Azərbaycan və Ermənistan arasında gərginlik: Bir dalan, iki çıxış

ab11Danışıqlar prosesi dalana dirənib, status-kvo zəifdir və istənilən an tərəflərin genişmiqyaslı hərbi əməliyyatları ilə əvəz oluna bilər.

LİGA.net İrəvanlı politoloq Ruben Mehrabyanın məqaləsini dərc edib.

Məqalə Azərbaycan və Ermənistan arasında gərginliyin artmasına həsr olunub. İndiki gərginlik 2016-cı ilin aprel döyüşlərindən sonra baş vermiş ən pik nöqtə hesab oluna bilər.

Məsələ bundadır ki, indiki gərginlik Dağlıq Qarabağda deyil, Tovuzda baş verib. Ermənistan özünün Rusiyaya yaxınlığından və KTMT-yə üzvlüyündən istifadə edərək, daima bu blokun Azərbaycanla qarşıdurmada iştirakından bəhs edir. Bu da ermənilərin məhz Tovuza hücumunun səbəblərini açıqlayır, o Azərbaycanın Rusiya və KTMT ilə münasibətlərini pozmağa hesablanmışdı.

Tovuz

Son baş verənlər göstrdi ki, danışıqlar prosesi dalana dirənib, status-kvo zəifdir və istənilən an tərəflərin genişmiqyaslı hərbi əməliyyatları ilə əvəz oluna bilər.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

Sözügedən dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Ermənistana təzyiq göstərmək istəmirlər.Azərbaycanın öz ərazilərinin işğal altında qalmasına səssiz qalmayacağını bildiyinə görə, Ermənistan status- kvo-nun saxlanılmasında maraqlıdır.

Birincisi Ermənistan bu münaqişəni etnik qarşıdurma kimi qələmə vermək istəyir. Lakin 1988-ci ildə başlamış münaqişənin əsasında ermənilərin miatsum ideyası dayanır.

Daha sonralar onlar Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi barədə danışdılar.

İkincisi,Ermənistan BMT-nin bizim lehimizə qəbul etdiyi, torpaqların şərtsiz geri aytarılması barədə 4 qətnaməsinə əhəmiyyət vermədən, Qarabağ ətrafındakı işğal edilmiş 7 rayonu Qarababağa müstəqil status verilməsi şərti ilə bizə geri qaytarmaq istəyir.

Üçüncüsü, Ermənistan status- kvo-nu əbədiləşdirməklə ilk növbədə texniki məsələləri və atəşkəs rejiminin mökəmləndirilməsini önə çəkir.

Dördüncüsü Ermənistan Qərbdki çox saylı diasporun dəstəyilə özünü qurban roluna salır və 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələr ilə Qarabağa hadisələrini paralelləşdirir.

Ermənistandan fərqli olaraq Azərbaycan dalandan çıxış yolu kimi status kvonun saxlanılmasını deyil, həmin ərazidəki erməni xalqının təhlükəsizliyinə qarant verməklə mərhələli həll yolu axtarır. Əgər Ermənistan özünün müstəqil status və ya status kvonu saxlamaq kimi sərt mövqeyindən əl çəksə, danışıqlar prosesi dalandan çıxıb mərhələli şəkildə nizamlamaya girər. Təəssüf ki dalandan çıxış yolu kimi ikinci yol yeni müharibə görünür ki, Azərbaycan bunda maraqlı deyil, lakin iki yoldan birini seçmək yenə Ermənistanın məsuliyyətinə düşür.

Gülşən Paşayeva

Əlaqəli xəbərlər