Azərbaycan ordusunun əsgəri şəhid olub

Azərbaycan ordusunun əsgəri şəhid olub. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

Prezident Xüsusi Təyinatlı Qüvvələrin zabitinə Milli Qəhrəman adı verdi

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

Bu barədə azvision.az-a şəhidin həyat yoldaşı Fizzə Mirzəyeva məlumat verib. Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub.

Bakıda sensasion olay: General polisə silah çəkdi, yumruqlandı...

Aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Araz.az "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, FHN generalı bərk sərxoş vəziyyətdə Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin zabitinə tapança çəkib. Məlumatı Binəqədi rayon Polis İdarəsindən veriblər.

Prezidentin oğlu ADA-nın məzun buraxılışı tədbirində

"Gülüstan” sarayında "ADA” Universitetinin məzun buraxılışı və "Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

araz.az azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

440 -dən səhifə 456

Əlaqəli xəbərlər