Rəhim Qazıyev məhkəməyə müraciət etdi — Həbsdən azad olunmasını istəyir

RehimQaziyevkecmismudafinaziriSabiq müdafiə naziri Rəhim Qazıyev həbsdən azad olunması ilə bağlı məhkəməyə müraciət edib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəhim Qazıyevin vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin həbsdən azad olunması ilə bağlı verdiyi vəsatəti Səbail rayon Məhkəməsinə təqdim edib.


Vəsatət araşdırılması üçün hakim Ülviyyə Şükrovanın icraatına verilib.


Yaxın vaxtlarda vəsatətə baxılacaq. 
 

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Rəhim Qazıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda Rəhim Qazıyevin şikayəti rədd edilib.

İttihama görə, Rəhim Qazıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.


2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.


İstintaq orqanı tərəfindən Rəhim Qazıyevin barəsində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.


Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Fariz Məlikli
Demokrat.az

Əlaqəli xəbərlər