"Bakı - Dirçəliş" İctimai Birliyindən Mühacirətdə Qəbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasına dəstək -- BƏYANAT

WhatsApp Image 2017-12-18 at 23.08.26.jpeg"Tarixin bu həssas məqamında doğma Vətəndən kənarda yaradılan Qəbi Azərbaycan (İrəvan) Respublikasına
bütün işlərində hərtərəfli dəstək, bütün Azərbaycan xalqının müqəddəs borcuna çevrilməlidir!"

"Xalqın bütün övladlarını da, Birliyimizin çoxsaylı üzvləri adından alqışladığımız olduqca vacib və önəmli bu təşəbbüsə qoşulmağa çağırırıq!"

Ermənişünas alim, Türkiyə Cümhuriyyətindəki Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə, bu qardaş ölkədə bu günlərdə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsi ölkəmizin ictimai-siyasi arenasında böyük rezonans doğurdu. Gün keçdikcə cəmiyyətin daha çox marağına səbəb olan və ictimai rəydə ciddi əks-səda verən bu xoş xəbər, ölkənin elm və mədəniyyət xadimləri, media mənsubları, fəal sosial şəbəkə istifadəçiləri, siyasi liderləri və ictimai xadimləri tərəfindən də, dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli soydaşlarımızın arzularının gerçəkləşməsi yolunda, axır ki, qərarlı bir addımın atılması kimi yüksək qiymətləndirilir. Ölkəmizin əksər ictimai-siyasi qurumları da, son günlərin trendinə çevrilən bu xəbərlə əlaqədar keçirdikləri tədbirlərdə aparılan maraqlı müzakirələr zamanı, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasını alqışlayaraq, dəstəklədiklərini rəsmən bəyan edirlər.
Bəyanat verən həmin qurumlardan biri də, son illər ölkəmizin ictimai-siyasi arenasında fəallığı ilə daha çox seçilən "Bakı -- Dirçəliş" İctimai Birliyidir. Maraqlı olsun deyə, İçtimai Birliyin İdarə Heyətinin üzvləri tərəfindən imzalanan həmin Bəyanatı, olduğu kimi, araz.az-ın oxucularının diqqətinə çatdırırıq:

Obyekt sahibi Abşeronun Baş memarı Akif Əliyevdən narazıdır -- TƏƏCCÜB DOĞURAN SƏBƏB

WhatsApp Image 2020-05-15 at 23.11.48.jpgArtıq neçə vaxtdır ki, Dövlət Təhlükəsizlik Xidmətinin bəzi dövlət qurumlarında və rayon icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlar, ictimai diqqəti, ölkənin digər bu kimi dövlət qurumlarına başçılıq edən rəhbər şəxslərin fəaliyyətinə yönəldib. Rezonans doğuran bu həbslər göstərir ki, məmur özbaşınalığına, rüşvət və korrupsiyaya qarşı mübarizə artıq hakimiyyət üçün prinsipə çevrilib. Bu sensasion həbslər barədə danışarkən, dövlət rəhbərinin özünün tutulan yüksək çinli dövlət məmurları haqqında kəskin ifadələr işlətməsi, oxşar halların digər nazirlik və rayonlarda da baş verdiyini söyləməsi, bu səbəbdən prosesin davam edəcəyini vurğulaması iqtidarın bu məsələdə sonadək israrlı olacağını göstərir. Bütün bunlar isə, eyni istiqamətli əməliyyat tədbirlərinin bundan sonra da davam edəcəyinə içtimai inamı da xeyli gücləndirib. Məhz buna görədir ki, cəmiyyətin sosial şəbəkələrdəki fəal üzvləri digər dövlət qurumlarında və rayonlarda da oxşar əməliyyatların keçirilməsinə çağırışlar edirlər.

Azərbaycanda bu qadağalar ləğv olunmadı – SİYAHI

karantin-2020.jpgNazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Metbuat surasiAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. O qeyd edib ki, MŞ-yə daxil olan şikayətlərin bir qismi mübahisəli xarakter daşıdığı üçün komissiyanın geniş tərkibdə müzakirə keçirməsinə zərurət yaranıb.

7 -dən səhifə 485

Əlaqəli xəbərlər