Eldar Həsənov səfirliyin qəpik-quruşuna göz dikməyi özünə sığışdırmaz-Qulu Məhərrəmli

image 750x 5f36409c7b908“Serbiyadakı səfirimiz Eldar Həsənovun saxlanması ciddi yanlışlıq və anlaşılmazlıqdır. Onun külli miqdardə büdcə vəsaitini mənimsəməkdə ittiham olunması isə inandırıcı görünmür, çünki həm də bizneslə məşğul olan Eldar Həsənovun şəxsi kapitalı ona verilən büdcə vəsaitindən dəfələrlə çoxdur. Yəni o, səfirliyin qəpik-quruşuna göz dikməyi öz şəxsiyyətinə sığışdırmaz. Əksinə, öz vəsaiti ilə Azərbaycanın təbliği üçün qiymətli işlər görürdü”

 SNN NEWS.AZ xəbər verir ki, bunu professor Qulu Məhərrəmli öz sosial hesabında bildirib.

Professor qeyd edib:

"Yüksək dövlət düşüncəsi olan E.Həsənov şəxsi nüfuzuna, diplomatik məharətinə, təsir dairəsinə görə fərqlənən, Azərbaycan adına və hakimiyyətə hörmət gətirən səfir idi. Onun həbsi çox güman ki, siyasi xarakter daşıyır və daxildəki qruplar arasında savaşla bağlı ola bilər.
P.S. Bu adam tutanlara izah etmək lazımdır ki, Azərbaycan dövlətinə təhlükə millətsevər insanlardan, həbs edilən vətənpərvər gənclərdən, şərlənən Tofiq Yaqubludan deyil, Moskvanın 5-ci kolonundan gəlir..."

araz.az

Əlaqəli xəbərlər