Minlərlə müridi olan “İsa Məsih” həbs edilib

1600868287 f isaÖzünü İsa Məsihin “təcəssümü” kimi qələmə verən və minlərlə müridi olan şəxs həbs edilib.

Reyting.az 
xarici KİV-lərə istinadla xəbər verir ki, Sergey Torop adlı təriqət lideri Sibirdə xüsusi əməliyyatla saxlanılıb.

Məlumata görə, Sibirin dərinliklərində son 30 ildir fəaliyyət göstərən təriqətin lideri ilə yanaşı iki köməkçisi də tutulub.

Rusiya rəsmiləri təriqət üzvləri arasında Vissarion adı ilə tanınan 59 yaşlı Sergey Toropa qarşı qanunsuz dini şəbəkə qurmaq ittihamının irəli sürüləcəyini bildiriblər.

İddiaya görə, özünü “İsa Məsih” elan edən S. Torop, təriqətə qoşulan şəxslərdən zorla pul alıb və bu şəxslərə qarşı mənəvi zorakılıq tətbiq edib.

“Quardian” qəzetinin yazdığına görə, 1989-cu ildə sovet rejiminin laxlamağa başlaması dönəmində yol polisi işləyən və işini itirdikdən sonra “oyanma dövrü” yaşayan Torop Son Əhdi Kilsəsini qurub.

Toropun Krasnoyarski bölgəsinin ucqar kəndlərində yaşayan minlərlə müridi var. Hətta təriqətin xaricdə də üzvlərinin olduğu bildirilir.

Xatırladılır ki, özünü peyğəmbər elan edən Torop 2002-ci ildə “Qardian” qəzetinə müsahibəsində “Mən Allah deyiləm. İsanı tanrı kimi görmək də səhvdir. Mən Tanrının yaşayan kəlamıyam. Tanrı demək istədiyi hər şeyi mənim vasitəmlə söyləyər”,- ifadələrini işlədib.

Rusiya mətbuatı yazır ki, məzhəbin qurulması zamanı Torop, İsa peyğəmbərin dünyaya yaxın bir orbitdən hamını izlədiyini, Məryəm ananın Rusiyanı idarə etdiyini bildirib, daha sonra özünü “İsa” elan edib.

Təriqət üzvləri arasında hər kəsin vegeteryan olması vacibdir, pul alış-verişi qadağandır. Təriqət üzvləri sadə geyimdə olmalı və onlar üçün təqvim 1961-ci ildən başlayır. Çünki təriqətin lideri Torop 1961-ci il yanvarın 14-də doğulub.

Rusiya hakim dairələrinin bu təriqətə qarşı indi əməliyyata başlamasının səbəbləri məlum deyil. Çünki Rus Provaslav Kilsəsi dəfələrlə bu təriqətlə bağlı narahatlığını dilə gətirib.

Reyting.az

Əlaqəli xəbərlər