Erməni işğalında olan Qərbi Azərbaycan Dövlətinin gerbi təsdiqləndi

qerbi azerbaycan gerbGADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacirdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbi qəbul olunub.

Azərbaycanlı siyasi fəal Bəxtiyar Tuncay bu barədə məlumatı paylaşıb.

O yazıb ki, uzun diskussiya və çalışmalardan sonra Qərbi Azərbaycan hökuməti öz gerbini təsdiq edib.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib. Bir müddət öncə isə Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağı təsdiq edilmişdir.

araz.az

Əlaqəli xəbərlər