BMT Baş Assambleyasında Paşinyanın cəfəng bəyanatları rədd edildi - FOTO

648552.1600931938.bAzərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verib.

AZƏRTAC xəbər verir ki, T.Musayev əvvəlcə bəzi məlum faktları xatırladıb. Hamıya yaxşı məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədilə çoxdan hazırlanmış planını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi qüvvə tətbiq edib. Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik 7 rayon və bəzi eksklavlar Ermənistan tərəfindən işğal edilib və hələ də işğal altındadır. Müharibə on minlərlə insanın həyatına son qoyub, Azərbaycanda mülki infrastrukturun və əmlakın ciddi dağıntılarına səbəb olub. İşğal edilmiş ərazilərdə bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, bir milyondan çox azərbaycanlı həmin ərazilərdəki doğma yurdlarını tərk etməyə məcbur olub.

Ermənistanın öz qeyri-qanuni iddialarını və əməllərini təyini-müqəddərat barədə spekulyasiyalarla maskalamaq cəhdləri tamamilə əsassızdır və bu iddialarla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında və digər müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplər arasında heç bir ümumi cəhət yoxdur.

Beynəlxalq vasitəçilər münaqişənin nizamlanması prosesi barədə bəyanatlarında konkret olaraq Helsinki Yekun Aktına istinad edirlər. Bu sənədə əsasən iştirakçı dövlətlər, o cümlədən Ermənistan “bütün hallarda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq xalqların bərabər hüquqlarına və öz müqəddəratını təyin etmək hüququna hörmət etməlidirlər”.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri sözünə davam edərək bildirib ki, təyini-müqəddərat barədə iddialar beynəlxalq hüququn, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə hədələməni və ya güc tətbiq olunmasını qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət olunursa, bu iddialar qəbuledilməzdir.

Ermənistan iddia edir ki, Dağlıq Qarabağın belə adlandırılan “hakimiyyət orqanları” danışıqlarda iştirak etməlidirlər. Bu iddianın heç bir əsası yoxdur. Ermənistan bütün azərbaycanlıları Dağlıq Qarabağ regionundan qovandan sonra orada regionun hakimiyyət orqanları kimi yaratdığı oyuncaq etnik rejimin tətbiq olunması üçün səylərini əsirgəmir. Lakin, ATƏT özünün müvafiq sənədlərində və qərarlarında etiraf edir ki, Azərbaycanın bu regionunun əhalisi iki bərabərhüquqlu icmadan, konkret olaraq azərbaycanlı və erməni icmalarından ibarətdir. Bu və ya hər hansı digər sənədlərin və qərarların heç birində erməni icması “seçilmiş hakimiyyət” adlanmır.

Son iki ildə biz Ermənistan rəhbərliyinin sülh prosesini pozmaq, o cümlədən danışıqların formatını dəyişmək cəhdlərinin şahidləri olmuşuq. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri 2019-cu il martın 9-da bəyanatla çıxış edərək, danışıqların formatının birtərəfli qaydada dəyişdirilməsi tələblərindən çəkinməyə çağırıblar.

Azərbaycanlı diplomat daha sonra vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş oyuncaq rejimin qanunsuz olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Ermənistanın rəhbərliyi və nəzarəti altında olan bu rejim nəticə etibarilə azərbaycanlılara qarşı irqi, etnik və dini motivlər əsasında törədilmiş təcavüz, etnik təmizləmə və digər cinayətlərin nəticəsindən başqa bir şey deyil.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində nəinki uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı çəkilməyib, həm də Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edilib. Digər beynəlxalq təşkilatların qəbul etdiyi, dünya birliyinin vahid mövqeyini ifadə edən çoxsaylı sənədlər də bu ruhda tərtib olunub.

Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları Yerevanın dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskalamaq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazilərinin işğal edilməsi üçün hərbi qüvvə tətbiq etməklə əslində sülhün alternativinin mövcud olmasına özünün qəti inamını nümayiş etdirib.

2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq artilleriya və minomyotlardan istifadə etməklə, Azərbaycanın əhalisi sıx olan rayonlarını bilavasitə hədəfə alaraq hücuma başlayıblar. Nəticədə Azərbaycanın 76 yaşlı dinc sakini, Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı insanlar yaralanıb, bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Ermənistanın Azərbaycana qarşı silahlı təxribat həyata keçirməsinə hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də mane olmayıb. Tamamilə aşkardır ki, Ermənistanın BMT Baş katibinin qlobal atəşkəs barədə çağırışını dəstəkləməsi və bu çağırışa sadiq olması barədə bəyanatları ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi insanların həyatını xilas etmək və onların iztirablarını yüngülləşdirmək deyil, özünün təcavüz və ilhaq siyasətini genişləndirmək və möhkəmlətməkdir.

T.Musayev qeyd edib ki, Ermənistanın Azərbaycanda mülki şəxslərə hücumlarının və yaşayış məntəqələrini bombardman etməsinin siyahısına nəzər salsaq, onun Azərbaycanda mülki infrastruktura qarşı güc tətbiq etmək barədə daimi hədələrini nəzərə alsaq, onun ehtimal edilən “nüvə terrorizmi” barədə təhdidləri xüsusilə təəccüb doğurur. Azərbaycan öz silahlı qüvvələrinin heç vaxt mülki obyektlərə hücum etməyi planlaşdırmadığını və beynəlxalq humanitar hüququ normalarına ciddi riayət etdiyini müvafiq səviyyədə dəqiq bəyan edib. Ermənistandan fərqli olaraq Azərbaycan yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

İnsan haqları və demokratiya məsələsinə gəldikdə isə, Ermənistanın hakimiyyət orqanları başqa ölkələri ittiham etməkdən əvvəl özünə diqqətlə baxmalıdır. Həqiqətən, Ermənistanda bir-birini əvəz etmiş hökumətlər, o cümlədən indiki hökumət də zorakı yolla hakimiyyətə gəlib və öz siyasi opponentlərinə qarşı mübarizənin ən qəddar metodlarından istifadə edib. Müxalifətin boğulması, siyasi motivlər əsasında qətllər, KİV azadlığının məhdudlaşdırılması, məhkəmə sisteminə müdaxilə, Azərbaycana və digər qonşu ölkələrə nifrət və etnik uyuşmazlıq barədə odioz ideyaların açıq təbliği – bugünkü Ermənistandakı acı reallıq belədir.

Ermənistan əvvəlki kimi, yenə də regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhdid mənbəyidir. Buna görə, beynəlxalq birlik tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir.

T.Musayev çıxışının sonunda qeyd edib ki, möhkəm sülhün təməli və məqsədi işğalçı erməni qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal altında olan digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu hədəfə çatmaq kompromis deyil, zərurətdir.

 

 

araz.az

Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

aprende en casa el programa a distancia 91601105923Valideynlər məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklərlə yanaşı, tələb olunan əlavə vəsaitlərdən narazılıq edirlər.
Bu barədə bir qrup valideyn tərəfindən Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb. Valideynlər iddia edir ki, məktəblərdə müəllimlər riyaziyyat fənninin tədrisində Təhsil Nazirliyinin tədris prosesi üçün təsdiq etdiyi kitablardan əlavə vəsaitlərin alınmasını tələb edirlər:
“Söhbət Mübariz Namazovun riyaziyyat kitabçasından gedir. Sözügedən kitabın bu qədər önəmli olmasının və məcburi qaydada şagirdlərə aldırılmasının səbəbi nədir? Hər il yeni nəşrinin alınmasını istəyirlər. Əgər M.Namazovun hazırladığı dərslik Təhsil Nazirliyinin tədris üçün təsdiq etdiyi riyaziyyat kitablarından daha effektlidirsə, onu da kitaba əlavə etsinlər. Valideynlərin maddi durumu həmin əlavə vəsaitləri almağa imkan vermir”.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar:
“Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər. Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər.
Amma bununla yanaşı onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz”.

 
 
araz.az

Deputat da başçının həbsini tələb etmişdi, amma… – İndi də sakinlər imza toplayır

PETIvbnm 98765456789 Hələ bu ilin may ayında Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət etmişdi.

Xatırladaq ki, həmin ərəfədə Biləsuvarın icra başçısı Mahir Quliyev yenicə həbs olunmuşdu və bu prosesin Yardımlıda da mütləq həyata keçirilməli olduğunu iddia edən deputat Sabir Rüstəmxanlı aşağıdakıları söyləmişdi:

“Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”.

Qeyd edək ki, deputatın bu çağırışından sonra da həbs olunan icra başçısı olu, amma Yardımlının icra başçısına güldən ağır söz deyən tapılmadı.

Bütün bunları DİA.AZ-a xatırladan rayon sakinləri bildirir ki, onlar icra başçısı Ayaz Əsgərovun fəaliyyətinin araşdırılması üçün ölkə Prezidentinə müraciət hazırlayırlar:

“Hələlik imza toplayırıq və yaxın günlərdə təzminən 2 min nəfər Yardımlı sakininin müraciətini Prezident Administrasiyasına təqdim edəcəyik ki, xalqın bu adamdan narazı olduğunu hər kəs görsün”.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

araz.az

Turizm şirkətinin rəhbəri sabiq polis rəisini aldadıb?!

1600949730 70745 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin rəhbərinin cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən, “Like Travel” turzim şirkətinin rəhbəri Şükürov Azər Faiq oğlunun məhkəmə prosesinə hakim Elməddin Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, zərərçəkənlərdən biri Nizami və Xaçmaz rayonlarının sabiq polis rəisi olan Nofəl Məhərrəmovdur.

İttiham aktına görə, Azər Şükürov əsasən Türkiyəyə tur-paket almaq istəyənlərə qarşı dələduzluq edib. Belə ki, müraciət edən müştərilərdən ilkin ödəniş kimi tur-paketin qiymətinin 30 faizini, qalanını isə uçuşa 15 gün qalmış alacağını deyib. Ancaq səyahətə 15 gün qalmış müştəriləri aldadıb. Müştərilər otellərə zəng edən zaman adlarının rezervasiya belə edilmədiyini öyrəniblər.

Azər Şükürovun zərərçəkənlərə vurduğu ziyanın miqdarının 100 min manatdan yuxarı olduğu bildirilir.

 

 

araz.az

Liviyadan gözlənilməz gediş: Türkiyənin planı suya düşür?

turk araliq xeritesi yeniLiviya Baş naziri Fayez Sərracın istefaya gedəcəyi qərarını açıqlamasından sonra Yunanıstanla bu ölkə arasında razılaşma ola bilər.

Turkustan.info xəbər verir ki, bu barədə danışan Liviya Xarici İşlər naziri Məhəmməd Siyala ölkənin mənafeyinə təsir etmədən dəniz sərhədlərini müəyyən etmək üçün Yunanıstan və Malta ilə əlaqə quracaqlarını bəyan edib.

Liviya Milli Neft Korporasiyasının (MOK) prezidenti Mustafa Sanallah isə neft şirkətlərindən mübahisəli hesab edilən ərazilərdə kəşfiyyat fəaliyyətlərini dayandırmasını xahiş edəcəyini bilirib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Sərracın istefasının Liviya ilə əldə edilən razılaşmalara təsir etməyəcəyini bəyan edib.

Qeyd edək ki, Liviya Baş naziri Fayez Sərrac vəzifəsindən oktyabrın sonunda getməyə hazır olduğunu bəyan edib.  

 

 

 

araz.az

12 -dən səhifə 883

Əlaqəli xəbərlər