Dərsliklərimizdə erməni təbliğatının YENİ “PARAQRAFI”: “Öz tariximizi təbliğ etməkdənsə...” - Fərəc Quliyev/VİDEO

yencag.az 2017 04 22 07 11 48 150x150“Mənim fikrim bundan ibarətdir ki, anlaşılmazlıq yaradan məsələləri orta məktəb dərsliklərinə salmaq olmaz”.

7-ci siniflər üçün tarix dərsliyində və müvafiq xəritələrdə ermənilərin öz təbliğatlarında geniş istifadə etdikləri “Arsax” termini yer alıb. Ermənilərin işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ regionunu beynəlxalq miqyasda məhz “Arsax” kimi tanıtdıqlarını nəzərə alaraq, tarix dərsliyinə o terminin salınması ciddi təxribat kimi qiymətləndirilir və buna görə Təhsil Nazirliyi sərt tənqid olunur.

Bu barədə Yenicag.az-a danışan Milli Dirçəliş Hərəkatı Partiyasıının (AMDH) sədri Fərəc Quliyevin şagirdlərin şüurunda qeyri-müəyyənlik yaradan ifadələrin dərsliklərə salınmasının yolverilməz olduğunu deyib.

“Bununla bağlı vaxtilə akademik Yaqub Mahmudov da izahat vermişdi ki, “Arsax” əslində, türklərə aid olan “Ər-Sak” sözündəndir və onun ermənilərə heç bir aidiyyatı yoxdur.

Mənim fikrim bundan ibarətdir ki, anlaşılmazlıq yaradan məsələləri orta məktəb dərsliklərinə salmaq olmaz. Biz, türklər olaraq tariximizi, mədəniyyətimizi təbliğ etməliyik. Şagirdlərimizin şüurlarının bu şəkildə qarışdırılması yolverilməzdir və belə məsələlərə çox ciddi diqqət yetirilməlidir”.

Aqil Bəkir

www.yenicag.az

 

Əlaqəli xəbərlər