"AZƏRROS"UN DALANA DİRƏNƏN QARANLIQ TALEYİ -- "DELTA"DA BİABIRÇILIQ

WhatsApp Image 2019-11-04 at 09.14.25.jpegBir vaxtlar Rusiyanın 54 bölgəsində məskunlaşan soydaşlarımızın ümid qapısına çevrilən, sonralar isə, ətrafında gedən müzakirələr zamanı barəsində ziddiyyətlər dolu ən müxtəlif məlumatlar yayılan həmvətənlərimizin rəsmi diaspor qurumu "AzərRos"un -- Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının artıq 20 yaşı tamam oldu. Bu münasibətlə, Moskva Kremlinin yaxınlığındakı elitar mehmanxanalar kompleksinin birinin -- İzmaylovdakı "Delta Hotel"in yığıncaq zalında qabaqcadan planlaşdırılan tədbir də keçirildi. Hətta bu yubiley mərasimində Azərbaycanın Müstəqillik Günü də qeyd olundu. Lakin tədbirin gedişindəki bir çox məqamlar onun iştirakçılarına ürəkaçan təsir bağışlamadı. Çünki... ...Öncədən belə ehtimal olunurdu ki, bu iki önəmli tarixi hadisənin birgə qeyd olunması, baş tutacaq bu tədbiri daha yaddaqalan edəcək. Dövlət himnimizin səslənməsi ilə start götürəcək iki hissəli bu tarixi tədbirə dəvətlilərdən biri olaraq, mənə də elə gəlirdi ki, "AzərRos"un bu yubiley mərasimi də, o vaxtlar keçirilən buna bənzər tədbirləri kimi səs-küylü və təntənəli keçəcək, bu böyük ölkənin bütün regionlarını təmsil edən müxtəlif diaspor təşkilatlarımızın rəhbərləri, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin və digər yuxarı dövlət qurumlarının rəsmiləri, Avropa, Yaxın Şərq, Orta Asiya ölkələrinin və Rusiyanın ictimai-siyasi həyatlarında fəallıqları ilə seçilən, bu dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı, iş adamı, aydın fikir, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan soydaşlarımız bu təşkilatın 20 illik fəaliyyəti barədə, ürəkdən gələn öz xoş fikirlərini söyləyəcəklər. Həmçinin baş tutacaq bu önəmli tədbirin təşkilatçıları, ayrı-ayrı regionlardan və ölkələrdən olacaq dəvətlilərin bütün xərclərini belə öz üzərlərinə götürəcək...

Fizuli Məmmədovun rəhbərlik etdiyi Rusiya Azərbaycanlıları İttifaqının nümayəndə heyəti Vəhşi diviziyanın şərəfinə keçirilmiş təntənəli yığıncaqda iştirak edib

delegaciya-soyuza-azerbajdzhancev-rossii-vo-glave-s-fizuli-mamedovym-prinyala-uchastie-v-torzhestvennom-sobranii-v-chest-dikoj-divizii.jpgMoskvada oktyabrın 31 də Qafqaz xalqlarından ibarət süvari diviziyanın 105 illiyinə həsr edilmiş “Vəhdət və rəşadət. Tarix və incəsənətdəki Vəhşi Diviziya ” adı altında təntənəli yığıncaq keçirilib. Tədbir iştirakçıları arasında görkəmli elm və yaradıcılıq adamları, ictimai və siyasi xadimlər, Qafqaz diasporlarının nümayəndələri olub.

“Mədəni irsimizin səsi” sosial filmi təqdim edilib

 234A4296.JPG

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilən “Mədəni irsimizin səsi” sosial filminin təqdimatı keçirilib. Filmdə Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, vandalcasına məhv edilmiş tarixi-mədəni abidələrimiz nümayiş etdirilib. Füzuli rayonunda qədim dövrlərə aid tarixi-mədəni yerlər eləcə də XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim su kəhrizi haqda məlumatlar yer alıb. Bildirilib ki, hələ Sovetlər dövründə xalqımızın qan yaddaşını təcəssüm etdirən bu mədəni abidələr heç bir əxlaqi dəyərlərə sığmadan müxtəlif təsərrüfat məqsədləri üçün, kimyəvi preparatların saxlanc yeri kimi istifadə edilmiş, bəziləri yandırılmış və ya baxımsız hala gətirilmiş, Böyük Bəhmənli kəndinin yaxınlığındakı qədim şəhəin qalıqları yer üzündən silinərək yerində əkin sahələri salınmışdır.

4 -dən səhifə 435

Əlaqəli xəbərlər