"Araz" Media Qrupu və araz.az xəbər portalı kollektivlərinin dünya azərbaycanlılarına BAYRAM TƏBRİKİ

yeniil

31 dekabr -- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə, "Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivləri tərəfindən dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan 50 milyon nəfərdən çox həmvətənlərimizə təbrik Müraciəti ünvanlanıb. Səmimi duyğuların ifadəsi olan bu Müraciətdə, öncə, keşməkeşli tariximiz boyu həmvətənlərimizin dünyanın müxtəlif ölkələrinə səpələnməsinin ağrılı səbəbləri açıqlanır.

Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə Çağdaş Azərbaycan Kültür Dərnəyi arasında Qardaşlıq və Əməkdaşlıq Protokolu imzalanıb

WhatsApp Image 2019-12-27 at 17.22.43.jpeg

Dekabrın 26-da Azərbaycan Qaçqınlar Cəmiyyətinin ofisində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin Başkanı hörmətli Cemal Kerim Mehmethanoğlu və Dərnəyin üzvü İshak bəylə Qərbi Azərbaycan İcması rəhbərliyinin görüşü olub. Qurumun mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, qonaqları səmimi salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qonaqlara Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması haqqında ətraflı məlumat verib. Ə. Ələkbərli bildirib ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti 30 il bundan əvvəl – 1989-cu il dekabrın 28-də yaranmışdır və əsas vəzifəsi 1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş soydaşlarımıza maddi-mənəvi dəstək olmaq, sosial problemlərinin həllində onlara kömək etmək olub. Qərbi Azərbaycan İcması isə artıq bir ilə yaxındır fəaliyyət göstərir və o, təkcə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan didərgin düşmüş qaçqınlarımızı yox, həm də son iki yüzildə Qərbi Azərbaycandan qovulmuş bütün soydaşlarımızı, onların övladlarını bir təşkilatda birləşdirir. Əziz Ələkbərli Türkiyədə də Qərbi Azərbaycan kökənli xeyli insanlarımızın olduğunu bildirərək vətəndaş cəmiyyətlər arasındakı əlaqələrin genişlənməsinin belə insanlar üçün də böyük bir mənəvi dəstək olacağını bildirdi.

ABŞERONUN BAŞÇISI BU BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ DƏ, ÖLKƏ BAŞÇISINI VƏ ABŞERONLULARI ALDATMAQDAN ÇƏKİNMƏDİ

2018 02 05 13 14 34seckiHər kəs ölkədə gedən islahatlardan, prezidentin idarəetmədə gəncləşdirmə siyasətindən danışır. Yəqin, elə, buna görədir ki, Masazır Bələdiyyəsinə “seçilənlər” arasında 21 və 24 yaşlı gənclər daha çox yer alıb. Qalanları da, YAP-çı namizədlərdir ki, çoxu evdar xanım, hansısa məmurun qohumu və ya, Masazıra bir-iki il öncə köçən, yerli camaatın tanımadığı müəllimlərdir.
Xub! Görək, kimdir ən çox “səs toplayan” və bələdiyyə sədri seçiləcəyi ehtimal olunan 24 yaşlı "potensial namizəd" -- Bəhruz Fuad oğlu Xəlilov? Sözsüz, onun Abşeron Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əflatun oğlu Xəlilovun oğlu olduğunu danmaq olmaz. Elə, bu, öncədən dediklərimin bir təsdiqi oldu. Nə, isə...

Неважно, как мы, бакинцы, узнаем друг друга. Писатель из США Майрон Готлиб рассказал Media.Az о своем романе

1577429881_mayron_gotlib_241219_02.jpgВ Санкт-Петербургском издательстве «Симпозиум» вышел в свет роман американского писателя Майрона Готлиба «Возвращение». Автор романа уже много лет живет в Соединенных Штатах Америки, но родился и вырос в Баку. Основные события, описанные в книге, происходят в столице Азербайджана. Но география романа простирается далеко за пределы нашего города. Украина периода Второй мировой войны, cовременные Соединенные Штаты и Израиль. По отзывам критиков, роман богат стилистическими приемами, гармонично объединяет увлекательный сюжет с интересными наблюдениями и размышлениями. Особого внимания наших читателей заслуживают страницы, посвященные послевоенному Азербайджану и Баку.

17 -dən səhifə 464

Əlaqəli xəbərlər