Serj Sarkisyanın Baden-Badendə kazinoda 100 milyon dollar uduzması ilə bağlı iddialar araşdırma üçün istintaqa göndərilib

1633706835 dunya

Ermənistanın Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın Baden-Baden kazinolarında 100 milyon dollar uduzması ilə bağlı məsələni araşdırır.

araz.az-ın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatlar artıq xüsusi istintaq xidməti tərəfindən araşdırılır.

Baş Prokuroruluq məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də cavab almayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin avqustun 25-dəki iclasında "Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.

 

araz.az xəbər portalı.

Qarabağdakı ermənilər Azərbaycan pasportu istəyirlər

modern.az 08.10.2021 1633701026“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında görüşüb.

araz.az xəbər verir ki, bu barədə deputat özünün “Twitter” hesabında məlumat verib.

T. Gəncəliyev Xankəndinin deputatı kimi erməni əsilli vətəndaşların Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasını təmin etmək üçün işləməkdə maraqlı olduğunu K. Henriksenin diqqətinə çatdırıb.

“Təbii ki, həm Azərbaycan Prezidenti, həm də digər hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini bəyan ediblər. Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yaralana biləcəklər. Mən bir deputat kimi Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərdən bu barədə çoxlu mesajlar alıram. Onlar Azərbaycan pasportunu əldə etmək üçün müraciət etmək istədiklərini bildirilər. Eyni zamanda, biz humanitar məsələləri həll etmək istərdik”, - T. Gəncəliyev qeyd edib.

araz.az xəbər portalı.

Türkiyə ilə yarışa girməyin, SSRİ də belə çökdü - Eks-nazir

bandicam 2021 10 08 12 06 03 496Türkiyə kimi böyük bir iqtisadiyyata qarşı silahlanma yarışı Yunanıstan üçün ciddi təhlükə yaradır.

araz.az  axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Yunanıstanın keçmiş xarici işlər naziri George Katrouqalos çıxış edib.

Keçmiş XİN rəhbəri Afina hökumətinin Fransa ilə imzaladığı əməkdaşlıq müqaviləsinə etirazını bildirib:

"Türkiyənin ÜMM-si bizdən 4 dəfə çoxdur. Onların dövlət borcu ÜDM-nin 37 faizi, bizimki 210 faizi qədərdir, ən əsası isə hərbi ehtiyaclarının 75 faizi daxili müdafiə sənayesi tərəfindən qarşılanır. Bəs Afina hökuməti? Yunanıstan ordusunu ehtiyac duyduğu mərmiləri belə istehsal edə bilməyəcəyi vəziyyətə gətirdiniz.

Müdafiə büdcəsini 40 faiz artırdınız, səhiyyə büdcəsini isə 12 faiz azaldaraq ölkəni təhlükəli bir silahlanma yarışına daxil etdiniz. Silahlanma yarışı əslində ölkənin müdafiə qabiliyyətini baltalayır. SSRİ də belə çökdü".

 

araz.az xəbər portalı.

Vüsal Novruzov jurnalistləri kamera ilə çəkdirərək şantaj etdirib — SENSASİYA

bandicam 2021 10 08 11 56 12 884

Bakı şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, general-mayor Vüsal Novruzovla bağlı sensasion faktlar ortaya çıxıb.

araz.az  Demokrat.az-a istinadən bildirir ki, məlumata görə, bir neçə il öncə Vüsal Novruzov vəzifədə olarkən onlarla jurnalisti öz otağına dəvət edərək, həmin şəxslərə məcburi şəkildə pul verib.

Daha sonra Vüsal Novruzov həmin jurnalistləri videolarını yaymaqla şantaj edib.

Gizli otaq çəkilişləri zamanı Vüsal Novruzovun kabinetində həmin vaxtı onun köməkçisi işləyən İlqar adlı şəxs də iştirak edib.

 

araz.az xəbər portalı.

Xalq artistinin aktyor oğlunun səhhəti ağırlaşdı

1633611563 25698Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağırlaşıb.
araz.az  bildirir ki,bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun həyat yoldaşı İradə Zeynalova məlumat verib. Onun bildirdiyinə görə, aktyorun əli işləmir:
"Məmmədin əli işləmir. Əlini qəti hiss eləmir, həkimlərə gedirik, müayinə edirlər, amma səbəbini deyə bilmirlər. Biri müayinə edir, sonra digərinə yönəldir. Artıq neçə aydır ki, onun xəstəliyinin səbəbini deyən yoxdur. Xəstənin dərdini həkim deməlidir də. Demək olar ki, onu mən geyindirib gəzdirirəm”.
Qeyd edək ki, İrəvan Dövlət Teatrının aktyoru Məmməd Zeynalov bir neçə il bundan öncə insult keçirib. Bundan əlavə, aktyor həm də böyrək çatışmazlığından əziyyət çəkir.
Bahar RÜSTƏMLİ.

22 -dən səhifə 1861

Əlaqəli xəbərlər