Əvəz Ələkbərov BMT-nin Sülh səfiri adına layiq görüldü - FOTO

15589874085229033927 1000x669Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov BMT-nin Beynəlxalq mükafatlar komissiyasının 15 may tarixli qərarı ilə dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Sülh səfiri adına layiq görülüb.

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sülh səfirləri dünya ictimaiyyətinin diqqətinin BMT-nin missiyasının üzərində cəmləşdirilməsinə töhfə verən, incəsənət, ədəbiyyat, elm, əyləncə, idman və ya ictimai həyat sahələrindən xüsusilə seçilən şəxslərdir.

Həmin şəxslər dünyanın hər yerində insanların həyatını yaxşılaşdırmaq üçün vaxtlarını, istedadlarını sərf edir, bu istiqamətdə səylərini artırırlar.

araz.az

Əlaqəli xəbərlər