Zelenski xəbərdarlıq etdi: “Rusiya adlı dövlət xəritədən silinə bilər"

1631263296 31 1

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında müharibənin başlaya biləcəyi ehtimalını istisna etməyib, ancaq bunun Rusiya üçün "ən böyük səhv" olacağını da vurğulayıb.

araz.az Ovqat.com-a istinadən xəbər verir ki, “YES Brainstorming” forumunun moderatorunun “Rusiya ilə Ukrayna arasında hərtərəfli müharibə baş verə bilərmi” sualına Zelenskinin cavabı ürküdücü olub:

“Bəli, bu, mümkündür, amma bundan sonra Ukrayna və Belarusun qonşuluğunda Rusiya adlı dövlət heç vaxt mövcud olmayacaq".

Qeyd edək ki, Rusiya ilə Belarusun bu gün başlatdığı “Qərb-2021” hərbi təlimləri Qərb ölkələrində, xüsusilə Baltikyanı ölkələrdə və Polşada ciddi narahatlıq yaradıb. Hətta Polşa öz ərazisində fövqəladə vəziyyət elan edib. Mümkündür ki, Zelenski də bu təlimlərin Ukraynaya qarşı yönəlmə ehtimalımı nəzərə alıb Moskvaya bəri başdan öz mesajını çatdırıb.



Məlumata görə, təlimlər Kalininqraddan Voronej və Nijni Novqorod bölgələrinə qədər 2 min km-dən çox ərazini əhatə edir. Təlimlərin məqsədləri, döyüşə hazırlıq səviyyəsini və İttifaq Dövlətinin (Rusiya və Belarus) təhlükəsizliyini təmin etmək üçün hərbi komandanlığın qabiliyyətini yoxlamaqdır.

Tədbirlərə 200 minə yaxın hərbi personal, 15 -ə qədər gəmi, 80 -dən çox təyyarə və vertolyot, 290-dan çox tank, 240 silah, xeyli sayda raket sistemi və minaatan qatılıb. Təlimlər başlamamışdan əvvəl, NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat verərək bildirmişdi ki, Rusiya artıq neçə illərdir, keçirdiyi təlimlərin tapşırıq və hədəflərini tam açıqlamır, bu da qonşu dövlətlərdə xof yaradır. Baş katib Moskvanı belə məsələlərdə “proqnozlaşdırıla bilən” olmağa çağırmışdı.

 

araz.az xəbər portalı.

Biznesmen, yoxsa məmur?

teh 1

Cəmiyyətimizdə, müstəqil Azərbaycanda hələ də sovetlər dövrünün xiffətini çəkənlərin olduğu heç kimə sirr deyil. Yüz yetmiş ildə Azərbaycanın yeraltı , yerüstü sərvətlərini ac qurd kimi talayıb Moskvanı, Leninqaradı (İndiki Sank-Peterburqu) tikən, əvəzində xalqa, bu yerin tarixi sahiblərinə sadəcə acından ölməməsi üçün qəpik-quruş verən omperiyanın ləğvindən, ölkəmizin müstəqilliyini əldə etməsindən ötən otuz il ərzində bu qədər tarixi nailiyyətləri görməzdən gələn belə “sovet vurğunları”na bir az da bu problemdən danışmaq istəyirəm.

Sirr deyil ki, bu gün Azərbaycan cəmiyyətində biznes quranların tam əksəriyyəti ya yüksək çinli dövlət məmuru və onun yaxınlarıdır, ya da deputat və qohum-əqrabası! Bunu sübut etmək üçün, Məşədi İbadın sözü olmasın, vəzifə sahiblərini izləməyə ehtiyac yoxdu. Elə vəzifədən kənarlaşdırılan, deputatlıq mandatı əlindən alınan və ya hər iki halda həbs edilən məmur və deputatların cinayət materialları ilə tanış olmaq kifayətdir. Bir ölkənin ideaoloji işinə rəhbərlik edən şəxs dövlətin əmlakını yaxınlarının adlarına özəlləşdirib, ordan əldə etdiyi vəsaitlə böyük biznes şəbəkəsi qurursa, o zaman ölkədə ideologiyanın bu qədər yarıtmaz olduğunu anlamaq çətin deyil. Bu qədər biznes şəbəkəsini idarə etmək dəm-dəm halvası deyil ki, ordan vaxt tapıb ideologiyadakı boşluqların doldurulmasına da əl atsın! Xülasə, fikrim hansısa keçmiş məmuru yıxıb-sürümək deyil və əslində yıxılıb sürünən birini mənim sürüməyimə nə ehtiyac? Onun baltası çoxdan çalınıb və mənim baltama ehtiyac da yoxdur. Məqsədim Azərbaycan cəmiyyətində məmur təyin edilənlərin əksəriyyətinin dərhal boynuna düşən yükü çəkmək haqqında deyil, yaxınlarını başına yığıb biznes bazarını yaratmaq üçün işə başlamasının köklərini araşdırmaqdan ibarətdir. Hardandır bizdə bu qədər pul, mal, dövlət ehtirası? Və həm də niyə qazanmaq üçün məmur , ya deputat olmazdan əvvəl biznesini qurmur, yalnız səlahiyyət sahibi olandan sonra fəaliyyətə keçir?

Bu barədə çox düşündüm, çox götür-qoy elədim, Tehrandakı arxivlərdən “Tarixi-Nadir”in surətini oğurlatdırıb gətirtdim, oxudum, nəhayət cavabını tapdım. Nə Nadirin, nə Xətainin, nə də digər dövlət adamlarının zamanında bizim millətdə pula bu qədər hərislik faktı tapa bilmədim. Ta Çar Rusiyası və onun xələfi olan Sovet İmperiyası bu milləti rüşvətə, qanunsuz gəlirlərə sövq edənə qədər. Kimsə dodağın büzməsin, mənə inanmırsınızsa, gedib Siz də “Tarixi-Nadir”i oxuyun. Onda görəcəksiniz ki, haqlıyam. Həm çarın, həm də sovetlərin yerlərdəki nümayəndələrini rüşvətə, qanunsuz gəlirlərə sövq etmək, bununla da onları “gözükölgəli” edib, buyruq quluna çevirmək, sən demə dövlət siyasəti imiş. Yəni məmur bir balaca cızığından çıxarmışsa, dərhal onu bu qanunsuzluqlarla cəzalandırmaq üçün, onları beləcə özlərinə tabe etdirirmişlər. Elə o dövrün bəlasıdı ki, indi də yaxamızdan tutub, buraxmır. Həmin sovet dövründə məmurlara yaradılan bu “şərait”dən necə yararlanıblarsa, elə həmin üsulla da indi yararlanmaq istəyirlər.

Mövzu çox geniş və çox mübahisə doğuran mövzudu və mən də bunun fərqindəyəm. Amma belə bir müzakirə açılmasına çoxdan ehtiyac var axı! Tarix boyu milli mənafelər naminə nəinki pulundan, hətta canından keçməyə belə hazır olan kişilərin nəvələri, nəticələri niyə bu qədər pul düşkünü olub və milli mənafeləri də, millətin balalarının gələcəyini də dünya malına belə asanlıqla qurban verirlər? Ciddi mövzudu, deyilmi? Gəlin müzakirə edək və müzakirə edə-edə həm də düşünək. Bəlkə bir yol tapa bildik, inşaallah!

Təhmasib  NOVRUZOV

Kəmaləddin Heydərov məhkəmələrdən qurtula bilmir - Daha bir şirkəti barədə iddia

bandicam 2021 09 10 13 08 15 129
 
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan kommersiya qurumları ard-arda məhkəməyə verilir. 

araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, son 2 ayda nazirə məxsus olduğu deyilən 10-na yaxın şirkət məhkəməyə cəlb edilib. 

Əldə etdiyimiz məlumata görə, bu günlərdə Kəmaləddin Heydərovun nəzarətində olan daha bir kommersiya qurumu ilə bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət "Hajigabul Freenhouse” MMC-dən gedir. Şirkət barədə "Cargo.az” MMC iddia qaldırıb. Məhkəmə çəkişməsinin səbəbi daşıma müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatındadır. 

"Hajigabul Greenhouse” MMC 26 dekabr 2016-cı ildə qeydiyyatdan alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mohammad Reza Nikbakht Sarvestanidir. 

Şirkətin əvvəlki qanuni təmsilçiləri Aralov Boqdan Yuriyeviç və Muradov Cəmil Tahir oğlu olub. Cəmil Muradov hazırda "Gilan Holding” MMC-nin qanuni təmsilçisi və Baş direktorudur. 

"Hajigabul Greenhouse” MMC-nin yerləşdiyi hüquqi ünvan - Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 - "Gilan Holding”in ofisidir. 
 
araz.az xəbər portalı.

Ermənilər həyəcanda: Türkiyə təyyarəsi İrəvan üzərindən uçub

1631213548 turk teyyare

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib.

araz.az  
Reyting.az-a  istinadən xəbər verir ki, "Vestnik Kavkaza" "Uçuş Radarı" resursundan alınan məlumatlara istinadla bu məlumatı yayıb.

Türk Hava Yollarının “Boeing-737” təyyarəsi sentyabrın 4-də TK326 Gəncə-Naxçıvan reysini həyata keçirib.

Təyyarə Gəncədən saat 9.57 -də (5.57 UTC) havaya qalxıb və Naxçıvana 10.32-də (6.32 UTC) eniş edib.

Uçuş müddəti 35 dəqiqə olub. “Uçuş Radarı”na görə təyyarənin marşrutu Sevan gölü və Ermənistanın Geqarkunik bölgəsi üzərindən keçib.

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinə istinadla xəbər verilir ki, Türk Hava Yollarının Naxçıvan-Gəncə reysi sentyabrın 4-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiqlənmiş və Ermənistan hava məkanı üzərindən keçən hava yolları ilə həyata keçirilib.

“Xarici hava yolları Azərbaycanın hava məkanı vasitəsilə ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava marşrutları üzrə Ermənistan hava limanlarından hava limanlarına uçuşlar həyata keçirir. Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan hava limanlarına uçuşlar üçün kommersiya aviasiyası üçün heç bir məhdudiyyət yoxdur”, - AZAL əlavə edib.

"Bundan başqa, Azərbaycan və Ermənistan arasında davam edən münaqişə və qarşılıqlı maliyyə hesabatlılığının olmaması səbəbindən, AZAL qonşu respublikanın hava məkanından keçən beynəlxalq hava marşrutları üzrə uçuşlar həyata keçirmir".

 

 

araz.az xəbər portalı.

24 -dən səhifə 1796

Əlaqəli xəbərlər