Dövlət İmtahan Mərkəzi yaradılır

 Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

   President.az -ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

 

Təmas xəttində hərbçilərin meyitləri qaytarılıb - RƏSMİ

Bu gün Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb.

Ermənilər Parisdə azərbaycanlılara hücum etdi

Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin qarşısında Ermənistan ordusunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.  Avropa Azərbaycan Cəmiyyətindən  (TEAS) APA-ya verilən xəbərə görə, aksiya Paris Azərbaycan Evi Assosiasiyasının təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub. Qeyd edək ki, ermənilərdən ibarət bir qrup ekstremist təxribata əl ataraq,  aksiya iştirakçılarına  zorakılıq tətbiq edib.

444 -dən səhifə 456

Əlaqəli xəbərlər