Ermənistan İxracatçılar İttifaqının sədri: "Paytaxtda bizi azərbaycanlıların bazarlarından bayıra atıblar"

photo 1005Raffi Mxçyan: “COVID-19” idxalda Rusiya ilə sərhəd-keçid məntəqəsi olan Lars qədər çətinlik yaratmır"

"Baki-Baku.az" Ermənistan İxracatçılar İttifaqının sədri Raffi Mxçyanın ölkənin "1in.am" informasiya portalına müsahibəsini təqdim edir. 

- Cənab Mxçyan bilmək istərdik, “COVID-19”la əlaqədar olaraq ölkənin ixracı ilə bağlı hansı problemlər yaranıb?

- İlk növbədə bildirmək istərdim ki, “COVID-19” idxalda Rusiya ilə sərhəd-keçid məntəqəsi olan Lars qədər çətinlik yaratmır. Bu gün mən özüm tam anlaşılmaz problemlə qarşılaşdım. Biz Avrasiya İttifaqına - gömrük sazişinə qoşulanda, bu qurumun qanunvericiliyinə görə, bütün üzv ölkələr tərəfindən verilən sertifikatlar bərabərhüquqlu olmalıydı. Bu bərabərlik şərtləri ilə problemlərimiz yaranmamalıydı. Lakin Ermənistan dövlət orqanları tərəfindən verilmiş sertifikatlar, özü də fitosertifikatlar Lars sərhəd-buraxılış məntəqəsində keçərli deyil. Əlavə məbləğ tələb edirlər ki, bu məbləğ isə hətta yükdaşımanın dəyərinin müəyyən faizini təşkil edir. Ciddi çətinliklər yaranır. Bu, ən böyük problemdir. İndi kənd təsərrüfatı mallarımızın qızğın ixrac sezonunudur, amma bizə əziyyət verirlər. Həmişə belə olub, durum yeni deyil və davam edir. Hesab edirəm ki, dövlət qurumlarımız bir yerdə dayanmamalı, məsələni həll etməlidirlər.

“Paytaxtda bizi azərbaycanlıların bazarlarından bayıra atıblar”

- Siz qeyd etdiyiniz ki, hazırda ixrac sezonudur. Əsas bazar isə Rusiyadır. Orda hansı problemlər var?

- İxrac etdiyimiz malın realizə edilməsi, yəni satılması ciddi problemdir. Bununla Tovuz hadisələrindən sonra rastlaşdıq. Paytaxtda bizi azərbaycanlıların bazarlarından bayıra atıblar. Bu bizim üçün siqnal olmalıdır. Lakin təəssüf ki, ayrı-ayrı sahibkarlarımız hansısa kanallar vasitəsilə yalnız fərdi şəkildə azərbaycanlıların bazarlarına daxil ola bilirlər. Onları qınamıram. Mən öz dövlət qurumlarımızı günahlandırıram. Düzgün reaksiya vermirlər, hələ də Rusiyanın paytaxtında öz məhsullarımızı sata biləcəyimiz meydan yaratmamışıq.

- Belə çıxır ki, koronavirusla bağlı bizim ixracatçıların heç bir problemi yoxdur?

- Müqayisədə bizim ixrac azalıb. Ancaq fərdi şəkidlə yanaşsaq, bəzi sahələrdə ötən illə müqayisədə 16-17 faizlik artım da var. İndi vəziyyət qeyri-müəyyəndir. İdxal kənd təsərrüfatı məhsullarının çeşidi azala bilər. Bu, koronavirusla bağlıdır ya yox, demək çətindir. Ancaq daimi çətinliyimiz dəyişməzdir, aradan qalxmır. Əsas problemimiz Lars sərhəd keçididir.

 

 

 

 

 

 

araz.az

Əlaqəli xəbərlər