fəhləyə, minlərlə vətəndaşa problem yaradırlar. Digər tərəfdən biz axı lazım olan materialları müxtəlif obyektlərdən loru dildə desək nisyə alırıq və hissə-hissə qaytarırıq. Məmurlar həm də həmin ticarətçilər üçün problem yaradır.

Bir sözlə, məmurlar zəncirvari olaraq böyük bir insan kütləsi üçün ciddi problem mənbəyidir.

Onu da qeyd edim ki, əlimdəki sənədlərlər təqsdiq edirəm ki, biz Sumqayıtda binaların balkonlarında qaynaq işləri, balkonların kərpiclə hörülməsi, suvağı, söküntü işləri, üzlənməsi və digər inşaat işlərini həyata keçirmişik.

 

Cənablar !

 

Sizdən çoxsaylı fəhlə, usta, iş icraçıları adından xahiş edirəm ki, bizim halal pulumuzun alınması üçün Zakir Fərəcov-Adil Xudadatov cütlüyünə təsir edəsiniz.

Onu da qeyd edim ki, Zakir Fərəcov və Adil Xudadatovdan təkcə bizlər deyil, digər xeyli sayda şirkətlər də şikayətçidir.

 

Cənablar !

Axı, bu Zakir Fərəcov - Adil Xudadatov kimdir ki, Azərbaycan qanunlarına tabe olmurlar ?

 

Cənablar !

 

Mən bu qədər işləri görən, fəhlələrin, ustaların, pulunu haradan verim?

Mən görülən işlərə sərf olunmuş materialları aldığım obyektlərini pulunu necə ödəyim ?

Əlaqəli xəbərlər