Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir – Operativ Qərargahın brifinqi

nazirler kabineti

 

Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə əlaqədar sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən qadağalar hələ də qüvvədədir.

Turkustan.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində kafe və restoranların açılacağı barədə məlumat verilib.

Səhiyyə Nazirinin müavini Viktor Qasımov Qazet.az-a açıqlamasında bildirib ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah gündəmdə olan məsələlərlə bağlı brifinq keçirəcək.

“Ölkədə koronavirus pandemiyasının gedişi ilə bağlı ətraflı məlumat brifinqdə veriləcək”, – deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, kafe və restoranların fəaliyyətini bərpa etməsi və regionlara gediş-gəlişlə bağlı rəsmi açıqlamanın olması da gözlənilir.

Əlaqəli xəbərlər