Çinin uyğur türklərinə zülmü və soyqırımı dünya səviyyəsində etiraza səbəb oldu

4534GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin kommunist rejiminin uyğur türklərini Şərqi Türküstanda məhv etmə istiqamətində planları, uyğurları kölə şəklində işlətməsi, onları qısırlaşdırıb bir billət kimi məhv etmə planları və ümumiyyətlə Çinin uyğurlara zülmü dünya səviyyətində etirazlara səbəb olub.

Beynəlxalq insan haqları təşkilatları və sivil-demokratik dövlətlər Çini qınamaqdadır. Artıq Fransada Çinin uyğur türklərini kölə şəklində istifadə etməsinə insan haqları fəalları etiraz edib, divarlara şüarlar yazıb. Zara mağazalarında geyimlərin üzərinə “Bunu Çin dövlətinin kölə kimi işlətdiyi uyğurlar istehsal edib və sən bu malı almaqla uyğurların kölələşdirilməsinə yardım edirsən” kimi şüarlar yazılmış etiketlər yapışdırılıb.

http://gadtb.com/wp-content/uploads/2020/08/zara-uygur-225x300.jpg 225w, http://gadtb.com/wp-content/uploads/2020/08/zara-uygur.jpg 960w" sizes="(max-width: 616px) 100vw, 616px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-style: none; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;">

İranda isə İslam inqilabının ideloqunun oğlu Mütəhhəri antiislam İran rejimini sərt tənqid edərək, Çinlə əməkdaşlığın uyğur müsəlmanlarına zülmlə əlaqədar islama zidd olduğunu bildirib. Lakin İranın məclisi Çinin kommunist rejiminin uyğur müsəlmanlara zülmünə haqq qazandırmaqla tam antiislam rejimi olduğunu açıq şəkildə sübut edib.  

ABŞ-da isə Pompeo deyib ki, iyulun 31-də ABŞ Xəzinədarlığının sanksiya tətbiq etdiyi Sintzyan (Şərqi Türküstan) İstehsal və Tikinti Korporasiyasının (XPCC) ABŞ şirkətləri daxil olmaqla Qərb biznesinə “dərin bağlılığı” var

ABŞ Dövlət katibi Mike Pompeo deyir ki, Amerika şirkətləri Çinin Sintzyan (Sincan) vilayətində insan haqları pozuntularından “xəbərdar olurlar”. Pompeo şirkətləri Çində biznes fəaliyyətinə yenidən baxmağa çağırıb.

Avqustun 2-də “Fox News”a 13 dəqiqəlik müsahibəsində ABŞ dövlət katibi deyib ki, ABŞ tezliklə Çinin proqram təminatı şirkətlərinə qarşı tədbir görəcək. Onun sözlərimə görə, Çinin İranla ticarət sazişi Yaxın Şərqdə “sabitsizlik” yaradar.

Pompeo deyib ki, iyulun 31-də ABŞ Xəzinədarlığının sanksiya tətbiq etdiyi Sintzyan İstehsal və Tikinti Korporasiyasının (XPCC) ABŞ şirkətləri daxil olmaqla Qərb biznesinə “dərin bağlılığı” var.

 “Məncə, bəziləri Amerikada brend adlar sayıla şirkətlər orada baş verənlərlə əlaqələndirilmək istəməzlər”, – o, “Fox”a deyib.

XPCC-yə qarşı sanksiyalarda şirkətin ABŞ-dakı aktivləri dondurulur, amerikalıların onunla iş görməsi qadağan olunur. Pompeo-nun sözlərinə görə, XPCC pambıq istehsalı ilə məşğuldur və Amerikanın geyim brendləri Çində bu pambıqdan alırlar.

Çin 2017-ci ildən bəri Sintzyanda konsentrasiya düşərgələrində 1 milyondan çox uyğuru və digər müsəlman etnik azlığı yerləşdirməsinə görə tənqid olunur. Pekin bunları “islah düşərgələri” adlandırır.

Pompeo Çin Kommunist Partiyasını uyğurlara qarşı “dəhşətli şeylər” etməkdə, sterilizasiya, məcburi abortlar həyata keçirməkdə suçlayıb.

Onun sözlərinə görə, Amerika şirkətləri Sintzyanda baş verənlərdən, “bunların onların brendinə yaratdığı təhlükə”dən “getdikcə daha çox agah olur”.

Dövlət katibi deyib ki, Sintzyanda fəaliyyət göstərən Çin şirkətlərinə son sanksiyalar onların davranışını dəyişdirməli olması haqda “xəbərdarlıq”dır.

Bu arada Birləşmiş Ştatlarla Çinin münasibətləri xeyli pisləşib. Buna insan haqları pozuntuları, casusluq və əqli mülkiyyət oğurluğu, Pekinin koronavirus pandemiyasına reaksiyası kimi məsələlər səbəb olub.

araz.az

Əlaqəli xəbərlər