Ümumdünya Gömrük Təşkilatının ekspertləri Gömrük Akademiyasında

888.JPG

Mayın 21-24-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində keçirilən "Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminarın iştirakçıları olan Ümumdünya Gömrük Təşkilatının əməkdaşı Rika Tokai və eksperti David Kozik Dövlət Gömrük Komitəsinin Akademiyasında olublar.

Novosibirskdə Rusiya azərbaycanlılarını bir araya gətirən möhtəşəm tədbir - VİDEO

61018861_2261038747494931_5144220284768747520_n.jpgRusiyanın Novosibirsk şəhərində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) sədri Füzuli Məmmədovun təşəbbüsü ilə quruma üzv olan təşkilatların İdarə Heyətlərinin iclası keçirilib.
xəbər verir ki, Rusiyanın 25-dən artıq şəhərində fəaliyyət göstərən diaspora təşkilatları rəhbərlərinin qatıldıqları iclasda İtttifaqın yeni Nizamnaməsinin hazırlanması, gələcək fəaliyyəti və digər mühüm məsələlər müzakirə olunub.

«Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa»

DSC_9568.jpgBeynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. «Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır», - deyən Ə.Amaşov Azərbaycanın media ictimaiyyətinin məsələyə adekvat münasibətinin vacibliyini önə çəkib və rəhbərlik etdiyi qurumun təşkil etdiyi toplantının məqsədinə bu baxımdan aydınlıq gətirib.

13 -dən səhifə 406

Əlaqəli xəbərlər