Müasir tariximizə Qarakənd faciəsi adı ilə yazılan, Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimlərinin də olduğu vertoloyotun ermənilər tərəfindən atəşə tutulumasından, artıq 28 illik bir tarixi zamanı arxada qoyduq. Baş verən faciə nəticəsində 22 nəfər şəxs həlak olmuşdu. 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər- Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev və digərləri həlak olurlar. İlk əvvəl vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, çox keçmədi ki, onun vurulması faktı təsdiqləndi. Həmin vaxtdan 28 il keçməsinə baxmayaraq, müəyyən iddialara görə həmin hadisə ilə bağlı bəzi qaranlıq məqamlara hələ də tam şəkildə aydınlıq gətirilməyib. Yəni, bu gün də hər kəsi düşündürən bir məsələ var. Görəsən səbəb nə olur ki, bu qədər dövlət rəsmisi eyni zamanda bir vertolyota minirlər? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirlər?