PKK-çıların Qarabağa gətirilməsi rəsmi təsdiqini taparsa… - MTN-nin sabiq əməkdaşı şərh edir

1600861341 pkk qaraba mediumSon günlər xarici və yerli mətbuatda PKK terrorçularının İraq və Suriyadan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gətirildiyi bildirilir.

Azad Demokratlar Partiyasının sədri, Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər Reyting.az-da məsələni şərh edərkən deyib ki, heç şübhəsiz, xüsusi xidmət orqanları belə məlumatları yoxlayırlar.

Onun sözlərinə görə, nə Türkiyə, nə də Azərbaycan tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bu səbəbdən də, o, belə məlumatlara ehtiyatla yanaşmağın tərəfdarıdır.

S. Əkbər əlavə edib ki, əgər bu məlumatlar təsdiqini taparsa, bu, həm Azərbaycanı, həm də Türkiyəni daha da gücləndirəcək, onların atacağı addımları daha əsaslı və tutarlı edəcək. Digər tərəfdən, bu məlumatlar təsdiqini taparsa, həm Azərbaycanın, həm də Türkiyənin İran siyasətinə yenidən baxması şərt olacaq.



Partiya sədri qeyd edib ki, müharibə gedən bir şəraitdə informasiya - strateji müharibənin əsas istiqamətlərindən biridir. Odur ki, hər bir informasiyaya diqqət və ehtiyatla yanaşılmalı, hər bir informasiya yoxlanılmalıdır.

Reyting.az

Əlaqəli xəbərlər