Ermənistan özünü yox edə biləcək SƏHVƏ YOL VERDİ: Türkiyəyə…

israil raket e1602853327826“Ermənistan ordusu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu təşkil edib. Keçmişdə imzalanmış müqaviləyə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Bu baxımdan, Naxçıvana edilən hücum, Türkiyəyə müdaxilə sayılır”.

araz.az  teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Mənbə məsələ ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamaya istinad edib:

“Ermənistan işğal etdiyi Qubadlı bölgəsindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu edib. Açıqlamada mülki əhalinin və yaşayış məntəqələrinin hücum nəticəsində zərər görməməsi barədə məlumatlar yer alıb”.

Mənbə vaxtilə Rusiya və Türkiyə arasında Naxçıvana dair imzalanmış müqaviləni xatırladıb:

“Qurtuluş döyüşü zamanı Atatürkün təşəbbüsü ilə Rusiya ilə dialoq başladı, bunun nəticəsində 1921-ci il martın 16-da Moskva sazişi imzalandı. Beləliklə, Türkiyə və Sovet İttifaqı Naxçıvanın qarantı oldu. Bu razılaşmadan sonra oktyabrın 13-də Qars müqaviləsi imzalanıb və Naxçıvan Azərbaycanın himayəsində olan muxtar bölgə kimi təsdiq edilib. Qars müqaviləsinə Sovet İttifaqı və Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistan da imza atıb. Razılaşma Naxçıvanın ərazi bütövlüyünü təsdiq edir və qarant ölkəyə hərbi müdaxiləyə icazə verir”.

araz.az

Əlaqəli xəbərlər