Xaləddin İsgəndərov Almaniyadan qayıtdı, Sulutəpəni qarışdırdı

 xal.jpg

Binqədinin icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb.

Musavat.com-dan araz.az-a daxil olan məlumata görə gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. 

Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. 

Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Xaləddin İsgəndərov qəsəbədə böyük gərginliyə səbəb olan bu olaya münasibət bildirməyib. 

Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirib və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırıb. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur - bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur. Başçı rayonda vəziyyəti sanki bilərəkdən gərginləşdirməyə, xalqı ayağa qaldırmağa çalışır. 

İcra başçısı məmurlara blinçik yedirdi, 3-5 min manatlıq "hesab" yolladı - FOTO

 

1515761908_495.jpg

Fazil Məmmədovun vergilər naziri olduğu dövrdə quberniyasına daxil olan Şəmkirdə "yığım” planı hazırlanıb. araz.az criminalaz.com - a istinadən xəbər verir ki, bir zamanlar sabiq nazirin rəhbərliyi altında çalışmış, onun "xeyir-duası” ilə Şəmkir İcra Hakimiyyətinin başçısı postuna gətirilən Alimpaşa Məmmədov yeni ilin ilk iş həftəsində rayondakı idarə və təşkilatların müdirlərinə xəbər yollayıb.

Onlardan rayonda görüləcək işlər və yeni il ərəfəsi keçirilən bayram tədbirinin xərclərinin qarşılanması üçün dəstək istəyib. İddaya görə Şəmkirdəki idarə və təşkilatların rəhbərlərindən 3-5 min manat arası pul tələb olunur.
Bayram şənliyi isə "Gold Qafqaz” restoranında keçirilib. İştirakçılar deyiblər ki, restorandan düzənlənən bayram tədbirində yedikləri blinçikə görə onlardan sonradan böyük məbləğlər istəniləcəyini heç düşünməyiblər.
 
Bundan başqa bələdiyyələrə də icra başçısı tərəfindən tapşırıq verilib ki, Şəmkir ərazisindəki kənd və qəsəbələrdə zəbt olunmuş torpaqların siyahılarını müəyyən etsinlər və təcili sənədləşdirilməsi üçün hərəkətə keçsinlər. Başçının bu göstərişinin icrasına nəzarət Fazil Məmmədovun kadrı hesab edilən Qüdrət Əliyev və Şəmkir İcra Hakimiyyətinidə şöbə müdiri Rasim Mustafayevə tapşırılıb. Torpaqların sənədləşdirilməsi isə torpaq sahiblərinə 2-3 mina manata başa gələcəyi də bildilir
.

“Çudo Peçka” işi-Heydər Babayev və 21 milyon

heyder baba.jpg

“Çudo Peçka” işində sabiq nazir Heydər Babayevin də adı keçdi - 21 milyon manat 

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun istintaqa verdiyi ifadəsi məlum olub.

O, istintaqda dindirilərkən qeyd edib ki, 2001-ci ildən "Çudo Peçka" MMC-nin təsis edib, qida istehsalı və satışı ilə məşğul olub.

Araz.az interinfo.az əsasən xəbər verir ki, Ç.Cəlilov bildirib ki, işlə bağlı bir neçə banka kredit üçün müraciət edilib: "Götürülən kreditlər vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni fəaliyyətə gətirmək üçün işləməyə başladıq. Yaşar Babayevin sahibi olduğu "ABU Holding"in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də "Standart Bank"ın İdarə Heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün, əsasən, qardaşım Pərviz onunla münasibətdə olurdu".

Ç.Cəlilov qeyd edib ki, qardaşı Pərviz Cəlilov bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib və təkliflə razılaşıb: "2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus "Kes Holdings Limited" şirkətinə güzəşt etdik. Səlim Kirman bütün şirkəti "Bank Standard"ın təşəbbüsü ilə yaranan "Bakery operatinq Company" MMC-yə kənar idarəçiliyinə verdi. Bundan başqa, Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcum silinməli idi. Müqaviləyə əsasən, ələva olaraq hər ay şirkətin gəlirlərindən başqa 30 min manat şəxsi xərclərimlə bağlı mənə ödənilməliydi. "Bakery operatinq Company" MMC-in rəhbəri də Xəyal Abdinov oldu".

O vurğulayıb ki, S.Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməyib: "Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəmili olduğu 30 min manatı da verməyib. Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2006-cı ilədək Səlim Kirmanın sərəncamında olub".

Ç.Cəlilovun sözlərinə görə, S.Kirman 2012-ci ildə ona "Çudo Peçka" MMC-nin daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb: "Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə olmuşdur. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi vermədilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini bildiridi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail Rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Məhkəmə bizi cavabdeh kimi qəbul edib, əlehimə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, iki köhnə borcuma aid 150 min manata yaxın mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesablarına köçürülüb. Bunu bank ənəkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyasında bankın xeyrinə qərarı dəyişdi. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailəmin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib".

Ç.Cəlilov dindirilərkən söyləyib ki, S.Kirmanın təklifi ilə o, övladları və qardaşı ilə yanaşı, işçilərin, qohumlarının da adına kreditlər götürüb: "Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazində olan mağazalar açıldı. Həmçinin "5 Qazan" kulinariya evi işə salındı. Bundan başqa, torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı".

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib, bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib: "Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb, məsələni aydınlaşdırmaq bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim Kirman isə dedi ki, "bu bankın rəhbəri Heydər Babayevin və onun xanımın qərarı idi". Şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə getdi. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi alınmayıb".

-------

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra ləğv edilmiş "Bank Standard" QSC-nin zərərçəkmiş qismində tanındığı elan olunub. Onun nümayəndəsi isə Azər Tanırverdiyevdir.

Məhkəmədə Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmçinin vəkil qeyd edib ki, Ç.Cəlilovun özünün və övladlarının adına olan əmlaklarına həbs qoyulub.

Çingiz Cəlilov və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manatdır. Onların bütün əmlaklarına həbs qoyulub.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Çingiz Cəlilov və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manatdır. Onların bütün əmlaklarına həbs qoyulub.

Rektordan şok qərar – “Milli Qəhrəman” adı verdi (FOTO) YENİLƏNİB

 ibad h.jpg

İbad Hüseynov niyə Milli Qəhrəman kimi təqdim olunur? - "İbad özünü məhv edəcək": Rektordan saxta vəsiqə- FOTO

Son vaxtlar İbad Hüseynovun yenidən KİV-lərdə Milli Qəhrəman kimi təqdim olunması haqlı etirazlara səbəb olub. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı olmasa da, ancaq məqsədli şəkildə "Milli Qəhrəman" kimi təqdim edilir. Heç şübhəsiz ki, heç kim İ.Hüseynovun rəşadətini, xidmətlərini danmır. Lakin saxtakarlıq heç kimə başucalığı gətirmir. Son günlər İ.Hüseynovun "Milli Qəhrəman" kimi təqdim olunması prosesi daha da sürətlənib, hətta dövlət qurumları bilib-bilmədən onu Milli Qəhrəman kimi təqdim edərək vəsiqələr veriblər. 

Üzeyir Cəfərov: "Rektor Gülçöhrə Məmmədova İbad Hüseynova 00080 saylı möhürlü Vəsiqəni təqdim etməklə sənəddə heç bir hüquqi əsasi olmayan, əslində saxtakarlıq etməklə İbadı Azərbaycanın Milli Qəhrəmanı kimi göstərib" 

Bu gün isə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov daha ciddi məqamlara toxunub və İ.Hüseynovun "Milli Qəhrəman" kimi təqdim olunmasına özünün Facebook səhifəsində münasibət bildirib.

İnterinfo.az saytı Ü.Cəfərovun fikirlərini olduğu kimi dərc edir:

uzeyir 249

"Bəzən məcbur qalıb sahəmə aid olmayan məsələlərə də münasibət bildirməyə məcbur oluram. Əslində isə, dövlətdən yüksək məvacib alan MTRŞ adlı bir qurum və onun rəhbəri Nuşirəvan Məhərrəmlı adlı şəxs, Azərbaycan televiziya məkanında baş verən hadisələrə vaxtında müdaxilə etməli və efirlərdə baş verən kazusları, tamaşaçı zövqunu korlayan, xüsusən də gənclərin milli-mənəvi dəyərlərinə xələl gətirən verlişlərin qarşısını almağa borcludurlar. 
Bilirəm ki, indi adlarını çəkəcəyim televiziya kanallarında mənə doğma olan, yaxın olan insanlar qeydlərimə görə ola bilsin ki incisinlər. Xasiyyətimi bilən dostlar, həmkarlar bilirlər ki, hətta rəhmətlik atam sağ olanda belə, mən əgər hər hansı nöqsan və ya əyər-əskiklik görsəydim, heç vaxt susmazdım. Çünki bizə tərbiyyəni o kişi vermişdi, təhsil aldığım məktəbdə isə bu sətirləri oxuyan əziz, doğma müəllimlərim mənə aşılamışdılar.Sözümü müxtəlif vaxtlarda kimliyindən və nəçi olmasından asılı olmayaraq hər kəsə, hətta ölkənin birinci şəxsi olmuş mərhum eks-prezident Heydər Əliyevə şəxsən bildirən olmuşam. Və onu da bilirəm ki, həqiqət çox acı olur və buna görə, bəzən adamın başı yersiz ağrıyır, hətta haqsızlığlara da məruz qalırsan. 
Amma, insan olan hər kəs hesab edirəm ki, ən azından çalışmalıdır ki, HƏQİQƏTİ vaxtında, olduğu kimi söyləsin və çalışsın ki, cəmiyyətə ziyan verən məsələlərin qarşısını almaqda 
yardımçı olsun. 
Çox təəssüflər olsun ki, son illər bizim televiziya kanallarımızın əksəriyyəti milli-mənəvi dəyərlərin zənginləşməsinə deyil, əksinə onun sıradan çıxmasına çalışır. Bu da daha çox bu sahəyə cavabdehlik daşıyanların özlərinin təsadüfi adamlar olması ilə bağlı olan bir məsələdir. Bu ayrı söhbətin mövzusudur deyə, bu haqda çox da danışmaq istəmirəm. 
Deməli, son vaxtlar efir məkanımıza daxil olan Xəzər televiziyası ədalət naminə deyək ki, çox sürətlə özünə tamaşaçı auditoriyası toplamağı bacarıb. Və onların ərsəyə gətirdikləri verlişlərin bir çoxu müəyyən reytinqlər qazanmış verlişlər sırasına daxil ola bilib. Necə deyərlər, yaxşını yaxşı kimi demək, pisi də qeyd etmək gərəkdir ki, gələcəkdə nöqsanlar və kobud səhvlər təkrarlanmasın. 
Yanvarın 11-də, yəni ötən gün, Zaur Kamalın aparıcısı olduğu "5/5" verilişinin qonağı hörmətli xalq artisti Rafiq Hüseynov (Rəmiş) idi. Mənim adını çəkdiyim bənzərsiz sənətkarın özünə, sənətinə və bizə bəxş etdiyi müsiqilərə sonsuz rəğbətim var. Amma, hiss edirəm ki, son vaxtlar Rəmiş (hamımız onu belə qəbul edirik) bir az "korlanıb". Həm ifası artıq o ifa deyil, həm də səhhəti ilə bağlı çox ciddi narahatçılığı var. Allah qorusun və şəfa versin. Amma, onun efirdən bilmədiyi və milyonlarla insana elan etdiyi məsələ şəxsən məni çox əsəbləşdirdi və hesab edirəm ki, bu məsələ nə qədər tez yoluna qoyulsa, bir o qədər Azərbaycan xaqlı və xüsusən də Qarabağ müharibəsi ilə bağlılığı olan insanlar bir az rahatlaşarlar. Hörmətli Rəmiş müəllim birbaşa efirdən elan edir ki, o Qarabağ savaşında çox böyük zəhməti olan qəhrəman qazi yoldaşlarımızdan biri olan İbad Hüseynovla Türkiyədə olub və özünü buna görə çox xoşbaxt sayır və sairə. Vallah, mən dəfələrlə demişəm, yazmışam və bir daha təkrar edirəm ki, İbad Hüseynov məsələsi bir gün bütöv bir dövlət kimi Azərbaycanın adına çox bir xoşagəlməzlik yaradacaq. Burada xırda detallara varmadan onu qeyd edirəm ki, ən azından Xəzər TV-nin tanınmış aparıcılarındna biri olan Zaur Kamal, xüsusən də Rəmiş kimi həyat təcrübəsi olan insan çoxdan bilməliydi ki, İbad Hüseynov heç vaxt Azərbaycanın Milli Qəhrəmanı olmayıb və bizim onu məlumatsız adamlara, ələlxüsus da Türkiyə Respublikasının siyasət və digər sahələrinə aid olan şəxslərinə belə təqdim etməyimiz artıq xoşagəlməz söz-söhbətlərə səbəb olub. İbadın xidmətlərini heç kim danmır. Amma, onun özünü hər yerdə bu cür təqdim etməsi və insanlarda çaşqınlıq yaradır və bir gün o özü-özünü "məhv" edəcək. Qardaşımız bu səhv hərəkətlərdən nə qədər tez geriyə addım atsa, bu onun özü üçün xeyirli olar. 
İbad Hüseynov yaşda məndən kiçikdir və mən dəfələrlə qeyd etmişəm ki, onun adından və özündən bəzi yan-yörəsi öz şəxsi maraqları üçün faydalanmağa cəhdlər edirlər. Və onlar öz məqsədlərinə çatmaq üçün İbadı faktiki qurban verməyə hazırdılar və artıq bu prosesin pis nümunələri ortalıqdadır. İbad bəylə görüşlər təşkil olunur, onu Milli Qəhrəman kimi təqdim edir, bəzən ona hansısa sənədlər, Fəxri Fərmanlar və ya Döş Nişanları verirlər. Çox xahiş edirəm, bizim əlaqədar yetkililərdən. Diqqətli və ehtiyatlı olaq. İmzanıza və verdiyiniz sənədlərə hörmət edin. 
Sizin diqqətinizə bir sənədi təqdim etməklə sözümü yekunlaşdırmaq istərdim. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən bir görüşdə, millət vəkili olmuş professor, rektor hörmətli Gülçöhrə xanım Məmmədova İbad Hüseynova 00080 saylı möhürlü Vəsiqəni təqdim etməklə sənəddə heç bir hüquqi əsasi olmayan, əslində saxtakarlıq etməklə İbadı Azərbaycanın Milli Qəhrəmanı kimi göstərib. Bu isə, xırdalasaq, çox böyük hüquqi məsuliyyət yaradan haldır. Ona görə də, kimliyindən asılı olmayaraq, çox istərdim ki, hamı məsuliyyətli və diqqətli olsun. İbad Hüseynova da qardaş məsələhətim bu olardı ki, atalarımız yaxşı bir söz deyiblər:"ziyanın yarısından qayıtmağın, özü bir xeyirdir". 

                                                                                                                   ******

REKTOR DA, İBAD HÜSEYNOVU "MİLLİ QƏHRƏMAN" KİMİ TƏQDİM ETDİ-NİYƏ?!

Araz.az interinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, sabiq deputat Gülçöhrə Məmmədova Qarabağ müharibəsinin iştirakçısı, olmuş İbad Hüseynovu “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif edib.
Hüseynova verilən vəsiqədə o, Milli Qəhrəman kimi təqdim olunub.

Qeyd edək ki, İbad Hüseynov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunsa da, onun adı Milli Qəhrəmanlarımızın siyahısında yoxdur. “Azərbaycanın Milli Qəhrəmanı” adı yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

qerar

 

************

Rektorun Milli Qəhrəman adı verməsi...Səhv düzəldildi

İbad Hüseynovun Milli Qəhrəman kimi təqdim edilməsi mexaniki səhv olub və dərhal düzəldilib.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva deyib.

Onun sözlərinə görə, İbad Hüseynov universitetin tələbəsi olub: “Qarabağ döyüşlərində xidmətlərini nəzərə alaraq AzMİU-nun rektoru Gülçöhrə Məmmədova onu 2012-ci ildə təhsil aldığı fakültənin döş nişanı ilə təltif edib. Sənəddə onun Milli Qəhrəman kimi təqdim olunması mexaniki səhv olduğu üçün dərhal düzəldilib və İbad Hüseynova təqdim olunub”.

Nəcibə Mirzəyevanın sözlərinə görə, 5 ildən sonra bu məsələnin gündəmə gətirilməsi göstərir ki, bunda maraqlı tərəflər var:

“İbad Hüseynovu Milli Qəhrəman kimi cəmiyyətə tanıtmaq istəyən qüvvələr və ya AzMİU rektorunun işgüzar imicinə xələl gətirmək istəyən insanlar bu məsələdən yararlanmağa çalışırlar”.

Qeyd edək ki, mediada Gülçöhrə Məmmədovanın Qarabağ müharibəsinin iştirakçısı olmuş İbad Hüseynovu “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif etdiyi və vəsiqədə onun Milli Qəhrəman kimi təqdim olunduğu ilə bağlı xəbərlər yayılıb.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

                                                                                              ********

REDAKSİYADAN: Doğrusu, araz.az saytı olaraq, bunu bir texniki yox, böyük siyasi səhv kimi qiymətləndiririk. Və bunu başqa yöndən yozanlara, bu böyük səhvi edənləri müdafiə etmək istəyənlərə heç cür haqq qazandıra bilmirik. Jurnalist bu böyük səhvi görüb - yazmağa borcludur! Bu böyük səhvi edənlər hər cür tənqidə layiqdirlər.

 

 

 

Sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya keçirdi - FOTO/VIDEO

1111111111111111.jpg

Yanvarın 11-də bir qrup iş adamı Dövlət Gömrük Komitəsinin binası önündə etiraz aksiyası keçirib.

Araz.az reportyor.org-a əsasən xəbər verir ki, etirazçıların hamısı ölkəyə gətirilən işlənmiş təkər işinə baxan iş adamları olub.İş adamlarının reportyor.org-a verdiyi məlumata görə onların şikayyətinə baxan yoxdur.Bizi ordan bura qovurlar heç kim bizi dinləmir.Nazirlər Kabineti bizə deyir ''başınızı ora bura soxmayın'' başınız ağrıyar.Biz hamımız ailə başcısıyıq biz dövlətdən iş istəmirik işimizi almasınlar.Qeyd edək ki,iş adamları mübarizələrini davam etdirməkdə israrlıdır.

Sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya keçirdi - FOTO/VIDEO
Sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya keçirdi - FOTO/VIDEO

493 -dən səhifə 582

Əlaqəli xəbərlər