Azərbaycanın baş infeksionisti: “Artıq Türkiyədə yenidən sərt karantin rejimi tətbiq edilib”

09090"Əgər insanlar qoyulan tələblərə əməl etməsə, yumşaldılmaya gedilməsə belə, koronavirusa yoluxma sayı arta bilər". 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
 

Onun sözlərinə görə, qarşıdan payız fəsli, soyuq aylar gəlir: 


“Viruslar da soyuq temperatura dözümlü olur. Uzun müddət xarici mühitdə qala bilir. Yəqin ki, bunun da yoluxmalara təsiri olacaq. Bunlar epidemiyanın güclənməsinə səbəb olan faktorlardan biri ola bilər.
 

Vətəndaşlara tövsiyələrimiz dəyişilməz olaraq qalır. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qaydalara əməl etsinlər. Başqa heç nə tələb olunmur. Onlara əməl olunsa, hamımızın arzuladığı yumşaldılmalar daha tez və qalıcı olar".
 

C.İsayev tövsiyələrə əməl olunmayacağı təqdirdə yumşaldılma prosesinin dayandırılacağı və yenidən karantin rejiminin sərtləşməsinə səbəb ola biləcəyini bildirib: 


"Artıq Türkiyədə bəzi bölgələrdə yenidən sərt karantin rejimi tətbiq edilib. Hərə çıxır bir söz danışır. Amma fakt öz yerində qalır.
 

Ölkəmizdə koronavirusa yoluxma hallarının azalıb, sağalma hallarının artmasına baxmayaraq, bunların qalıcı olması üçün qaydalara riayət etmək lazımdır".

araz.az

Əlaqəli xəbərlər