“Rusiya Azərbaycanlıları Konqresini Ramiz Mehdiyev dağıtdı” — Eldar Namazovdan İTTİHAM

1596804310 1596731597 eldarnamaz“Bizim Rusiyada güclü diaspora təşkilatımız var idi. ÜmumRusiya Azərbaycanlıları Konqresində o ölkənin elm, biznes, mədəni həyatında tanınan çox nufuzlu soydaşlarımız toplanmışdı. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin atdığı addımlar nəticəsində o təşkilat darmadağın oldu, qeydiyyatı ləğv edildi”.

Bu sözləri Prezident Heydər Əliyevin sabiq köməkçisi, politoloq Eldar Namazov “Press-Klub TV”-nin “Babat debat” proqramında çıxışı zamanı deyib.
ÜAK-ın dağılma səbəbinə toxunan E.Namazov deyib ki, PA rəhbərinin diaspora təşkilatının işinə müdaxiləsi bu vəziyyəti yaratdı: “Ramiz Mehdiyevin rəhbərliyi altında olan qurumda çalışan, Azərbaycan vətəndaşı olan bir məmuru UAK-a rəhbər göndərdirlər. Bu qəbul olunmazdır. O təşkilat Rusiya vətəndaşları olan azərbaycanlılarının təşkilatıdır. Onlara Azərbaycan vətəndaşı, özü də PA-dan göndərilmiş adam rəhbərlik edə bilməz. BU Rusiya qanunlarına da ziddir. Təsəvvür edin ki, Putin Azərbaycandakı Rus icmasına rəhbərlik etmək üçün öz məmurunu Bakıya göndərir. Buna iqtidar razı olarmı?”

E.Namazovun sözlərinə görə, Prezident Administrasiyası belə addım atdı: “Həmin adam özbaşına olaraq ÜAK-ın strukturunu dəyişdi. Vitse-prezidentlər postunu tutan, Rusiyada tanınmış iş adamlarını, elm xadimlərini silib atdılar bayıra. O tərəfdən də Rusiya hakimiyyəti dedi ki, “necə yəni, Azərbyacan vətədanşı olan məmur gəlib burada Rusiya vətəndaşlarına rəhbərlik edəcək?”

Politoloq qeyd edib ki, bu təsadüfi addım deyildi: “Rusiyada ən böyük diaspor təşkilatı Azərbayacanın idi. Təşkilatı parçalamaqla və həm də Rusiya ilə üz-üzə qoymaqla yarım il ərzində Azərbaycanın ən böyük diaspora təşkilatı darmadağın edildi, qeydiyyatı ləğv edildi. Onun yerində isə təşkilat yaratmaq ümümkün olmayıb”.

E.Namazov bildirib ki, bu gün Rusiyada azərbaycanlıların diaspor təşkilatı yoxdur. Onun sözlərinə görə, Rusiya XİN rəhbəri Lavrovla görüşə Azərbaycan tərəfindən bir iş adamı dəvət olunsa da, erməni tərəfdən isə onların diasporasının rəhbəri gəlmişdi: “Son proseslər gösrətid ki, Rusiyada olan o boşluq bizim işiməz nə qədər mane olur”. (Azpost.info)

Korrupsiya.info

Əlaqəli xəbərlər