2.5 MİLYON MANATA Malta vətəndaşlığı alan azərbaycanlılar - ADLAR

1610543360 0001Malta "qızıl pasport” sahiblərinin adını açıqlayıb. 2019-cu ildə 3 min xarici ölkə vətəndaşı Malta vətəndaşlığı alıb.

araz.az  "meduza.io”ya istinadən xəbər verir ki, siyahıdakı 300 nəfərin ad və soyadına baxanda onların keçmiş SSRİ ölkələrinin vətəndaşları olduğu məlum olur.

Əvvəllər Malta hökuməti sərmayə müqabilində vətəndaşlıq verdiyi şəxslərin adlarını məxfi saxlayırdı. 2019-cu ildə Malta vətəndaşlığı alan məşhur oliqarxlardan biri də "Forbes”in milyarderlər siyahısında yer alan "Texnonikol”un yaradıcısı Sergey Kolesnikovdur.

Varlı ruslar arasında Malta pasportuna sahib olanlardan Adriana Melnikova, Sergey Boqdançikov, Vedernikov, Anton Strekalov, Andrey Zinovyev və gürcü Georgi Çumburidzenin adları var.

Qeyd edək ki, 2019-cu il ilə bağlı olan siyahıdakı adamlar 2020-ci ildən etibarən Malta vətəndaşıdır.

Ən yeni siyahıda azərbaycanlıların adına rast gəlinməsə də, 2018-ci ildə Malta vətəndaşlığı almaq üçün müraciət edib, 2019-cu ildə "qızıl pasport” alanlar arasında həmvətənlərimiz var:

Ayxan Bəylər Məmmədbəyli

Bəşir Yusif oğlu Cabbarov

Bəylər Firudin Məmmədov

Yusif Həsən oğlu Cabbarov

Xatırladaq ki, Azərbaycan vətəndaşlarının ikili vətəndaşlığı qadağan edilib. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub.

Belə ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin - dövlətlərin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, ölkəmizin beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Xarici İşlər Nazirliyi (AR XİN) və Dövlət Miqrasiya Xidmətinə (AR DMX) 1 ay müddətində yazılı məlumat verməlidir.

Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Malta öz pasportunu əcnəbilərə müəyyən şərtlərlə verir. Belə ki, Malta vətəndaşı olmaq istəyənlər əvəlcə həmin ölkənin Milli İnvestisiya Fonduna 650 min avro vəsait köçürməli, iqtisadiyyatına isə 150 min avro sərmayə yatırmalıdır.

Bununla yanaşı, Malta pasportunu daşımaq üçün 350 min avro da əmlaka xərclənməli, yaxud ildə 16 min avro pul verib, 5 illik kirayə müqaviləsi imzalanmalıdır. 2020-ci ilin oktyabrından sonra Malta vətəndaşlığını rezident formasında 1 ildən 3 ilə kimi verilir və artıq "qızıl pasport”a sahib olmağa çalışanlar dərin hüquqi yoxlamalara da məruz qalır.

Nəticədə onu deyə bilərik ki, Malta vətəndaşı olmaq üçün 2,5 milyon manata qədər pul lazımdır.

Malta vətəndaşlığı alan azərbaycanlıların kimliyi haqda araşdırmalarımız davam edir, yaxın günlərdə oxucularımızın diqqətinə tədim edəcəyik.

İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"

1610537245 1610526673 0001bk

Sabirabad rayon sakini Akif Bədirov bildirir ki, 2019 – cu ildə ailəsinə düşən pay torpaqda (3 ha) pambıq əkib. Suvarma zamanı böyük çətinliklərlə üzləşsə də, 3 ha-dan 9 tona yaxın məhsul toplayıb, təhvil verib.

DİA.AZ xəbər verir ki, o, təkrar müqavilə bağlamaq üçün qeydiyyatda olduğu Sabirabad rayon, Axtaçı kəndində MTK şirkətinə müraciət edib, ancaq imtina cavabı alıb:

“7,5 ha pambığa müqavilə bağlamaq üçün zavodun direktoru Ramin Əsədova müarciət etdim, ancaq rədd cavabı verdi. Onun sözlərindən belə çıxdı iki, “Biz hər adamla müqavilə bağlamırıq”. Eşitdiyimə görə isə MTK Sabirabad filialı ilə müqavilə bağlamaq üçün ya gərək “kimsə” tapşıra, ya da müəyyən “görüm-baxım” edəsən.”

Akif Bədirov deyir ki, prezidentin xüsusi önəm verdiyi, strateji məhsul hesab etdiyi pambığı yetişdirməkdən ötrü fermerləri məqsədyönlü incidirlər.

“Ötən il pambığı tam yığa bilməyən, hələ də MTK-ya borclu qalan fermerlərlə müqavilə imzalanır, ancaq mənimlə yox. Halbunki, mən artıqlaması ilə məhsul təhvil vermişəm. Xahiş edirəm aidiyyatı qurumlar bu arzuolunmaz vəziyyətlə bağlı ciddi tədbir görsünlər”, deyə şikayətçi bildirib.(DİA.AZ)

Media subyektlərinin biznes modelinə keçidinə dəstək istiqamətləri araşdırılacaq - Agentlik direktoru

jurnalist 0254

Media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi agentliyin əsas istiqamətlərindən biridir. Hazırda Medianın İnkişafı Agentliyi tərəfindən fəaliyyət planı hazırlanır. Həmin fəaliyyət planı çərçivəsində media subyektlərinin biznes modelinə keçidinə dəstək göstərilməsi istiqamətlərini araşdırmağa çalışacağıq.

Trend-in məlumatına görə, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin hansı formada gücləndiriləcəyi ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, bu dəstək media subyektlərinin özləri tərəfindən yeni biznes modelə keçidlə bağlı təklifləri əsasında olan layihələr şəklində də ola bilər. Yaxud bu, Agentlik tərəfindən həmin media subyektlərinin biznes modelinin tətbiqinə dövlətin dəstəyi formasının müəyyən edilməsində özünü göstər bilər: ”Biz hazırda bu fəaliyyətin həyata keçirilməsi istiqaməti üzrə araşdırma aparırıq. Bu istiqamətdə geniş müzakirələrin aparılması gözlənilir. Bu müzakirələr nəticəsində media subyektlərinin biznes modelinin formalaşdırılması yollarını müəyyən etməyə çalşacağıq”.

Azərbaycana gətirilən bu məhsullar GÖMRÜK RÜSUMLARINDAN AZAD EDİLDİ

rus gomrukkommm

Ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülüb.

araz.az Publika.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunub.

Hazırda Zavodun modernizasiyası işlərinin davam etdiyini və layihənin maliyyə yükünün artırılmasının zəruriliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır.

Bundan başqa, koronovirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilıb

Spirtli içki olmaz, cinsi əlaqə qadağandır – Koronavirus peyvəndinin şərtləri

424384380

Yanvarın 15-dən onlarla ölkə koronavirus vaksinini əhaliyə tətbiqinə başlayır.Azərbaycana artıq Çin istehsalı vaksinlərin birinci partiyası gətirildi.

Lakin bu vaxta qədər verilən məlumatlara görə, dərmanlar kimi vaksinin də riski, əks təsiri, şərtləri, qadağaları var.

Qadinklubu.com xəbər verir ki, Rusiyada covid 19 vaksini olunmuş insanlar təəssüratlarını və peyvənddən sonra nələr baş verdiyini bölüşüb.

Peyvənd olunan şəxs bir neçə suallara cavab verməlidir: xroniki xəstəliyi varmı, yaşı, koronavirusa yoluxubmu, antibiotik mülaicə nə vaxt alıb, bu vaxta kimi hansı peyvəndlər olunub, spirtli içki içirmi və s.
Eləcə də qadındırsa hamilə olub olmaması, süd verməsi soruşulur.

Daha sonra insanın təzyiqi, nevroloji durumu və bədənin hərarəti yoxlanilir.
Daha sonra insandan QİÇS və hepatit analizləri götürülür.

Vaksin vurulacaq günə 2 gün qalmış spirtli içki, alkoqol içmək, cinsi əlaqədə olmaq olmaz.

Eləcə də vaksindən sonrakı 3 gün ərzində içki və cinsi münasibət qadağandır.

Həkimlər pasiyenti vaksindən sonra iynənin yerinin bir qədər ağrıya biləcəyi və hərarətin 38-ə qədər qalxacağı barədə xəbərdar edir. Əgər belə olarsa parasetamol içmək olar. Lakin daha ciddi ağrı və fəsad olarsa, dərhal xəstəxanaya müraciət edilməlidir.

19 -dən səhifə 1207

Əlaqəli xəbərlər