Nərimanov icra hakimiyyətində dəhşətli hadisə – şöbə müdiri öldü

bandicam 2020 09 23 18 08 36 175Paytaxtın Nərimanov rayon icra hakimiyyətində daha bir şöbə müdiri dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu gün Nərimanov rayon icra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov vaxtsız vəfat edib.

Hadisənin hansı zəmində baş verdiyi hal-hazırda araşdırılır.

Bundan öncə də Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu intihar etmişdi.

Bu Nərimanov icra hakimiyyətində baş verən yeganə intihar hadisəsi deyil. Belə ki, icra hakimiyyətinin xanım əməkdaşı da intihar edərək həyatına son qoymuşdu.

araz.az

Əlaqəli xəbərlər