Əlilin pulunu vermirlər

Sosial MüdafiəFondu onun dərdinə biganə yanaşır

“Araz” qəzetinin ötən saylarının birində “Protez pulunu yeyənlər” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazının alt başlığındaca  vurğulanırdı ki, ikinci qrup əlil ödəncini ala bilmir və  Mingəçevir “Enerjiquraşdırma” ATSC-nin rəhbərliyi əlilə olan borcunu ödəmək istəmir.

FIRILDAQÇI BANKLAR

Bankirlər vətəndaşları soymaqla məşğuldur

Azərbaycanın əcaib qaydalar hökm sürən sahələrindən biri də bank sektorudur. Əslində, Azərbaycanın bank sektoru elə də qəliz, həm də elmi əsaslandırılmış deyil. Hazırda ölkədə irili-xırdalı 40-a yaxın bank var. Lakin bu bankların hamısında qaydalar demək olar eynidir. Şərtlər ağır, faizlər yüksək, qaydalar qəddar və bəzən də böyük fırıldaqlar. Azərbaycanda bankların verdiyi kreditlər üzrə faiz dərəcələri 26 faizdən az deyil. Amma bankların qəbul etdiyi ən yüksək əmanət 17 faizdən çox deyil. Halbuki beynəlxalq standartlara və normalara görə, bankların kreditləri ilə götürdüyü əmanətlər arasında fərq 3-5 faizdən artıq olmamalıdır.

Deputata qarşı sərt ittihamlar

Eldar Quliyevin “Azərittifaq”ın tabeliyində olan təhsil

müəssisələrini ələ keçirməsi narazılığı genişləndirir

Deputat Eldar Quliyevin rəhbərlik etdiyi “Azərittifaq”ın tabeliyində olan təhsil müəssisələrini ələ keçirməsi hələ də günün aktual mövzuları kimi gündəmdən düşməyib.

İŞIĞININ QARŞISI ALINMIŞ MİLLƏT

Artıq gələcək nəsillərin üstünə düşən işığın

qabağını alan qaranlıq pərdələrin kəsilib atılma vaxtdır

Bu, bizim ziyalıların “nəşr etdirdiyi” qaranlıqlardır

Bir dəfə Makedoniyalı İskəndər döyüşə getməzdən öncə Diogenin münasibətini öyrənmək üçün onun yanına gedir. Bu vaxt Diogen uzanıb, günəş vannası qəbul edirmiş. İskəndərlə yanaşı xeyli adamın ona yaxınlaşdığını görən filosof bir balaca dirsəklənərək qalxır və diqqətlə İskəndərə baxır. İskəndər Diogenin qarşısında dayanıb ona salam verib hal- əhval tutandan sonra Diogenin ondan hansısa bir istəyinin olub-olmadığını soruşur. Diogen: “Bir qədər kənara çəkil, üzərimə düşən günəşin qabağını kəsmə”, - deyə cavab verir.

Sumqayıtın özbaşınalıq edən məmurları

Şəhər korrupsiya girdabında boğulur

Sumqayıt şəhəri paytaxtın 30 kilometrliyində olsa da, sanki burada baş verənlər sanki ucqar bir əyalətdə baş verir. Yəni burada məmur özbaşınalıqları, rüşvətxorluq, dövlət vəsaitlərinin talanması adi hala çevrilib. Şəhərin abadlaşdırılması üçün ayrılan vəsaitlər elə rahatca mənimsənilir ki, sanki bunları kimsə görməyəcək.

452 -dən səhifə 456

Əlaqəli xəbərlər