Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyəti danılmaz olan Mirkazım Seyidov xüsusi postda

 

O, Rusiyada Azərbaycan diasporunun formalaşmasında xidmətləri olan şəxs kimi də tanınır

 Rusiyada  azərbaycanlıları təşkilatlandıran bu şəxsin xüsusi posta gətirilməsini ölkə mediası da təsdiq edib. Verilən məlumatlara görə, Azərbaycan Respublikaçılar Partiyasında (ARP) kadr dəyişikliyi olub və ARP sədri Sübut Əsədovun avqustun 15-də verdiyi sərəncamla Mirkazım Seyidov onun birinci müavini təyin edilib. "Araz" qəzetlər qrupunun Baş məsləhətçisi ola Mirkazım Seyidov Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyəti ilə tanınır. Həmçinin, o, Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında xüsusi xidmətləri olan şəxslərdəndir.

Hazırda Sübut əsədov məzuniyyətdə olduğundan, onun səlahiyyətlərini elə Mirkazım  Seyidov həyata keçirir. Mirkazım müəllim araz.az saytına açıqlamasında da deyilənləri təsdiq edib və onu da bildirib ki, ARP sentyabr ayında Bakı kəndlərində görüşlər təşkil edəcək. Partiyanın bu görüşlərə ciddi şəkildə hazırlaşdığını deyən qurum səlahiyyətlisi onu da bildirib ki, son vaxtlar ARP-də xüsusi canlanma müşahidə edilir və gələn aydan keçirəcəyi tədbirlər planı da olduqca zəngindir. Xatırladaq ki, Mirkazım Seyidov Rusiya Federasiyasının Novosibirsk vilayətində Azərbaycanla bağlı çıxan qəzet və jurnalın Baş redaktorudur. O, həmçinin bu böyük vilayətdə xüsusi hörməti və nüfuzu olan bir şəxs kimi ad çıxarıb. Xidmətləri müqabilində Rusiyada və Azərbaycanda rəsmi qurumlar  tərəfindən dövlət  səviyyəli mükafatlara da layiq görülüb.