Fiziki məhdudiyyətli insanı görəndə qulağımızı çəkib “kış-kış” edirik

Kubraxanim

                                               Kubra Məhərrəmova yazır...

   Biz nə qədər son model smartfon işlətsək də, ən son model cırıq cins geyinsək də, ən son model avtomobil idarə etsək də, etiraf etməliyik ki, adam olmağımıza hələ çox var. 

   Kim ki özünü üstün sayır, sayğılar. Amma ümumi mənzərə başqa həqiqətdən bəhs edir. 

   Fiziki məhdudiyyətli insanı görəndə hələ də orta əsr təfəkküründə qulağımızı çəkib “kış-kış” edirik. Onu qəbul etmirik. Onunla evlənmirik. Onunla bir evdə yaşamaq istəmirik. Sanki keçici xəstəlikdir və bizə də keçəcək. 

   Adi bir hadisəni nəql edirəm. Bir tanış var idi. Cavan, ağıllı, yaraşıqlı oğlan. Qulağı pis eşitdiyi üçün eşitmə aparatı taxırdı. Uzun sözün qısası sevdiyi qızı onunla evlənməyə imkan vermədilər. Qızın valideynləri israrla bildirdi ki, on ilə tam kar olacaq. Biz qızımızı kar oğlana verə bilmərik. 

   Amma toplum olaraq qızımızı içən, çəkən, döyən oğlana veririk. 

   İkinci oxşar hadisə. Qızın görməsində qüsur var idi. Təbii ki, eynək taxırdı. Bu dəfə oğlan anası dizini-başını döyürdü ki, bəs onun görmə qabiliyyəti düzəlməyəcək, əksinə illərlə pozulacaq, oğlum da ona qulluq etməli olacaq. 

   Təbii ki, hər kəs öz övladı üçün ən gözəlini, yaxşısını istəyir. Amma kim zəmanət verə bilər ki, sabah öz övladı hansı hala düşəcək. Və sonunda kim kimə qulluq edib, qayğısına qalacaq. 

   Cəmiyyətin problemi ondadır ki, çoxu fiziki məhdudiyyətli insan görəndə düşündüyü yeganə şey onlara “nəzir” vermək olur. Ya da onlara yazığı gəlir. Yəni sağlam düşüncədən başqa nə desən, var. Mental düşüncəmizi dəyişmək lazımdır.

   Yadınıza salmağa çalışın, axırıncı dəfə əlil arabasında hərəkət edən adamı harada görmüsünüz? Çox nadir hallarda onlara küçədə rast gələ bilərik. Cəmiyyətin onlara qeyri-səmimi münasibəti bu insanların çoxunun evdən çıxmamasına səbəb olur. Çoxları depresiyaya düşür, özünə qapanır. 

   Çox təəssüf ki, bu insanlara qarşı tolerant deyilik. Biz cinsi azlıqlara, yüngül həyat tərzi keçirən qadınlara, rüşvət alanlara, dələduzluq edənlərə daha tolerant yanaşırıq, nəinki fiziki məhdudiyyətli kəslərə. Və ya fiziki məhdudiyyəti olanlara. Termini necə istəyirsinizsə, ifadə edin. Bundan məğz dəyişmir. 

                                                           Bəs nə etməliyik? 

   Anlamalıyıq ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətin bir parçasıdır. Və hər birimiz onların cəmiyyətə inteqrasiyası üçün öz öhdəmizə düşəni etməliyik. 

Bu insanları evlərində həbs etməli deyilik. İldə bir dəfə hansısa bayramda onları tədbirlərə dəvət etməklə də iş düzəlmir. Bu kəslər üçün onların fiziki imkanlarına uyğun iş yerləri açılmalı, sosial layihələrdə iştirak etməlidirlər. Onlarla tez-tez ünsiyyətdə olmalı, onların həyat şəraiti üçün lazım olanları araşdırmalıyıq. Bu, məişət problemlərindən tutmuş, təhsil, iş, karyera məsələlərinə qədər əhatə olunmalıdır. 

                                                        Bir şeyi mütləq bilməliyik! 

   Bu insanlar sizin düşündüyünüzdən daha güclüdür. Onların çoxu özlərinin fərqli olduğunu qəbul edərək, bununla yaşamağı öyrəniblər. Yaxınlarının dəstəyi ilə böyük uğurlar qazanıblar. Məsələn, bu yay Tokioda keçirilən Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində Azərbaycan 19 medalla 10-cu yeri tutdu. Medallardan 14-ü qızıl, biri gümüş, dördü bürüncdür. Möhtəşəm nəticədir, deyilmi? 

   Amma Azərbaycan millisi, özündənrazı 44 idmançı ilə Tokio-2020 Olimpiya Oyunlarından evə 3 gümüş və 4 bürünc medalla geri qayıtdı.  

   Və bu nümunədə bir daha görürük ki, fiziki çətinliyi olan idmançılar sıravi idmançılardan qat-qat əla nəticə göstərdilər. Çünki onlar daha əzmkar və mübarizdirlər. Bəs biz niyə onlara düzgün qiymət vermirik? 

   Dəfələrlə şahidi olmuşam ki, hər hansı bir toy məclisində idmançıları yuxarı başda əyləşdiriblər. Niyə o yuxarı başda paralimpiyaçılarımız oturmur? Niyə təqdimatlarda, tədbirlərdə yoxdurlar? Olsalar da çox az. 

                      Sonda onu demək istərdim ki, hər şey tərbiyədən, təlimdən başlayır. 

   Məktəbdən, evdən başlayır. Əgər bir sinifdə uşağı eynək taxdığı və ya eşitmə aparatı taxdığı üçün qısnadan uşaqlar varsa, deməli həm məktəb, həm də ailə xəstədir, qüsurludur. Hər bir kəs evində böyütdüyü uşağa anlatmalıdır ki, bu dünya müxtəlifdir. Müxtəlif genetik xəstəliklər müvcuddur və heç kim bundan sığortalanmayıb. Biz bu müxtəlifliyi qəbul etməli, bir-birimizə doğru-düzgün yanaşmalıyıq. 

   Mən hələ Daun sindromlu uşaqların valideynlərinin nə çəkdiyini demirəm. Cəmiyyət onları rəsmən hər gün öldürür. Qınayır. Valideynlər cəmiyyətdən, dostdan-qohumdan dəstək almaq əvəzinə mənəvi təzyiqlə üzləşir. 

              Mövzu isə olduqca böyük və ağrılıdır. İlk növbədə özümüzü düzəltməliyik. 

   Qüsurlu, əngəlli, problemli bizik, cəmiyyət. Bunun da müalicəsi təfəkkür və tərbiyəni yaxşı tərəfə dəyişməkdir.

araz.az xəbər poretalı.

“Xalq Cəbhəsi” qəzetinin 20 illik yubileyi ilə bağlı MŞ-da tədbir keçirildi — FOTOLAR

f98d9218fc8a

   "Xalq Cəbhəsi" qəzetinin ilk sayının çapdan çıxmasından 20 il ötür. Qəzet ilk dəfə 2001-ci ilin 20 noyabrında işıq üzü görüb, ancaq öz yubileyini 20 noyabr – Qarakənd faciəsi ilə əlaqədar olaraq həmişə noyabrın 21-də qeyd edir.

    Bu dəfə Mətbuat Şurası “Xalq Cəbhəsi” qəzetinin 20 illik yubileyini bu gün – noyabrın 30-da qeyd edib.

   Bu münasibətlə Mətbuat Şurasında keçirilən tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov qəzetin baş redaktoru Elçin Mizəbəyliyə yubiley münasibəti ilə diplom təqdim edib.

   Daha sonra qəzet və sayt rəhbərləri təbrik nitqləri söyləyiblər. Onlar “Xalq Cəbhəsi” qəzetinin Azərbaycan mediasındakı rolundan, qəzetin baş redaktoru Elçin Mirzəbəyliinin uğurlu fəaliyyətindən danışıblar.

araz.az xəbər portalı.

“Nar” milli internet resurslarına dəstək olur

WhatsApp Image 2021 05 26 at 16.26.53

   Azərbaycanda milli internet resurslarının inkişafına dəstək məqsədilə, yüksək keyfiyyətli mobil rabitə və internet təminatçısı kimi “Nar” növbəti dəfə “NETTY” milli internet mükafatına dəstək olur.

   "Nar"dan  araz.az-a daxil olan məlumata görə,  Müsabiqədə iştirak üçün artıq “NETTY” təşkilat komitəsinə 6 əsas nominasiya üzrə 200-dən çox müraciət daxil olub. Növbəti mərhələdə Ekspertlər Şurası və Virtual Münsiflər heyəti “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə təqdim edilən layihələri qiymətləndirəcək.

   Xatırladaq ki, bu gün müsabiqədə iştirak üçün müraciətlərin qeydiyyatının son günüdür.

   Qeydiyyat 30 noyabr saat 00:00-dək açıqdır. Müraciətlər netty.az/registration səhifəsi üzərindən həyata keçirilir.

   “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.4bb767d8 216e 4961 ac33 c48bd41d125a

araz.az xəbər portalı.

Düşmən dövlətlər də, Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır

WhatsApp Image 2021 11 30 at 01.37.00

   Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı keçirildi.

   Bu Zirvə Toplantısının yekun Bəyanatı da qəbul edildi. Sözü gedən Bəyanatda, 44 günlük Vətən Müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi barədə məlumat qeyd edilməklə, həm də bu sənəddə "Zəngəzur dəhlizi" termini beynəlxalq anlayış kimi işlədildi.
   Nəzərə alsaq ki, İƏT-in üç üzvü -- Qazaxıstan, Qırğızıstan və Tacikistan, Rusiyanın patronajında olan KTMK, Avrasiya İqtisadi və Gömrük Birliyinin üzvləri kimi, Ermənistanın rəsmi müttəfiqlərinin də yekdilliklə qəbul etdiyi Bəyanatı imzalayıblar, onda, bu sənədin Ermənistana və onun təhrikçilərinə növbəti siyasi-diplomatik zərbə olması göz qabağındadır. Yeri gəlmişkən, bu təşkilata Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və İran üzvdürlər. Bu toplantıda İran Prezidenti İbrahim Rəisi də iştirak edirdi. Və Bəyanatın bu şəkildə qəbul edilməsinə maneçilik edilsə də, çoxluq qarşısında İran da bu Bəyanata imza atmalı oldu.
   Aşqabaddakı zirvə görüşündə Azərbaycan Prezidenti ilə bir sıra görüşlər keçirilib. Bildiyimiz kimi, ölkəmizin rəhbəri İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Görüş, böyük ehtimalla, İran tərəfinin təşəbbüsü ilə baş tutub. Bu qənaəti, İbrahim Rəisinin İlham Əliyevi gözləməsi kadrları da təsdiq edir.
Bəli, bir neçə ay çəkən İran -- Azərbaycan gərginliyi, İranın geri addım atması ilə nəticələndi. Yəni, İran Azərbaycanın tələb və şərtlərini yerinə yetirməli oldu. İranın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi,
toxunulmamazlığı barədə qətnamələr, qərarlar qəbul edib. Baxmayaraq ki, İran Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edib. Ancaq İran mütləq çoxluğa tabe olaraq, təklif olunan sənədlərə imza atmaqla öz riyakar siyasətini pərdələməyə çalışıb.   O ki, qaldı İranın dövlət başçılarının Azərbaycanla bağlı hər çıxışlarında: “Azərbaycanın dövlət müstəqilliyin ilk tanıyanlardan biri də İran olub!” -- kəlməsini səsləndirmələrinə, sözsüz ki, İran Azərbaycanın müstəqilliyinin ilk günlərindən “fars şiəsi” kartından istifadə edib. Bu da, onun, Azərbaycanı öz təsiri altına çəkmək istəyindən irəli gəlib həmişə. Konkret desək, dini mənsubiyyəti irəli, milli kimliyi arxa plana keçirməklə, Güney Azərbaycanın istiqlalını əngəlləmək və Azərbaycanın bütövləşməsinə mane olmaq niyyəti daşıyıb. İƏT-in Aşqabad Zirvə Toplantısı bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz xarici siyasətini elə qura bilib ki, düşmən dövlətlər də Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır. Necə ki, İran, Rusiya, Fransa, ABŞ və digərləri kimi. BMT Təhlükəsizlik Şurasında, Avropa Birliyində və onun müvafiq təşkilatlarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, KTMT-də və sair beynəlxalq təşkilatlarda da düşmənlərinin etirazlarına və cəhdlərinə baxmayaraq, Azərbaycan öz istədiyini alır. Sözsüz ki, Qarabağ məsələsinin yekun həlli ilə, Xankəndinin və onun ətrafının da Azərbaycan yurisdiksiyasına qayıtmasının, Zəngəzur dəhlizinin açılışının da şahidi olacağıq.

Vüqar DADAŞOV,

hüquqşünas,MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

Məmurların kreslo sevdası, yoxsa “ayrılıq” qorxusu...

RYN 0791

   Hansısa vəzifəyə təyin olunmaq şəxsə olan etibarın, inamın göstəricisidir. Bizdə çox vaxt vəzifəyə təyinat alan şəxslər ardıcıl olaraq işlərində problem yarananda, cəmiyyət tərəfindən tənqidlə qarşılaşanda, o narazılığı aradan qaldırmağın çıxış yollarını axtarmaq əvəzinə, kresloya daha da möhkəmlənməyin yollarını axtarırlar. Kobud səslənsə də, ya kresloda ölürlər, ya da Prezident sərəncamı ilə vəzifədən azad edilirlər. İstefa vermək isə ağıllarından da keçmir...

   Azərbaycanda çox az rast gəlinsə də, Avropada demək olar ki, bütün vəzifəlilər bu mədəniyyətə sahibdirlər. Bizdə niyə bu mədəniyyət yoxdur və məmurları kreslolarına bu qədər bağlayan səbəb nədir?

   Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a bildirib ki, bunun ilkin səbəbi 70 il sovetlər birliyinin tərkibində qalmaqda, idarəetmə sisteminin daha sərt mərkəzləşmiş formada olmasındadır:

   “Əsasən təyinatlar baş verir və bu bir sıra hallarda vəzifəyə göndərilən insanların deyərdim ki, iradəsindən kənar olur. Müxtəlif xarakterli ideoloji strukturların, rayon rəhbərliyindən tutmuş sovet partiya sisteminin bütün həlqələri üzrə təyinatlar mühüm dərəcədə mərkəzi orqanlar və onun rəhbər şəxsləri tərəfindən aparılıb. Belə olan şəraitdə sanki insanların öz fərdi, şəxsi mövqeyi və iradəsindən daha çox mütləq “bu məsələdə kimsə qərar verəcəkdir” kimi bir anlayış, düşüncə sistemi bərqərar olub. Bu hələ yaş baxımından kiçik olan son 30 ilin idarəetmə sistemində də özünü qoruyub saxlayır. Yəni, məmurlar belə hesab edirlər ki, sosial şəbəkələrdəki tənqidlər əsassızdır. Hətta əsaslı olduğu halda da yenə də qərar müvafiq qurumlar tərəfindən verilməlidir. Məsələnin digər tərəfi də odur ki, istefa ənənələri, istefa mədəniyyəti bu cəhətdən geniş şəkildə yayılmayıb. Kimsə düşünür ki, belə addım atacağı təqdirdə mərkəzi hakimiyyət orqanlarının sanki iradəsinə qarşı çıxmış olar. O anlamda sözügedən məsələ ilə bağlı bu gün vəzifə tutan hər kəs cəmiyyətin bu istefanı necə qarşılayacağından, onların çalışdığı sahələrin, nazirliklərin, komitələrin necə qiymətləndirəcəyi ətrafında bir ortaq məxrəc yoxdur. Bu addımın mənfi qarşılanacağını düşünürlər. Çünki düşünür ki, öz kreslosunu könüllü şəkildə tərk edirsə, sanki o qədər də təqdir olunmayacaq”.

   Deputat qeyd olunan tənqidlərin kəskin ictimai mövqeyi fonunda bir qisim insanların bu addımı atmamasını məhz məsuliyyət amili ilə bağlayır:

   “Çünki onlar düşünürlər ki, istefa versələr sanki öz günahını etiraf eləmiş olur, haqqında yazılanlarla bu və ya digər formada razılaşır. Ardınca ona qarşı hansısa hüquqi davalar açıla bilər. Buna görə də istefa verilməsi dərhal həm ictimai, həm hüquqi tədbirlərə yol alar anlamında bu qərardan daşınır və vəzifəsinə davam etməyə çalışır.

   Beləliklə, yaxın ölkələrin təcrübəsində görürük ki, bu əlahiddə bir hadisə deyil. Buna fövqəladə məna vermək yanlışdır. Cəmiyyət həyatını zaman etibarı ilə buna uyğunlaşdırmaq lazımdır. İnsanlar həqiqətən də vəzifəni məsuliyyət kimi qəbul və dərk etməlidirlər. Bu xüsusi bir imtiyaz və üstün bir yerdə görmək hadisəsi kimi qəbul olunmamalıdır. Cəmiyyətlə üfüqi münasibətləri bərqərar elədikcə, vəzifə pultunun bir qədər aşağı enməsi baş verdikcə, çox rahatlıqla vəzifələrdən getmələr müşahidə olunacaq. Bu xəbərdarlıq xarakteri daşımadan, kiçik bir ərizə ilə hər hansı səbəbdən vəzifələrini davam edə bilməyəcəkləri söyləməlidirlər”.

                                                “Məmurlarda da ayrılma problemi var”

   Tanınmış psixoterapevt Elmir Əkbər bu halı psixoloji etnik şüuraltımızla əlaqələndirib:

   “Belə ki, bizim şüuraltımızda əksər insanlarda ayrılmaq mədəniyyəti formalaşmayıb. Məsələn, insan ailəsindən ayrılanda da bu çox biabırçı şəkildə baş verir, iş yerindən çıxanda həm müdiriyyət, həm də işçi tərəfindən xoşagəlməz hallar olur. Çox vaxt görürük ki, ailə bərbaddır, ölümə doğru gedir, amma ayrılmaq istəmirlər. İş bərbaddır, istismar olunsa belə, ayrılmaq istəmir. Eləcə də bunu vəzifəli insanlara da aid edə bilərik. Məmurlarda da bu ayrılma problemi var. Ona görə də Prezidentimiz onlara qarşı konkret addımlar atmalı olur. Çünki o insanın özünə qalsa ayrılmaq istəməyəcək”.

   E.Əkbər uşaqlarımıza qalib gəlməyi bacarmaqla yanaşı, məğlub olmağı da öyrətməyin vacib olduğunu qeyd edib:

   “Övladlarımıza məğlubiyyət mədəniyyətini öyrətməliyik. Dostluq, birlik mədəniyyəti ilə yanaşı, ayrılmaq mədəniyyətini də mənimsətməliyik. Ən əsası keçmişi buraxmağı bacarmağı öyrətməliyik. İnsan keçmişi buraxmalıdır. Onda daha xoşbəxt olacaq və gözəl yaşayacaq”.

25 -dən səhifə 1936

Əlaqəli xəbərlər