ŞAİR GÜLAĞA TƏNHA PREZİDENTƏ HƏSR ETDİYİ ŞEİRİNƏ BƏSTƏLƏNƏN MAHNINI, AD GÜNÜ MÜNASİBƏTİ İLƏ, ONA ƏRMAĞAN ETDİYİNİ BİLDİRİB

Ilham Aliyev2412201801

GÜLAĞA QƏNBƏROV: "PREZİDENTİN ÖLKƏDƏ HƏYATA KEÇİRDİYİ İSLAHATLARI XARİCDƏKİ SOYDAŞLARIMIZ DA ÜRƏKDƏN DƏSTƏKLƏYİRLƏR. BU İSLAHATLARIN UĞURLU DAVAMINA MANE OLANLARA YERLƏRİNİ GÖSTƏRƏCƏYİK!"

"Prezident İlham Əliyev cənablarının bəyan edib, həyata keçirdiyi möhtəşəm kurs çərçivəsində start götürən yeni islahatlar dalğasının xoş təsirli ab-havasında yaşayan Azərbaycan, yenə, beynəlxalq aləmin diqqətini özünə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin müasirləşdirilməsi üçün, onun bütün sahələrdəki inkişafının davamını qlobal dünyanın çağırışlarına uyğunlaşdırıb, yeni trendlər əsasında daha zəngin etməyə hesablanan ölkə rəhbərinin yeni islahatları xarici ölkələrin mütəxəssisləri və ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Dünya dövlətlərinin ictimai-siyasi həyatlarında fəallıqları ilə seçilən, bu dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı, iş adamı, aydın fikir, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan və nüfuz sahibi olan soydaşlarımızın da ürəyincədir", -- bu dediklərini, bir sıra xarici ölkələrdə iş adamı kimi məşhurluq qazanan, adı dünyanın zənginləri sırasında yer alan milyonçu həmyerlimiz Gülağa Tənha (Qənbərov) araz.az-ın əməkdaşı ilə söhbətində xüsusi vurğulayıb. Xeyriyyəçi və şair kimi də yaxşı tanıdığımız soydaşımız bildirib ki, prezident İlham Əliyevin son zamanlar keçirdiyi iqtisadi müşavirələrdə bir sıra mühüm məqamlara toxunması, faktiki olaraq, yeni islahatlar dalğasının anonsu idi: "İslahatların davam etdirilməsi yolunda çox güclü siyasi iradə ortaya qoyan möhtərəm Prezident həmin müşavirələrdə qətiyyətlə bildirdi ki, o, Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayrağa çevirən ölkə kimi görmək istəyir. Heç kim görülən işlərdə onlara mane ola bilməz.

Yerli və xarici rəy sorğuları göstərir ki, seçicilərin yerli məmurlardan müəyyən narazılığı olsa da, ölkə rəhbərinin reytinqi və ictimai rəydə nüfuzu çox yüksəkdir. Onun çıxışlarında deyilməyən, lakin konkret hədəfləri olan nüansların mövcudluğu da, adını çəkdiyim həmin islahatlar çərçivəsində bu vacib problemlərin təcili həlli tələb edilir. Bürokratik aparatdakı müəyyən çatışmazlıqların aradan qaldırılması, kadr islahatlarının səmərəli aparılması, idarəetmənin daha da çevikləşdirilməsi, Dağlıq Qarabağ probleminin həlli yolunda müsbət irəliləyişə nail olunması deməkdir. Məhz bu problemlərin həllini ictimaiyyət səbirsizliklə ölkə başçısından gözləyir. Rəy sorğuları göstərir ki, möhtərəm Prezident bütün seçkilərdə qalib gəlmək iqtidarındadır, həmçinin, bu islahatları keçirmək üçün güclü xalq dəstəyinə malikdir. Bölgədə cərəyan edən siyasi proseslər fonunda onun rəhbər fəaliyyətindəki uğurlar, həm də dövlətçiliyin qorunmasının başlıca qarantı kimi yüksək qiymətini alıb. Bunu hər bir seçici belə dərk edir və islahatlara dəstək verən ictimai rəylərdə də, deyilənlər xüsusi vurğulanır. Bunlar, möhtərəm Prezidentin mövqeyini xarici ölkələrdəki soydaşlarımız arasında getdikcə daha da möhkəmləndirir. Məhz buna görə, bütün həmyerlilərimiz dövlətin, cəmiyyətin və hakimiyyətin qorunmasına dəstək verdiklərini açıq şəkildə bəyan edirlər".

"Onun əli ilə biz şairlər döyülmüşük, güllələnmişik..." - FİKRƏT QOCA

FikretQocaXəbər verdiyimiz kimi, bu günlərdə xalq şairi Fikrət Qoca Yazıçılar Birliyinə şeir həsr edib. "Anam birliyim mənim" adlı şeir qurumun 85 illiyinə ithaf olunub. Qeyd edək ki, xalq şairinin "Yazıçılar Birliyim, Doğma odum-ocağım. Əliylə döyüldüyüm, Sürdülər, sürgündə oldum" misraları ilə başlayan bu şeiri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Belə ki, izləyicilərin əksəriyyəti şeirin çox bəsit şəkildə yazıldığını bildirib, bəziləri isə onu əməkdar artist Elza Seyidcahanın şeirləri ilə müqayisə edib.

60 saylı dairənin favoritləri bilindi – Ağamalı ilə Ağayev yenidən üz-üzə

fez1-660x300.jpgParlament seçkilərinin vaxtı yaxınlaşdıqca namizədlər arasında mübarizənin qızışdığı hiss edilir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, aktiv seçki marafonunun olacağı yerlərdən biri də , 60 saylı Salyan-Neftçala seçki dairəsidir. Qeyd edək ki, həmin dairədən son seçkilərdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputat mandatı qazanıb. Son seçkilərdə onun ən güclü rəqibi Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev olub. Fəzail Ağamalının yenidən həmin dairədən deputat seçilmək istədiyi tam dəqiqləşib. Bəs ötən seçkidə həmin dairədən çox aktiv seçki təbliğatı aparan İsmayıl Ağayev necə, bu dəfə mandat qazanma marafonuna qoşulacaqmı?

Mirkazım Seyidov: “Zakir Fərəcovun da fəaliyyəti yoxlanmalıdı”+ VİDEO

mir-2.jpg

Tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov un “Cayxana TV” səhifəsinə müraciəti yayılıb. Həmin müraciətində o, ölkədə gedən islahatlara man olan məmurlardan danışıb. Eləcə də, diqqəti Sumqayıtın icra başçısı Zakir Fərəcovun üzərinə yönəldib. Qeyd edib ki, həmin icra başçısının da, fəaliyyəti dərindən araşdırılmalıdır”. Azinforum.az Mirkazım Seyidovun müraciətini təqdim edir.

20 -dən səhifə 464

Əlaqəli xəbərlər