Abdin Fərzəliyevi vətəndaşın obyektini sökən şirkətlə nə bağlayır? - VİDEO

abidin12Vətəndaş Bakı şəhəri, Nərimanov rayonunda tikinti işləri həyata keçirən "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) onun mülkünü xəbəri olmadan sökdüyünü iddia edir.

Pravda.az-ın xəbərinə görə, şikayətçi Ramil Nağıyev qeyd edir ki, Nərimanov rayonu, Mayakovski 1 ünvanında bina inşa edən "RR Constructions” MMC 2019-cu ilin avqust ayında heç bir xəbərdarlıq etmədən ona məxsus 59.3 kvadrat metrlik obyekti söküb.

Şirkət sökülən obyektin müqabilində vətəndaşa zirzəmidən yer təklif edir. R. Nağıyev isə şirkətin zirzəmidən təklif etdiyi yeri qəbul etmir. 

R. Nağıyev şikayətində qeyd edir ki, problemlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin və birinci müavini Şahmar İbadovun qəbulunda olub.

Onun problemini dinləyən başçı və müavini müvafiq göstərişlər versə də, ortada heç bir nəticə yoxdur.

"RR Constructions” MMC-nin direktoru Nadir Abdullayev isə bildirib ki, Ramil Nağıyev məsələ ilə əlaqədar bütün hüquq instansiyalarına müraciət edib, hamısı da cavabını verib. Şirkət rəhbəri şikayətçiyə zirzəmidən yer veriləcəyini bildirib.

Qlobal.az xəbər verir ki, "RR Constructions” MMC Bakıda fəaliyyət göstərən qalmaqallı şirkətlərdən biri kimi tanınır.

"RR Constructions” MMC-nin direktoru Nadir Abdullayevin qardaşı Rafail Abdullayev 2017-ci ildən 2019-cu ilədək Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

rrinsaat

Əlaqəli xəbərlər