“BakıKart”ın “yediyi” pullar: QƏPİKDƏN İMTİNA

bakikart_123.jpg

2015-ci ilin avqust ayından etibarən Bakı Metropolitenində “BakıKart” ödəmə sistemi fəalliyyət göstərir. İki ildən çox reallaşan bu sistemdə hələ də ciddi problemlər yaşanır. Belə ki, sakinlər kartyükləmə aparatlarından istifadə zamanı vaxtaşırı ciddi problemlərlə rastlaşır. Bəzən “BakıKart” ödəmə sistemi qəpik pulları qəbul etmir, bəzən qəbul edir, amma ödəmə karta yüklənmir, bəzən isə vahid ödəmə aparatları yalnız kağız əsginaslara üstünlük verir. Bu kimi problemlərlə demək olar ki, hər gün rastlaşırıq. Hətta “BakıKart” ödəmə terminallarının qarşısında tez-tez uzun növbələr yarandığını da müşahidə edirik. Növbələrin səbəbi isə ödənilən pulların “BakıKart” tərəfindən mənimsənilməsidir.

Azərbaycan Yazıçılar Birliyindən BƏYANAT

yazicilr-birliyi.jpg

Azərbaycan Yazıçılar Birliyi (AYB) son günlər birlik ətrafında yayılan xəbərlərlə bağlı rəsmi bəyanat yayıb.
AYB-dən araz.az-a verilən xəbərə görə, bəyanatda deyilir ki, Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər keçmiş adı «26» olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə edib və buna münasibət bildirməyi qərara alıb.

Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb

yazicilr-birliyi.jpg

Azərbaycan Yazıçılar Birliyi (AYB) bəyanat yayıb.
Azərbaycan Yazıçılar Birliyindən "Report"a verilən məlumata görə, bəyanatda deyilir: "Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər keçmiş adı "26" olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə etmiş və buna münasibət bildirməyi qərara alıb. Öncə məsələnin tarixçəsi. Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. "Buranı bağlayacayıq, qoymayacayıq" və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz".

Mehman Əliyev həbsdən buraxılıb

Prezidentə təşəkkür məktubu 

 

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.

Məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.

İlham Əiyev Lapşini əfv etdi

lapsin.jpg

Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Araz.az-ın məlumatına görə, sərəncamla 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad ediləcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

403 -dən səhifə 442

Əlaqəli xəbərlər