"Heydərə orta məktəbdə ingilis dilindən dərs deyən..." - Mehriban Əliyeva oğlu Heydər Əliyevin doğum günündən yazdı

7865987Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.

Mia.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədəki səhifəsində foto və aşağıdakı yazını paylaşıb:

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. 

Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub.

Heydər Əliyev ADA Universitetini bitirib.

Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc olduğunu vurğulayırlar... Onun öz davranışları ilə ətrafındakılara nümunə olduğu da qeyd edilir. Bunu əvvəllər onun müəllimləri də söyləyiblər.

Heydərə orta məktəbdə ingilis dilindən dərs demiş Konqolu müəllimi Manto bir neçə il əvvəl öz açıqlamalarında Prezidentin oğlunu tərifləmişdi.

"Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu...

Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi”-deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdı".

araz.az

Əlaqəli xəbərlər