Tural Abbaslı Etibar Məmmədovun liderliyi altında yaradılacaq koalisiyaya qoşulur?

turalabbasli77 1

Son günlərdə media orqanlarında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) lideri Etibar Məmmədovun rəhbərliyi altında koalisiya yaradılacağı barədə xəbərlər dərc olunur. Adları çəkilən partiyalar sırasında Ağ Partiyanın da adı çəkilir. Bəyan edirik ki, bu barədə nə partiya müraciət olunub, nə bu məsələ müzakirə edilib.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki,  bu barədə Ağ Partiyadan bildirilib.

“Ağ Partiyanın kiminsə liderliyi altında hər hansı bir birliyə qoşulmaq fikri olmayıb, olmayacaq da... Partiyanın lideri də, başqanı da məlumdur. Birləşmək istəyənlər Ağ Partiya və lideri ətrafında cəmləşə bilərlər, qapımız hər zaman açıqdır” – məlumatda qeyd olunub.

araz.az xəbər portalı.

ŞOK İDDİA! Putinin qaçış planı hazırdır

 экрана 2022 07 31 104646

Rusiya-Ukrayna müharibəsinin bütün şiddəti ilə davam etdiyi bir zamanda Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirilən iddiaların ardı-arası kəsilmir.

Putinin Rusiyadakı iqtisadi vəziyyət və Donbas bölgəsindəki əməliyyatların uğursuzluqla nəticələnməsi səbəbindən qaçış planları qurduğu deyilir. Hətta Rusiya liderinin və ailəsinin mümkün məğlubiyyət vəziyyətində qaçmağı planlaşdırdığı ölkənin adı da açıqlanıb.

araz.az Musavat.com-a istinadən  Britaniya mətbuatında yer alan iddiaları oxuculara təqdim edir:

Paytaxt Kiyevi ala bilməyən və qoşunlarını Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəldən Rusiyanın işğal planı gözləndiyi kimi getmir. Artıq Ukrayna qoşunları Xerson şəhərini geri almaq üçün əks hücuma keçib.

İddialara görə, Vladimir Putin Donbas əməliyyatının uğursuzluqla nəticələnəcəyi təqdirdə rus xalqının baxışında kəskin dəyişiklik olacağının fərqindədir və mümkün məğlubiyyət üçün qaçış planını hazırlayıb.

Britaniya mətbuatında yer alan məlumata əsasən, Rusiya liderinin qaçmağı planlaşdırdığı ölkə Suriyadır. Yazıda xatırlanır ki, Putin 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə birbaşa müdaxilə edərək Bəşər Əsədə kömək etmişdi. İndi isə Əsədin yardım növbəsi yetişib. Rusiya lideri və ailəsi üçün hazırlanan təyyarənin Moskvada hazır vəziyyətdə gözlədiyi bildirilir.

Qeyd edək ki, Kremldə etibarlı mənbələrə malik olduğunu iddia edən "General SVR" Teleqram kanalı da Putinin qaçış planlarının hazır olduğunu yazır. 

İddialara əsasən, Putinin qaçış planının arxasında duran səbəblərdən biri də ölkədəki iqtisadi böhrandır. Ekspertlər bildirirlər ki, Ukraynaya hücumdan sonra Qərbin sanksiyalarına məruz qalan Rusiyanın iqtisadiyyatı fəlakətli və geriyə dönməz tənəzzül içindədir.

Digər tərəfdən, Ukrayna qüvvələri Rusiya qoşunlarının əlaqələrini məhv etmək üçün Xersonda bir neçə körpünü dağıdıb. Yaxın günlərdə şəhərin yenidən Ukraynaya keçəcəyi bildirilir ki, bu da Rusiya ordusunun uğursuzluğa düçar olmasının göstəricisidir.

araz.az xəbər portalı.

Media Hüququ Qrupunun bir qrup jurnalistə, eləcə də sosial şəbəkə istifadəçilərinə, yazı və paylaşımlarına görə xəbərdarlıq edilməsi ilə bağlı BƏYANATI

WhatsApp Image 2022 07 31 at 00.29.27

Jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmmədov, Aqil Alışov, bloqer Tofiq Şahmuradov və bir qrup sosial şəbəkə istifadəçisi Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılaraq, yazılarına, sosial şəbəkələrdəki paylaşımlarına görə sorğu-sual ediliblər.

Onlardan T. Şahmuradov sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq 1 aylıq inzibati həbs cəzasına məhkum olunub. Digər jurnalistlərə yazılarına görə rəsmi qaydada xəbərdarlıq edilib. Baş Prokurorluq sorğu-sual etdiyi jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin dəqiq olaraq hansı qadağan edilmiş informasiyanı yaydığını, hansı pozuntuya yol verdiklərini açıqlamayıb.

Media Hüququ Qrupu jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin yazdıqları yazılara, paylaşdıqları fikirlərə, mülahizə və tənqidlərə görə belə üsullarla çək-çevirə salınmasından dərin narahatlıq keçirir və belə davranışları söz, ifadə azadlığına zərər vuran addım kimi dəyərləndirir.

Baş Prokurorluğun media sahəsi ilə bağlı müəyyən səlahiyyətinin olduğunu qeyd etməklə yanaşı Media Hüququ Qrupu bildirir ki, belə hallarda jurnalistlərlə davranış Konstitusiya və ölkəmizin tərədfar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunmuş çərçivəyə uyğun olmalı, jurnalistləri ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirən formada olmamalıdır. Jurnalisti yazılarına görə hər hansı dövlət qurumuna çağıraraq qapalı şəkildə sorğu-sual etmək, onların etibarını zədələyir, digər jurnalistləri isə öz funksiyalarını yerinə yetirərkən senzuraya zorlayır.

Baş Prokurorluğun jurnalistlərə xəbərdarlıq etməsi ilə bağlı açıqlamasında onların “Media haqqında” Qanunu pozduqları, faktları və hadisələri qərəzsiz və obyektiv təqdim etmədikləri, birtərəfliliyə yol verdikləri bildirilir. Baş Prokurrorluğun ifadə azadlığı ilə bağlı Konstitusiyanın təməl müddəalarına yox, məzmunu mütərəqqi dünya tərəfindən tənqidlə qarşılanan, tətbiqi yolverilməz sayılan, legitimliyi ciddi müzakirə mövzusuna çevrilən yeni “Media haqqında” qanuna istinad etməsinə təəssüflənən MHQ qeyd edir ki, sözügedən Qanunun müvafiq 14 maddəsinin tələbləri, şəxslərə yox, media subyektlrinə yönəlik tələbdir və fərdlərə münasibətdə tətbiq edilməməlidir. Jurnalistlər, ümumiyyətlə hər kəs öz rəyində qalmaq kimi mütləq azadlığa, öz düşüncələrini ifadə etmək hüququna sahibdir, qanunvericilik fərdlərin üzərində öz düşüncələrini, mülahizələrini, tənqidlərini ifadə edərkən balanslı informasiya yayma öhdəliyi qoya bilməz.

Ayrı-ayrı qanunların ifadə azadlığı ilə əlaqəli müddəalarını tətbiq edərkən dövlət qurumları ilk növbədə Konstitusiyanın və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin fərdlərin ifadə və məlumat azadlığını təminat altına alan müddəalarını rəhbər tutmaq öhdəliyi daşıyırlar. Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin ifadə azadlığı hüququnu, 50-ci maddəsi isə hər kəsin informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını qoruyur. Avropa Konvensiyasnın 10-cu maddəsi də ifadə azadlığı hüququnu təminat altına alır. Bu hüquq və azadlıqlara müdaxilələr üçün konkret olaraq, qanunla qorunan mənafe hər kəsin anlayacağı qədər aydın göstərilməli, qadağan olunmuş informasiyanın hansı qanun tərəfindən hansı mənafeni qorumalı olduğu aydın əsaslandırılmalı, öncədən görüləbilən olmalıdır. Baş Prokurorluq ifadə azadlığına müdaxilə üçün “qanuni əsas” müəyyən edibsə, bunun bütün detallarını (məlumatı hansı tarixdə yayılması, informasiyanın qadağan olunmuş olması, hansı qanunun yayımlanmanı qadağan etdiyi və.s) ictimaiyyətlə bölüşməlidir. “Qanunla qadağan olunmuş” kimi ümumi ifadələrlə ifadə azadlığı hüququna müdaxilələrə haqq qazandırmaq yolverilməzdir.

MHQ belə davranışların jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına, ümumilikdə ifadə azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür. Jurnalist fəaliyyəti, məlumat toplama, ötürmə təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla, sadəcə gözlə müşahidə etməklə məhdudlaşdırıla bilməz. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz. Media Hüququ Qrupu bütün dövlət qurumlarının vəzifəli şəxslərini jurnalistlərlə, sosial şəbəkə istifadəçiləri ilə belə davranışlardan çəkinməyə, bu yanlış praktikanı dəyişməyə çağırır.

Media Hüququ Qrupu - Azərbaycanda media azadlığı ilə bağlı qanunvericiliyi və təcrübəni qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianı və jurnalistləri qorumaq, ifadə azadlığı, eləcə də digər əsas hüquqların təşviqi sahəsində çalışan vətəndaş cəmiyyəti təşəbbüsüdür. Qrup hüquqşunaslar Ələsgər Məmmədli və Xalid Ağaliyev tərəfindən qurulub.

WhatsApp Image 2022 07 31 at 00.30.56

 

araz.az xəbər portalı.

"Böhran tanrısı"ndan qorxulu PROQNOZ

OkPbHpiuubpOweLOLLOh
 
2008-ci il qlobal maliyyə böhranını proqnozlaşdırdığı üçün "Böhran tanrısı" ləqəbi ilə tanınan məşhur iqtisadçı Nuriel Roubini bildirib ki, ciddi iqtisadi tənəzzül və maliyyə böhranı qapıdadır.
araz.az  xarici mediaya istinadən xəbər verir ki,  Roubini ABŞ iqtisadiyyatının dərin iqtisadi tənəzzüllə üz-üzə qaldığını bilsirib.
Mümkün böhranın əvvəlkilərdən daha pis olacağını deyən məşhur iqtisadçı böhranın qısa və səthi olacağı fikrinin tamamilə xəyali olduğunu bildirib.
Roubini sözügedən tənəzzülün ən mühüm səbəblərini borc yüklərinin və faiz dərəcələrinin artması kimi göstərib.
araz.az xəbər portalı.

Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

cingiz 3

Vətən müharibəsindəki şanlı Qələbədən sonra ölkəmiz inkişaf etmiş dövlətlərin, o cümlədən mötəbər təşkilatların maraq dairəsindədir. Postmüharibə dövründə həm Bakıda, həm də işğaldan azad edilmiş Şuşa şəhərində və Suqovşan qəsəbəsində beynəlxalq tədbirlərin, o cümlədən, idman yarışlarının keçirilməsi ölkəmizə olan inamın nümunəsidir. Bir-birinin ardınca keçirilən mühüm əhəmiyyətli məsələlərə həsr olunmuş tədbirlər yüksək səviyyədə başa çatır.

Azərbaycanın bu vaxta qədər Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalaması tərəflər arasında əməkdaşlığın getdikcə yaxşı­laşmasının göstəricisidir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət-perspektiv əməkdaşlıq istiqamətləridir. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət onu deməyə əsas verir ki, Azərbaycan dövləti ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iqtisadi inkişaf, sülh və təhlükəsizliyin tərəfdarıdır.

Yaxın perspektivdə Azərbaycanla Avropa İttifaqı ara­sında strateji sazişin imzalanacağı da gözlənilir. Dövlət başçımızın da Avropa İttifaqı ilə sazişin imza­lanması üzərində iş getdiyini və sənədin 90 faizinin razılaşdırıldığı barədə dediklərini xatırlatmaq yerinə düşərdi.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət-perspektiv əməkdaşlıq istiqamətləridir. Ölkə Prezidentinin də bildirdiyi kimi, Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Bu məsələlər barəsində bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniştərkibli görüşdə və mətbuata birgə bəyanatlarında ətraflı məlumat verildi. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı.

Onu da qeyd edin ki, xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri beynəlxalq aləmdə böyük rezonans yaradıb. Artıq dünyanın aparıcı kütləvi informasiya vasitələri də bu mövzuya həsr olunmuş məqalələr dərc edir, görüşün əhəmiyyətindən yazırlar. Diqqətimi Türkiyənin Anadolu Agentliyinin yaydığı məlumatlar cəlb etdi. Bu informasiyalarda Bakıda keçirilən görüş və mətbuata birgə bəyanatlarda səsləndirilən fikirlərdən bəhs olunur. Eyni zamanda, “Azərbaycan Avropa İttifaqına daha çox təbii qaz nəql edəcək” və “Azərbaycan təbii qazının Avropaya çatdırılmasında Türkiyə tranzit ölkədir” sərlövhəli yazılarda xanım Ursula Fon der Lyayenin Azərbaycana səfərinin nəticələri barədə müfəssəl məlumat verilib.

Dövlət başçımız tərəflər ara­sında imzalanan memorandumu gələcək üçün bir növ yol xəritəsi adlandırdı və bundan sonra da böyük uğurlara imza atacağı­nı əminliklə bildirdi. Prezident İlham Əliyev dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Avropa Komissiyasının prezidenti də, öz növbəsində, memorandumdakı mühüm məqamlardan birinin bərpaolunan enerji ilə bağlı olduğunu və Azərbaycanın bu sahədə nəhəng potensialını bildirdi. Xanım prezident külək enerjisini və “yaşıl” hidrogeni xususi vurğuladı. Dedi ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Bu səfər və keçirilən görüş, habelə imzalanan memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün növbəti bazadır.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru


16 -dən səhifə 2245

Əlaqəli xəbərlər