190 manatlıq yardımlar davam etdiriləcək

manatjpg 1580920519"Pandemiya başlandığı vaxtdan etibarən dövlətimiz tərəfindən sosial-iqtisadi yardım paketləri həyata keçirilir. Burada xüsusilə iqtisadi paketi qeyd etmək lazımdır. Pandemiyadan əziyyət çəkmiş vergi ödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək".

araz.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi paketlə bağlı məsələ müzakirə olunur. İqtisadi paketlə əlaqədar Nazirlər Kabinetinə yeni təkliflər verilib.

H. Hacıyev bildirib ki, həmçinin işsiz vətəndaşlara 190 manat verilməsi məsələsi də sosial paketdə yer alıb: "Bu barədə müvafiq qurumlar tərəfindən açıqlama veriləcək".

H. Hacıyev qeyd edib ki, 2020-ci il 28 iyul tarixinədək maliyyə dəstəyi almaq üçün 272 min 939 muzdlu işçisi olan 30 minə yaxın vergi ödəyicisindən müraciət daxil olub: “Müvafiq araşdırmalar və təhlillər aparılıb. Nəticədə 24 min 825 vergi ödəyicisinə ikinci mərhələ üzrə müvafiq ödəmələr həyata keçirilib”.

araz.az

Əlaqəli xəbərlər