Türkiyədə oxuyan azərbaycanlı tələbələrin təhsil haqları niyə artırılıb? - Səfirlik etirazları araşdırır

6144ac1b2385d6144ac1b2385e16318904596144ac1b238596144ac1b2385bjpg 1631891804

Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Türkiyənin Ali Təhsil Şurasının (YÖK) üzvü, professor Zeliha Koçak Tufan və YÖK-ün sədr müavini, professor Rahmi Ərlə görüşüb.

araz.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyinin məlumatında bildirilib.

Görüşdə Türkiyə universitetlərində illik təhsil haqqının artırılması və artımın təhsilini davam etdirən tələbələrə də şamil olunması ilə bağlı Səfirliyə daxil olan şikayətlər YÖK səlahiyyətlilərinin diqqətinə çatdırılıb.

“Məsələ müşavirliyimiz tərəfindən universitet rəhbərlikləri ilə müzakirə edilərkən onlar bunu 2021-2022 tədris ili üçün təhsil haqqını müəyyən edən “Cumhurbaşkanlığı Genelgesi”nə (prezidentin təhsil üzrə hər il verdiyi qərarnamə) görə etdiklərini bildiriblər. Bu məsələ də YÖK səlahiyyətlilərinin nəzərinə çatdırılıb”, - deyə məlumatda qeyd olunub.

Zeliha Koçak Tufan və Rahmi Ər qeyd olunan məsələ ilə yaxından maraqlandıqlarını vurğulayıblar. Bildirilib ki, YÖK-də sözügedən qərarla bağlı mütəxəssislərdən ətraflı məlumat alınıb, qərarın sadəcə 2021-2022 tədris ili üçün nəzərdə tutulduğu və təhsilləri davam edən tələbələrə aid olmadığı müəyyən olunub: “YÖK rəhbərliyi təhsili davam edən tələbələrin təhsil haqqına universitetlər tərəfindən sadəcə illik inflyasiya faizini əlavə etmələrinin doğru olduğunu və məsələ ilə bağlı Türkiyədəki ali təhsil müəssisələrinə xəbərdarlıq ediləcəyini bildirib”

 

 

araz.az xəbər portalı.

VÜQAR SƏFƏRLİ ƏLİ HƏSƏNOVLA MÜŞAHİDƏ ŞURASINI HƏDƏFƏ GƏTİRDİ: "Dedi ki, Ramiz Mehdiyevə yaz..." - "Maliyyə Nazirliyindən bildirdilər ki, qiymət normaldır"

012jpg 1631889327

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

araz.az  APA-ya istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli ifadə verib.

O, ifadəsinə ilk olaraq KİVDF-yə rəhbər təyin olunması barədə danışıb: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov məni qəbul etdi. Bildirdilər ki, Əli Həsənov bizə nəzarət edəcək, nə lazımdırsa, deyəcək. Fondun fəaliyyət göstərməsi üçün ilk olaraq “8-ci kilometr” adlanan ərazidə zirzəmi təklif etdilər. Sonra dedilər ki, fond üçün uyğun yeri özünüz tapın. "İçərişəhər"də üç otaqlı yerdə fəaliyyətə başladıq. Həmin yer çox dar idi. Bununla bağlı Əli Həsənova məruzə etdim. O, isə mənə Mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzini təklif etdi. Gedib baxış keçirəndə həqiqətən də uyğun yer olduğunu gördüm. Binanın üçüncü mərtəbəsini bəyəndim. Dediyim kimi Əli Həsənovun məsləhəti ilə..."

Daha sonra təqsirləndirilən şəxs icarəyə götürülən yer üçün şişirdilmiş məbləğ verilməsi barədə danışıb: "Biz fəaliyyət göstərmək üçün yer götürdükdən sonra qiymətlərlə maraqlandıq. Dedilər, binanın hər kvadratına görə icarə haqqı 20-22 manat təşkil edir, ancaq sizə 18 manatdan verə bilərik. Bununla bağlı Maliyyə Nazirliyinə məlumat verdim, bildirdilər ki, qiymət normaldır. Bizə vəsaiti Nazirlər Kabineti ayırırdı. Xərclər smetasına isə xəzinədar nəzarət edirdi. Bizə heç kim demədi ki, bahadır, irad tutan da olmadı. Biz də fikirləşdik ki, uyğundur. Yoxlama dövründə qeyd olunub ki, bazar qiymətlərinə görə icarə haqqı 12-13 manatdır. Sonra yazılıb ki, dövlət rüsumu 47 qəpikdir. Belə şey olar? Biz təkcə vergiyə 119 min 77 manat ödəmişik. Həmin vaxt mən etiraz etdim ki, yoxlama mənim iştirakım olmadan keçirilib. 2019-cu ildə Bilik Fondu fəaliyyətini dayandırdı. Əli Həsənov mənə dedi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yaz, xahiş et ki, Bilik Fondunun əmlakı bizə verilsin. Xahişimiz təmin edildi və əmlak bizə verildi. İcarə məsələsinə gəlincə, Maliyyə Nazirliyi bizə dedi ki, ilin ortası olduğu üçün vəsait ayıra bilmirlər, hələ ki öz imkanlarımız hesabına idarə edək, növbəti ildən vəsait ayrılacaq".

Vüqar Səfərli daha sonra ittihamda əks olunan ictimai-siyasi qəzet olmayan “Futbol+Qol” qəzetinə vəsait ayrılması barədə danışıb. O bildirib ki, qəzetlərə maliyyə ayrılması ilə bağlı qərarı fondun tərkibində olan Müşahidə Şurası verirdi: “Vəsait ayrılması üçün tələblər hazırlanaraq Müşahidə Şurasına təqdim olunur, onun əsasında da maliyyə ayrılırdı. Mən, sadəcə, icraçı olmuşam, qərarlara müdaxilə etməmişəm, sadəcə, iclaslarda iştirak etmişəm".

Daha sonra Vüqar Səfərli bildirib ki, qərarları Müşahidə Şurası qəbul etsə də, onlardan heç kim istintaqda dindirilməyib: "Müşahidə Şurasında keçirilən bütün iclasların videosu var. “Futbol+Qol” populyar qəzet idi, ona görə də pul ayrılıb. Hətta mən soruşdum ki, niyə ittihama salınıb bu hissə, dedilər həyat yoldaşımın adına olduğu üçün araşdırılıb. 2017-2018-ci ildə iki dəfə ümumilikdə 20 min manat olmaqla qəzetə pul ayrılıb. Həmin vəsaitin ayrılması da Prezident Administrasiyası ilə məsləhətləsdirilib".

Daha sonra V. Səfərli bildirib ki, 2018-ci ilin sonunda Əli Həsənov ona bildirib ki, qəzetlərin keyfiyyətindən narazıdırlar: “Dedi ki, qəzetlərin tirajını artıraq, hansı qəzet rəqabətə dözsə, qalsın. Bundan sonra qəzet redaktorları mənə narazılığını bildirdi. Mən də bunu Əli Həsənova dedim. O isə mənə bildirdi ki, baş redaktorlarla görüşək. Qəzet rəhbərləri ilə Mətbuat Mərkəzində görüşümüz oldu. Görüşdə qərar verildi ki, yalnız ictimai-siyasi qəzetlərə maliyyə ayrılsın. Bu qərarla 8 qəzet kənarda qalaraq maliyyəsi dayandırıldı, digər qəzetlərin maliyyəsi isə artdı".

O, jurnalistlər üçün tikilən binalara ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı verilən ittihama da aydınlıq gətirib. Vüqar Səfərli bildirib ki, həmin binaların tikintisi üçün ayrıca mütəxəssis götürülmüşdü: "Tikinti ilə bağlı qanunsuzluqların hamısını mənimlə əlaqələndirirlər. Yazırlar ki, qiymətlər şişirdilib. Binaların tikilməsi üçün tender elan olundu. "Portos" MMC tenderin qalibi seçildi. Tikintini aparan şirkətə vəsait hissə-hissə ödənilib. Mən ayrılan vəsaiti tikinti şirkətinin hesabına köçürmüşəm. Onlar daha sonra neyniyiblər, bilmirəm."

V. Səfərli ayrılan vəsaitin nağdlaşdırılması məsələsinə də aydınlıq gətirib: "Nəyə görə istintaq aydınlaşdırmır ki, pullar necə nağdlaşdırılıb? Mən vəsaitin hardan gəlib hara getdiyini bilmirəm. O vaxt tikinti şirkətinin rəhbəri olan Ədalət Vəliyevin istintaqa ifadəsi var. O, tikinti zamanı 16 milyon ziyan vurduğunu etiraf edib, bildirib ki, həmin ziyana görə öz mülkünün müsadirə edilməsini istəyib. Daha sonra həmin mülk müsadirə olunub. Mən ola bilər ki, tikinti zamanı məsuliyyətsizlik etmişəm. Mənim gedib materialların keyfiyyətinə baxa, suvaq ölçə bilməzdim. Hər şeyə Əli Həsənov nəzarət edirdi. Mən, sadəcə, gedib işlərin aparılmasını yoxlayırdım".

Daha sonra Vüqar Səfərli tikintiyə ayrılan pulları nağdlaşdırıb bank hesabına yerləşdirməsindən danışıb. Sabiq fond rəhbəri bildirib ki, bank hesabında olan pullar onun şəxsi vəsaiti olub: "Mən əvvəllər bizneslə məşğul olmuşam. Yazırlar ki, bank hesabımda 5 milyon manat olub. Mən öz hesabıma müəyyən məbləğdə pul yerləşdirmişdim. Həmin pul bankda qaldıqca üstünə depozit gəlirdi".

V. Səfərli ifadəsinin davamında istintaq zamanı heç kimlə üzləşdirilmədiyini deyib.

Prokurorun sualını cavablandıran Vüqar Səfərli bildirib ki, aparılan tikintiyə nəzarəti Bünyamin İsmayılov edib, qiymətlərin şişirdilməsi barədə ona məlumat verməyib.

Proses sentyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb

 

 

araz.az xəbər portalı.

“Nar” qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

WhatsApp Image 2021 09 17 at 18.02.15“Nar” ənənəsinə sadiq qalaraq, bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırıb. Bu barədə, "Nar"dan araz.az-a daxil olan məlumatda bildirilir ki, ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal) və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edilib.WhatsApp Image 2021 09 17 at 18.02.39

“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək, öz ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksiniz. Sizin kimi gənclərin, cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün, çox faydalı işlər görəcəyinə əminəm”.WhatsApp Image 2021 09 17 at 18.02.58

Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.WhatsApp Image 2021 09 17 at 18.03.12

Ümumiyyətlə, "Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91 faizini əhatə edir və 8780-dan artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.WhatsApp Image 2021 09 17 at 18.03.30 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.WhatsApp Image 2021 09 17 at 18.05.15

araz.az xəbər portalı.

Muxtar Babayev Sumqayıta gedəndə, yollar bağlanır?!

SUMQAYIT12İradə İbrahimova "Məlumatda nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar?"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barədə yayılan məlumatlara münasibət bildirib.

araz.az Pravda.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

"Halbuki elə dərc olunan məlumatın içərisində də Daxili Işlər Nazirliyinin sözçüsü təkzib verərək belə halların baş vermədiyini və iddiaların tamamilə yanlış olduğunu bildirib. Təəccüblüdür ki, olmayan hadisəni xəbərə çevirib, sonra elə həmin yazıda da rəsmi təkzibi vermək, diqqət çəkmək üçün şou xarakterli başlıq qoymaq, belə cəfəng, həqiqətə söykənməyən informasiyanı tirajlamaq cəmiyyətə və mediaya görəsən nə qazandırır? Belə xəbər, belə jurnalistika olurmu? Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar? Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır. Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil", - nazirlik rəsmisi vurğulayıb.

 

 

araz.az xəbər portalı.

Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı

1631853438 hqdef 1535521964“Məmur xalqın xidmətçisidir.Birinci xidmətçi isə mənəm.” Bu fikir ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkə başçısı tərəfindən həyata keçirilən hər təyinat sanki yeni kəndxuda, rayon ağası anlamına gəlir. Hələ də bəzi məmurlar ölkə Prezidentinin bu mövzulu tapşırıqlarını ciddiyə almırlar, yalnız sıradan bir söz olaraq qəbul edirlər. Kifayət qədər daxili problemlər məngəsində olan Azərbaycan üçün isə bu tip nəzərdə tutulmayan əlavə problemlər yeni narazılıq, dövlətçilik təməlnin sarsılamsı deməkdir. Və ən başçılcası isə ölkə başçısı üçün əlavə işdir. Bəs görəsən məmur nədən onu təyin edən Prezidentinə qarşı çıxır, onun tapşırıqlarını görməzdən gəlir?
Ötən gün Ağdam rayonundan məcburi köçkün olan Məcnunov Etiqad Oruc oğlu uzun illər çalışdığı vəzifəsindən absurd səbəblərə görə azad edilməsi ilə bağlı ölkə Prezidentinə ünvanladığı videomüraciəti eyni zamanda Conflict.az-a göndərib. Xatırladaq ki, Etiqad Məcnunov on ildir Ağdam rayon icra hakimiyyətinin məcburi köçkünlərin məskunlaşdığı Alıbəyli 2 və Qasımbəyli qəsəbələrində icra nümayəndəsi, icra nümayəndəsinin müavini və nümayəndəliyin kicik mühasibi vəzifələrində çalışıb. Bir müddət öncə dövlət qulluğu haqqında qanun əsas gətirilərək orta ixtisa təhsilli E.Məcnunov ali təhsili olmadığı üçün vəzifəsindən azad edilir. Bundan sonra E.Məcnunov Gəncə şəhərində fəaliyyət göstərən Aqrar universitetin “iqtisadiyyatın tənzimlənməsi” fakultəsinə daxil olur və həmin təhsil müəssisəsini uğurla bitirir. Təhsilini başa vurduqdan sonra E.Məcnunov Ağdam rayon İHB-nin müvafiq əmri ilə Qasımbəyli qəsəbə icra nümayəndəliyinə kiçik mühasib vəzifəsinə təyin olunur. Təxminən bir ay öncəyə qədər hər hansı problem olmadan fəaliyyət göstərən E.Məcnunov, Ağdam rayon İH-nin rəhbəriyi tərəfindən təzyiqə məruz qalır. Ona könüllü olaraq ərizəsini yazıb işdən çıxması təklif olunur. E.Məcnunovun etirazından sonra isə ötən gün Ağdam rayon İcra Hakimyyətinin başçısı Vaqif Hsənov Etiqad Məcnunovu xidməti otağına dəvət edir və işdən çıxarılması ilə bağlı əmr imzaladığını onun diqqətinə çatdırır. Bir daha xatrladaq ki, Etiqad Məcnunov Şəhid Etiraz Məcnunovun qardaşıdır və I Qarabağ müharibəsi iştirakçısıdır. İki tələbə atası olan məcburi köçkünün mövcud durumu nədənsə Ağdam rayon İcra Hakimyyətinin başçısı Vaqif Həsənovu qətiyyən narahat etmir. Etiqad Məcnunovun ölkə Prezidentinə müraciətinin mətnini təqdim edirik.



- Ölkə başçısı dəfələrlə qeyd edib ki, qaçqlınlar, məcburi köçkünlər, şəhid ailələri ölkə əhalisinin həssas təbəqəsidir. Çox təssüf edirəm ki, Vaqif Həsənov ölkə Preizdentinin tapşııqlarını görməzdən gəlir. Mən özüm və qardaşlarım I Qarabağ müharibəsinin iştirakçılarıyıq. Şəhid qardaşıyam. Bu insan məni nə üçün işdən azad etməlidir. İki tələbə valideyniyəm. Onları necə dolandıracam? Bundan sonra mən nə edim? Cənab Prezidentə, I Vitse-prezidentə müraciət edirəm, nə üçün Ağdam rayon İcra Hakimiyyətini başıçi mənə qarşı belə edir? Səbəb nədir? Mən indi dərk edirəm ki, bu insanların əməlləri məhz onların ailələrində şəhidin, qazinin olmamasıdır. Bu insanlar ağrının, acının, ehtiyacın nə olduğunu bilmirlər. Əks halda bu cür hərəkətlərə yol verməzdilərr. Şəhid abidəsi inşa edirlər, şəhid məzarları üstünə güllər düzürlər. Lakin həmin mərasim bitən kim şəhid qardaşını səbəbsiz olaraq işdən azad edirlər. Deməli hər şey sünidir, efir üçündür, gözdən pərdə asmaq naminədir. Mən cənab Prezidentdən kömək istəyirəm. Erməni işğalı nəticəsində məcburi köçkün həyatı yaşadığım dönəmdə mənə yalnız iki otaqlı ev verilib. Vaqif Həsənov buyursun gəlsin, həmin iki otaqlı evi də ona verməyə hazıram.
Əslində bu hadisə bir şəxsin deyil, mövcud durumda bir ailənin, iki tələbənin gələcək faciəsinin başlanğıcıdır. XXI əsrdə, iddia olunduğu kimi regionun lider ölkəsinin vətəndşı nə üçün öz faciəsi ilə baş-başa qalmalıdır?

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq, dərc etmətə hazırıq.

 

 

araz.az xəbər portalı.

15 -dən səhifə 1806

Əlaqəli xəbərlər