Azərbaycan və Ermənistan arasında gərginlik: Bir dalan, iki çıxış

ab11Danışıqlar prosesi dalana dirənib, status-kvo zəifdir və istənilən an tərəflərin genişmiqyaslı hərbi əməliyyatları ilə əvəz oluna bilər.

LİGA.net İrəvanlı politoloq Ruben Mehrabyanın məqaləsini dərc edib.

Məqalə Azərbaycan və Ermənistan arasında gərginliyin artmasına həsr olunub. İndiki gərginlik 2016-cı ilin aprel döyüşlərindən sonra baş vermiş ən pik nöqtə hesab oluna bilər.

Məsələ bundadır ki, indiki gərginlik Dağlıq Qarabağda deyil, Tovuzda baş verib. Ermənistan özünün Rusiyaya yaxınlığından və KTMT-yə üzvlüyündən istifadə edərək, daima bu blokun Azərbaycanla qarşıdurmada iştirakından bəhs edir. Bu da ermənilərin məhz Tovuza hücumunun səbəblərini açıqlayır, o Azərbaycanın Rusiya və KTMT ilə münasibətlərini pozmağa hesablanmışdı.

Tovuz

Son baş verənlər göstrdi ki, danışıqlar prosesi dalana dirənib, status-kvo zəifdir və istənilən an tərəflərin genişmiqyaslı hərbi əməliyyatları ilə əvəz oluna bilər.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

Sözügedən dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Ermənistana təzyiq göstərmək istəmirlər.Azərbaycanın öz ərazilərinin işğal altında qalmasına səssiz qalmayacağını bildiyinə görə, Ermənistan status- kvo-nun saxlanılmasında maraqlıdır.

Birincisi Ermənistan bu münaqişəni etnik qarşıdurma kimi qələmə vermək istəyir. Lakin 1988-ci ildə başlamış münaqişənin əsasında ermənilərin miatsum ideyası dayanır.

Daha sonralar onlar Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi barədə danışdılar.

İkincisi,Ermənistan BMT-nin bizim lehimizə qəbul etdiyi, torpaqların şərtsiz geri aytarılması barədə 4 qətnaməsinə əhəmiyyət vermədən, Qarabağ ətrafındakı işğal edilmiş 7 rayonu Qarababağa müstəqil status verilməsi şərti ilə bizə geri qaytarmaq istəyir.

Üçüncüsü, Ermənistan status- kvo-nu əbədiləşdirməklə ilk növbədə texniki məsələləri və atəşkəs rejiminin mökəmləndirilməsini önə çəkir.

Dördüncüsü Ermənistan Qərbdki çox saylı diasporun dəstəyilə özünü qurban roluna salır və 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələr ilə Qarabağa hadisələrini paralelləşdirir.

Ermənistandan fərqli olaraq Azərbaycan dalandan çıxış yolu kimi status kvonun saxlanılmasını deyil, həmin ərazidəki erməni xalqının təhlükəsizliyinə qarant verməklə mərhələli həll yolu axtarır. Əgər Ermənistan özünün müstəqil status və ya status kvonu saxlamaq kimi sərt mövqeyindən əl çəksə, danışıqlar prosesi dalandan çıxıb mərhələli şəkildə nizamlamaya girər. Təəssüf ki dalandan çıxış yolu kimi ikinci yol yeni müharibə görünür ki, Azərbaycan bunda maraqlı deyil, lakin iki yoldan birini seçmək yenə Ermənistanın məsuliyyətinə düşür.

Gülşən Paşayeva

Mütəxəssis: "Azərbaycanda urbanizasiya hələ də aktual məsələ kimi qalır"

872164Bütün tədbirlərin görülməsinə baxmayaraq, Azərbaycanda urbanizasiya fenomeni müəyyən dərəcədə hələ də aktual məsələ kimi qalır.

 araz.az bildirir ki, bunu Trend-ə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər AllaŞura sədri əlavə edib ki, həmin hadisələr fonunda şəhərlərdə tikinti bumunun dayanması, iki devalvasiyanın baş verməsi ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrinin zərər görməsi, dövlət büdcəsindən investisiya xərclərinin azalması, iqtisadi layihələrin bəzilərinin dayanması ilə bağlı oldu. Qeyd edilən amillər vaxtilə şəhər yerlərində məşğulluğu təmin edilən bölgə əhalisinin iş yerlərinin itirilməsinə səbəb oldu. Bu da əvvəlki illərdə kənd və qəsəbələrdən iş axtarmaq məqsədilə Bakıya üz tutan vətəndaşların bir hissəsi geri qayıtdı, yaşadıqları yerlərdə işlə təmin olundu.

A.Allahverənov qeyd edib ki, hətta son illərdə regionlarda məşğulluq imkanlarının artırılması Bakı və digər böyük şəhərlərdə daimi qeydiyyatda olan insanların bəzilərinin regionlara üz tutması, orada işləməsi ilə nəticələnib. Bank sektoru, xidmət, tikinti, dövlət qurumlarında iş yerləri ilə bağlı rayonlarda işləyən Bakı sakinlərinin sayında kəskin artım hiss olunmaqdadır. Ruralizasiya (deurbanizasiya) adlanan şəhər əhalisinin bölgələrə axın etməsi prosesi geniş vüsət almasa da, hiss olunacaq dərəcədə büruzə verən fenomenlərdəndir.

Mütəxəssis hesab edir ki, Azərbaycanda urbanizasiya fenomeninin aktual olması baxımından bölgələrdə sosial-iqtisadi templərin artırılması və bunun nəticəsi olaraq məşğulluq imkanlarının artırılması, proqramların miqyasının genişləndirilməsi vacib sayılır.

Onun fikrincə, daxili əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğu probleminin həll edilməsi və işədüzəlmədə daxili əmək ehtiyatlarından istifadəyə üstünlük verilməsi, bölgələrin əmək bazarının tarazlaşdırılması məqsədilə iqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizminin yaradılması, rayonlara sərmayələrin cəlb olunması ilə yeni iş yerlərinin yaradılması kimi tədbirlər, həmin proqramların diqqət mərkəzində saxlanılması vacib hesab edilən vəzifələrdən olmalıdır.hverənov deyib.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan güclü miqrasiya axınlarına məruz qaldı. Kənd əhalisinin şəhərlərə üz tutması prosesi miqrasiya müstəvisində daha qabarıq büruzə verən fenomenlərdən biri oldu:

"Bir tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağdan və onunla həmsərhəd rayonlardan, habelə Ermənistanla həmsərhəd rayonlarının həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlərin daha təhlükəsiz ərazilərə, əsasən də şəhər yerlərinə köç etməsi, digər tərədən müharibə nəticəsində respublikanın sosial-iqtisadi sahəsinin zərər görməsi urbanizasiya proseslərinə birbaşa təsir edən amillərdən oldu. Ağır sosial-iqtisadi vəziyyətdən, dağıdılmış kənd təsərrüfatı infrastrukturundan, işsizlikdən əziyyət çəkən bölgə sakinlərinin, o cümlədən kənd rayonlarından əmək qabiliyyətli əhalinin iş yeri tapmaq məqsədilə iri şəhərlərə, xüsusilə Bakıya və onun yerləşdiyi Abşeron yarımadasına axın etməsinə səbəb oldu".

A.Allahverənov qeyd edib ki, urbanizasiya prosesinin birinci mərhələsi 2001-ci ilədək olan dövrü əhatə edir. Bu, daha çox müharibənin yaratdığı nəticələr, torpaq bölgüsünün tam aparılmaması, kənd yerlərində iqtisadi vəziyyətin ağırlaşması və başqa amillərlə əlaqədardır. 2002-ci ildən sonra Bakıda tikinti bumunun başlanması urbanizasiya prosesində ikinci mərhələni başlatdı. Belə ki, tikinti bumunun başlaması əmək qüvvəsinə ehtiyacı artırdı. Bununla bağlı olaraq kənd yerlərindən, rayonlardan Bakıya əmək miqrantlarının axını başladı:

"Bakıda hər il onlarla yeni bina tikilirdi və işçi qüvvəsinə tələb sürətlə artırdı. Həmin dövrdə Bakıda digər sahələrə də sərmayə qoyuluşunda kəskin artım baş verdi və şəhərdə iş yerlərinin sayında sürətli artım müşahidə edilirdi. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, xidmət sektorlarında ciddi canlanma baş verdi. Baş verən dəyişikliklər əlavə işçi qüvvəsinə ehtiyac yaratdı. Belə bir vəziyyətdə ölkə rəhbərliyi urbanizasiya templərinin qarşısının alınması ilə əlaqədar bir sıra vacib sənədlər qəbul elədi. Təhlillər göstərir ki, sosial-iqtisadi səbəblərdən yaranan urbanizasiyanın, o cümlədən daxili miqrasiyanın zəiflədilməsi məqsədilə 2004-cü ildən indiyə qədər proqram xarakterli bir çox işlər görülüb".

Mütəxəssis qeyd edib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmaqla yanaşı, sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına yönəlib. Dövlət proqramları regionların tarazlı inkişafı, infrastrukturun yeniləşdirilməsi, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli nəticəsində respublikada sosial-iqtisadi səbəblərlə bağlı urbanizasiya templərinin əhəmiyyətli dərəcədə zəifləməsinə imkan yaradıb. Belə ki, dövlətin dəstəyi ilə regionlarda çox ciddi islahatların həyata keçirilməsi, fermer təsərrüfatlarının imkanlarının yaxşılaşdırılması, regionlarda sənaye parklarının yaradılması, çoxlu sayda yeni müəssisələrin açılması bölgələrdə əmək resurslarına ehtiyacı yaratmış və bu da urbanizasiyanın hiss olunacaq dərəcədə zəifləməsinə səbəb olmuşdu.

 

araz.az

Evi tərk edən koronavirus xəstəsini polis saxladı - FOTO

008899Quba rayon sakini Elnur Bayramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mili.Az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.Həmçinin Quba RPŞ-nin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Bu zaman mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.Reydlər zamanı qaydaları pozan şəxslər barəsində İXM-nin 211.2- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

araz.az

Diqqət: Bu gündən daha bir məhdudiyyət tətbiq edildi

senedlesme12

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti bu gündən dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.

Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.

araz.az

Mübariz Mənsimovun məhkəməsi başlayır - "GÜNAHSIZLIĞIMI SÜBUT EDƏCƏYƏM"

modern.az mubariz 442 768x526Hazırda Türkiyədə həbsdə olan Azərbaycan əsilli iş adamı, “Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov həbsxanadan növbəti müraciətini yayıb.

Gununsesi.info həmyerlimizin müraciətini təqdim edir:

” Dəyərıi bacı və qardaşlarım,

Artıq 6 aya yaxındır ki, yalançı ifadə verənlərin sayəsində haqsız yerə cəza evində, mənə layiq olmayan bir yerdə saxlanılmaqdayam. Mənim anlamadığım və xüsusi diqqətlə vurğulamaq istədiyim məqam odur ki, bu insanlar 4 ildir mənim şirkətimdən ayrılıblar. Bunlar nəyə görə 4 il sonra yalan ifadələr verərək, yalançı şahid oldular?! Madəm, mən terrorcu, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra mənim əleyhimə irəli sürdülər?! Bu il ağıllarına gəldi?! Mən bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etməmişəm. Yalançı ifadələr mənə qarşı atılan ən ağır iftiradır. Vətənim Azərbaycan və Türkiyəm üçün canımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq hər şey etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm.
Əzizlərim,
Sentyabtın 15-də məhkəmə gözlənilir. Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylık yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm.
Amma bu qara günlər mütləq bitəcək. Yenidən sizlər üçün əlimdən gələni edəcəm. Yanımda olan, mənim üçün duasını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarım, dəyərli bankçılar, yanımda olub problemlərimi həll etməkdə kömək göstərdiyinizi də bilirəm. Türk ədalətinə inanıram və güvənirəm. Gec ya da tez haqq-ədalət öz yerini tapacaq. Mən Mübarizəm, mən gücümə, əməyimə inanan birisiyəm və əminəm ki, günahsızlığımı sübut etdikdən sonra hər şey əvvəlkindən də yaxşı olacaq.”
Gununsesi.info

18 -dən səhifə 607

Əlaqəli xəbərlər