“Mak Marin LTD“ şirkəti işə düzəltmə adı ilə vətəndaşları aldadır?

bandicam 2020 09 17 20 30 56 784Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlərin neqativ fəaliyyəti, qanunlardakı boşluqlardan və insanların savadsızlığından sui-istifadə edərək müxtəlif maxinasiyalarla məşğul olması barədə dəfələrlə yazılıb.

Əsasən maddi-sosial səviyyəsi yaxşı olmayan, savadsız insanları işə düzəltmək adı ilə “qarmağına” keçirib onların əllərində olan 5-10 manatı da alan bu cür şirkətlərə təəssüflər ki, “dur” deyən yoxdur.

AzFakt.com-a verilən məlumata görə insanları “tovlayan” şirkətlərdən biri də “Mak Marin LTD” adlı şirkətdir.

Belə ki, “MAK MARİN LTD”-nin digər şirkətlərdən fərqi budur ki, bu şirkət insanları peşə vermək, daha sonra isə işlə təmin etmək adı ilə cəlb edir.

Ötən ilin sentyabr ayında fəaliyyət başlayan “Mak Marin LTD” şirkətinin təsisçi və direktoru Mətanət Süleymanzadədir. Şirkət təsis edilən zaman məqsədlərinin dövlətin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində apardığı siyasətə dəstək vermək olduğunu bildirən şirkət rəhbərliyinin adı çox keçmədən mətbuatda yeni fırıldaqlarda hallandırıldı.

Belə ki, 2020-ci ilin fevral ayının 11-də “MAk MArin LTD” şirkətinin rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə ittiham edilirdi. Mətanət Süleymanzadənın insanları SOCAR, Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsədiyi və komandası ilə birlikdə aradan çıxdığı yazılırdı. Aldadılan insanların köməkliyi ilə yeri aşkar olunan və polisə təslim edilən M. Süleymanzadə sonradan müəmmalı formada fəaliyyətini yenidən davam etdirdi.

AzFakt.com-a daxil olan məlumatda “Mak Marin LTD” şirkətinin rəhbərliyinin arxasında əslən Naxçıvandan olan SOCAR-ın rəhbərliyinə yaxın şəxslərin dayandığı deyilir.

Bu şəxslərin əvvəllər “Topstaf” adlı şirkət vasitəsilə insanlardan milyonlarla vəsait aldığı bildirilir.

AzFakt.com məsələyə aydınlıq gətirmək üçün “Mak Marin LTD” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirdilər ki, sözügedən məsələ bir neçə ay öncə baş vermiş hadisədir. Xanımın adından istifadə edən bir qrup şəxs bu işə əl atıblar.

Məsələyə hüquq mühafizə orqanlarında baxılıb, qiymət verilib və məsələ bağlanıb. Şirkətin rəhbərliyi və əməkdaşları heç bir yerə qaçmadan işlərinin başında fəaliyyətlərini davam etdirirlər.

Şirkətin arxasında dayanan şəxslərlə bağlı iddialara isə şirkətdən bu məlumatın da həqiqəti əks etdirmədiyini bildirdilər.

araz.az

Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş – Qalmaqal

elhesy7Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus S Aqro MMC-də qalmaqal yaşanır.

Bu haqda şirkətin əməkdaşları məlumat veriblər.

Məlumata görə, spirtli içkilərin istehsalı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olub.

“Şamxal Həsənlinin S Aqro MMC-yə direktor olaraq təyin etdiyi Oral Ağakişiyev əməkdaşlarla əsl kölə kimi davranır. Şirkət işçilərin maaş kartlarını özlərinə vermir. Biz qanunla nə qədər maaş aldığımızı belə bilmirik. Sadəcə aylıq bir kağıza imza atıb maaş alırıq. Maaş kartlarını isə özlərində saxlayırlar. Şirkət ciddi mənada vergidən yayınır. Belə ki, kiçik dükanlara və mağazalara qeyri-rəsmi satış edilir və bu fakt vergidən gizlədilir. Ən qəribəsi budur ki, kiçik dükanlara edilən bu qeyri-rəsmi satış işçilərə “yüklənilir”. Bu kiçik dükanlar şirkətdən aldığı məhsulun pulunu vaxtında qaytara bilmirsə, şirkət bu pulu əməkdaşların üzərinə yazır. Sonra da bizim maaşımızdan həmin pulu tuturlar. Beləliklə işçiləri süni yolla şirkətə borclu edirlər. Eyni zamanda şirkətin istifadəsində olan bütün yük daşıyan avtomobillərin xərcləri də əməkdaşların üzərindədir. Yəni avtomobilin gündəlik benzin sərfiyyatı və təmir xərclərini işçilər öz maaşlarından ödəyir. Biz isə aldığımız 700-800 manat maaşla bunun öhdəsindən gələ bilmirik. Əməkdaşların çoxu işdən çıxmaq istəyir, lakin şirkət tərəfindən borcla “yükləndiyi” üçün azad ola bilmirik” – S Aqro MMC-nin adının çəkilməsini istəməyən ekspeditorlarından biri Avropa.info-ya belə deyir.

Şirkət işçilərinin Avropa.info-ya verdiyi məlumata görə, uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbar əslində S Aqro MMC-nin ixtiyarında olub.

“S Aqro MMC Əli Həsənovun oğlu Şaxmal Həsənliyə məxsusdur. Bu səbəbdən Əli Həsənovun nəzarətində olan BMM-in anbarı bizim şirkətin ixtiyarına verilib. Həmin anbara satış üçün gedəcək spirtli içkilər, əsasən də araq məhsulları yığılır. Mən demək olar ki, hər gün o anbara gedirəm. Hal-hazırda da BMM-in anbarı S Aqro MMC-nin araq anbarı kimi fəaliyyət göstərir. Bizə dedilər ki, yaxın günlərdə anbar boşladılacaq” – S Aqro MMC-nin işçilərindən biri belə deyir.

araz.az

Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-NONSES

1600245214 agYenixeber.org: Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olan, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı Ağgöl Milli Parkında yanğın baş verib. Ümumilikdə 500 mindən çox quşun qışladığı, 140 növdən çox quşun məskunlaşdığı və 87 növ quşun nəsil artırdığı Ağgöl Milli Parkında yanğının təsirsiz qalacağı mümkün deyildi və olmayıb da. Məlumata görə, yanğının qarşısı alınsa da Ağgöl Milli Parkının ekosisteminə ciddi dərəcədə zərər dəyib.  

Xtırladaq ki, Ağgöl Milli Parkı Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli parkdır. Park 2003-cü ildə yaradılıb, ümumi sahəsi 17,924 hektardır.

                                                      ***

HAŞİYƏ: Hazırda Ağgöl Milli Parkına Xəzər Məhərrəmov rəhbərlik edir. Xəzər Məhərrəmovun isə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun kadrı olduğu ilə bağlı iddialar var. Xəzər Məhərrəmovun Ağgöl Milli Parkının direktoru təyin edilməzdən əvvəl Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun bu şəxslə bağlı planı haqqında mətbuatda məlumatlar yer alıb. Məlumata görə Xəzər Məhərrəmov sabiq nazir Hüseynqulu Bağırov tərəfindən əvvələr işində yol verdiyi nöqsanlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən kənarlaşdırılıbmış. Amma H. Bağırov nazir vəzifəsindən azad edildikdən sonra X. Məhərrəmov “bəraət” alaraq geri qayıda bilib. Sonra isə nazir müavini Vüqar Kərimovun dəstəyi ilə hətta Ağgöl Milli Parkının direktoru kimi bir vəzifəyə də təyin olunub. Baş verən yanğında Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmovun məsuliyyətinin nədən ibarət olmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparacağı araşdırmadan sonra aydınlıq gətirilə bilər...

                                                                ***

Ağcabədi rayonundan yenixeber.org-a daxil olan məlumatlarda yanğının qəsdən törədilməsi də istisna edilmir... Bu olayın uzun illər Ağgöl Milli Parkına rəhbərlik etmiş Loğman Mehdiyev və onu bu vəzifədə əvəzləmiş Qüdrət İbrahimovla bağlılığı haqda şayiələr də dolanır. Hətta Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutka inzibati həbsə məhkum ediliblər. Amma, hansısa səbəblərdənsə məhkumlardan biri 10 gün olmadan belə- bir həftəyə-azadlığa çıxa bilib(?) Bu olayda diqqəti çəkən faktor isə yalnız bununla bitmir... Olayla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yalan məlumat verilməsi, olayın ört-basdır edilməsinə ciddi cəhdlər də var...

Ağgöl Milli Parkındakındakı son yanğının gizlədilməsində kimlər və niyə maraqlıdır? Loğman Mehdiyev və Qüdrət İbrahimovun bu olayla bağlılığı varmı? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə yanlış məlumatın verilməsi hansı səbəblərdən qaynaqlanır? Və s.  

Bu və digər suallar hələ ki, açıq olaraq qalmaqdadır. Təəssüf ki, məlumatlarda adları hallanan tərəflərlə əlaqə yaratmaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığı səbəbindən mövzunu davam etdirməyə çalışacağıq. Şübhəsiz ki, məlumatları dəqiqləşdirməklə.(yenixeber.org)

Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR (ÖZƏL)

ZaminbankAzərbaycanda həbsdə olan ləğv olunmuş “Zaminbank” ASC-nin sabiq  sədri Nadir Əmir oğlu İsmayılovun əmlakının üzərinə həbs qoyulması barədə iddia təmin olunmayıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda qərardad çıxarıb.


Qeyd olunub ki, Nadir İsmayılovun Nəsimi rayoun, Füzuli küçəsində yerləşən 59 saylı evin üzərinə həbs qoyulması barədə Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən məhkəməyə təqdimat verilib.


Təqdimata görə, Nadir İsmayılovun ləğv olunmuş Zaminbank” ASC-yə borcu olub.

Təqdimatda Nadir İsmayılovun 174230 manat borcunun yarandığı, həmin borc pul tutulması üçü ona məxsus evin üzərinə həbs qoyulması istənilib.


Borclu hesab olunan Nadir İsmayılovun adına cəmi bir evin olduğu müəyyən olunub. Belə olan halda ailə üzvlərinin yaşadığı evin üzərinə həbs qoyulmasını məhkəmə mümkünsüz hüesab edib. 


Qeyd olunub ki, borclunun adına başqa daşınmaz əmlak müəyyən olunmayıb.


Qeyd edək ki, bu ilin iyulun əvvəlində “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov 20 milyon manatdan çox pul mənimsədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.


Nadir İsmayılovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.


Onun barəsində istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.


Xatırladaq ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.


Fariz Məlikli
Demokrat.az

Сорос сеет семена русофобии – армянский политолог признает факт вмешательства мировой закулисы во внутренние дела Армении

29Z6Iut0XYoMKorrespondent.az В одном из своих интервью Президент Азербайджана Ильхам Алиев метко заметил, что нынешняя власть в Армении - это агенты Сороса. Действительно, подконтрольные американскому меценату-кукловоду агенты влияния создали в Армении ситуацию такой крайней русофобии, что даже армянские аналитики не могут не признать свершившийся факт.

О том, что антироссийские настроения в элитах Армении укрепились ещё при предыдущем президенте Серже Саргсяне, сказал в прямом эфире программы "Точка зрения" армянский политолог Арман Бошян. По его словам, именно Саргсян попустительствовал распространению в Армении западных НКО и теперь под видом некоммерческих организаций в стране ведётся информационная война против России. С приходом к власти премьера Пашиняна в позапрошлом году этот вектор только укрепился и стал поддерживаться на государственном ровне, говорит политолог.

Внутренняя повестка новых лидеров не интересует, уверен Бошян, они и не думают о повышении уровня жизни в стране: «Такой задачи и не ставилось, главное для них — ослабить зону российского влияния. Команда Пашиняна — это адепты и работники западных НКО. Эти люди не знают, что такое построить завод, открыть институт, но они знают, как настроить армян друг против друга и против России".

А между тем, продолжил армянский специалист, в вопросах безопасности Армения напрямую зависит от России. И речь здесь не только про энергоносители. Христианская страна находится во враждебном ей мусульманском окружении. Достаточно вспомнить, что учения в Гюмри, где находится 102-ая российская военная база, стали недавно вопросом выживания для Армении, предотвратив возможную агрессию со стороны Турции. Бошян также апеллирует к тесным культурным связям двух стран. В этом контексте отмена бесплатного вещания российских телеканалов на территории страны ("Культуры" в том числе) является ничем иным, как продолжением антироссийской политики, считает он:

"Русский язык — это мировой язык, теряя его, бывшие союзные республики теряют пласт своей культуры, мировой культуры, знания. Молодые армяне уже плохо владеют русским языком, это делается для того, чтобы они не понимали, что происходит», - по мнению армянского политолога, западная модель демократии, которая навязывается двум странам, им противопоказана. «Этот институт западной демократии — это институт манипуляции толпой с помощью ненависти к тому, кто не поклоняется этой самой власти", - сказал он.

Однако Армения то и дело показывает, в какую сторону вертится флюгер нынешнего правящего режима. Как бы не отнекивалась компания Никола Пашиняна от связей и спонсорства Запада, финансируемые Дж. Соросом организации действуют сегодня в самых различных сферах жизни этой страны – преимущественно это медиа, организации борьбы с коррупцией, продвижения демократии, защиты прав больных, трансгендеров, женщин и детей и многое прочее.

Благими намерениями Сороса вымощена дорога в известном направлении, считает армянский политолог, напоминая, что фонд одного из самых могущественных игроков мировой закулисы обвиняется во вмешательстве во внутренние дела государств. Однако Пашинян не пойдет против Сороса, который считает Армению своей колонией. Ведь если армянский лидер его

ослушается, Сорос усилит ту часть оппозиции, которая сможет составить реальную конкуренцию правящему режиму.

Алла Гасанбейли

11 -dən səhifə 829

Əlaqəli xəbərlər