"Laza" əxlaqsızlıq yuvasına çevrilib

 Masazır qəsəbəsində yerləşən
bu fahişəxananı işlədənlər onların arxasında Qəbələnin ağsaqqalının durduğunu deyirlər


Hətta buradakı qonşu villa sahibi arvad- uşağının taleyindən narahat olduğu üçün evini satışa çıxarıb

 

 

 

Doğrudan da, Masazır qəsəbəsinin ən qaynar nöqtəsində yerləşən "Laza" restoranı ətrafında gün ərzində baş verənlər xarci filmlərdə əsl biabırçılıqlara bənzəyir və sakinər üçün göz dağına çevrilib. Bu əxlaqsızlıq yuvasına günün günortaçağı belə heç nədən və heç kimdən qorxub-çəkinmədən qol-boyun gələn sərxoş kişi və qadınların hərəkətləri hər cür nifrətə layiqdir. Bu, çoxlarını, daha çox "Laza"nın iki addımlığındakı evlərdə yaşayan sakinləri zinhara gətirib. Onların aidiyyatı orqanlara ünvanladıqları saysız-hesabsız şikayətləri də cavabsız qalır. Bütün bunlar isə, bu qeyri-qanuni fəaliyyətin arxasında "qılıncının sağı da, solu da kəsən" kiminsə durduğunu təsdiqləyir. Belə olmasaydı, Masazır camaatının əlaqədar idarə və təşkilatlardan "Laza"nın qanunsuz fəaliyyətinin dərhal dayandırılması tələbi çoxdan müsbət həllini tapardı...

Rəis ölümə səbəb oldu, hadisə yerindən qaçdı – Qəbələdəki qəzanın dəhşətli təfərrüatı

Dünən axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobillə sərnişinlərlə dolu mikroavtobus toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yalanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti çox ağır olduğundan onları Bakıya gətiriblər.

Cahangir Əsgərovun bileti “kəsilir”


“Göylər kralı”nın iqtidarın hədəfinə gəlməsinin sirri; AZAL prezidenti hakimiyyətdəki ən ciddi dayağını da itirdi; ATV-nin araşdırması C.Əsgərovun taleyinin indi yalnız prezidentin bir fərmanından asılı olduğunu göstərdi; onun gözdən düşməsinin səbəbləri sırasında Abbas Abbasov və Telman İsmayılovla dostluğunu hələ də davam etdirməsi də var...

Nazirliyin yüksək rütbəli zabitləri həbs edildi

Müdafiə Nazirliyi yüksək rütbəli zabitlərin həbsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib:

-Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hava Hücumundan Müdafiə Qoşunlarımız döyüş hazırlığı vəziyyətinə gətirildi

Zakir Həsənov əmr verdi: müharibəyə real hazırlıq

Silahlı Qüvvələrimizin Hava Hücumundan Müdafiə Qoşunları döyüş hazırlığı vəziyyətinə gətirildi. ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

Təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutlan "Buk-MB" tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.



Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.




Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.













 
anspress.com

442 -dən səhifə 452

Əlaqəli xəbərlər