MANŞET

Bakının mərkəzində - Səməd Vurğun küçəsində sürüşmə baş verdi

Paşinyana qarşı kütləvi narazılıq baş qaldırıb, polis orqanları çalxalanır

“Bütün düşmənlərimiz birləşsə, özümüzünkülər qədər zərbə vura bilməzlər”

Məmurlara qarşı yeni mexanizm hazırlanır

DOLLAR 40 FAİZ UCUZLAŞACAQ

Qüdrət Paşayevin işdən çıxarılması gədəbəylilərin ürəyindən olmadı

Etimad Əsədov vəfat etdi

İcra başçısının müavini sakinlə əlbəyaxa oldu - VİDEO

Jirinovski hərbi sirri canlı yayımda ağzından qaçırdı – Video

Xpert Captions

Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub

Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub. AZƏRTAC…
Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub

Məhəmməd Salahdan fantastik qol – Video

“Liverpul”un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi…
Məhəmməd Salahdan fantastik qol – Video

baner-araz

araz-reklam.jpg

ZAMAN

В Кыргызстане снова поднимают инициативу о признании тенгрианства религией

В Кыргызстане снова поднимают инициативу о признании тенгрианства религией

ZAMAN 15.10.2018 | 09:34
В Кыргызстане снова поднимают инициативу о признании тенгрианства религией. Представители ряда общественных организаций недовольны тем,…

MARAQLI

Azərbaycanda domen adları ilə bağlı YENİLİK

Azərbaycanda domen adları ilə bağlı YENİLİK

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 12-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib.…

DAŞKƏND VƏ DAŞKƏNDLİLƏR

Göyçə mahalının Daşkəndi haqqında nəfis kitab işıq üzü gördü

daskend 

Göyçə Mahalı, Basarkeçər Rayonunun Daşkənd kəndi haqqında çox maraqlı, nəfis tərtibatlı, “Daşkənd və Daşkəndlilər” adlı kitab çapdan çıxıb. Kitabda Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar yer alır, kəndin mədəni həyatı, tanınmış insanları ilə bağlı ətraflı məlumat verilir. Hazırda erməni işğalı altında inləyən bu yurdun didərgin düşmüş və ölkənin, dünyanın müxtəlif yerlərində məskunlaşmış sakinləri – daşkəndlilərin indiki ev ünvanları, əlaqə telefonları da kitabda əksini tapır. Daşkəndin ailə başçılarının 2012-ci ilə qədər olan siyahısı da bu kitabda yer alır. 

 

Kitabın ideya müəllifi və məsləhətçisi Rüstəm Dastanoğlu, tərtib edəni və redaktoru Araz Yaquboğlu, toplayanı Əfəndi Babayevdir. Bu insanlara bir vətəndaş olaraq səmimi şəkildə təşəkkürlər etməliyik. Çünki tarixi vətənindən didərgin düşmüş və ölkənin, dünyanın müxtəlif bölgələrinə səpələnmiş insanlar haqqında 22 il sonra dəqiq və müfəssəl məlumatlar toplamaq, onların taleyinə aydınlıq gətirmək olduqca çətin işdir, ağır əmək tələb edib. Həmçinin, bu kəndin ənənələri, mədəniyyəti, ağsaqqalları haqda məlumatları toplayıb kitab halınsa salmaq, əslində bir tarix yazmaqdır. Bu vətəndaşlıq mövqeyinə, el-obasının taleyinə bu şəkildə diqqətlə yanaşan insanla “Eşq olsun” deyirik...    Kitabda tarixi Azərbaycan ərazisi olan Azərbaycan ərazisi olan Göyçə Mahalında yerləşən Daşkənd kəndinin tarixi və coğrafiyasına aid məqalələr, Göyçə aşıqlarının, bu kəndin məşhur qələm sahiblərinin xalqımıza, Göyçə və Daşkəndə həsr olunmuş şerləri də öz əksini tapıb.
ScannedImage-3“Daşkənd və daşkəndlilər” kitabı hələlik əlimiz çatmayan Göyçə mahalının Daşkənd kəndinin qəbiristanlığında uyuyan və sonralar dünyasını dəyişən daşkəndlilərin əziz ruhlarına ithaf olunur.
Kitabın ön söz əvəzində Rüstəm Dastanoğlu yazır: “... Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun belə bir fikri var: “Biz Vətənimizi ona görə sevirik ki, uşaqlığımızı orada itirmişik”. ...Və bu qarşınızdakı kitabdakı siyahı, Çingiz Aytmatovun təbirincə desək, uşaqlıqlarını, gəncliklərini Göyçə mahalının Daşkənd kəndində itirənlərin siyahısıdır. Hər şeydən əvvəl onlar Göyçənin bir hissəsi olan Daşkənddə gözəl, mehriban, doğma insanların arasında dünyaya gəlib, uşaqlıqlarını, gəncliklərini onların arasında keçirmişdilər. Böyüyə-böyüyə özlərindən asılı olmayaraq onları əhatə eləyən həmin insanların danışıqları, söz-söhbətləri, davranışları, eşitdikləri əhvalat, nağıl və dastanlar onların varlığına hopmuşdu. ... Belə bir kəlam var, deyirlər ilk gələn SÖZ olub və hər şey SÖZdən yaranıb. Bu həqiqətdirsə, gör, Göyçədə, o cümlədən Göyçənin bir parçası olan Daşkənddə sözün dəyəri Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Şair Məmmədhüseyn, Aşıq Ələsgər, Aşıq Nəcəf, Növrəs İman, Usta Abdulla və başqalarının timsalında hansı səviyyəyə qalxıb...”
ScannedImage-4Ön söz əvəzində müəllif kəndin qaçqınlığa qədərki illərində yetişən məşhur insanlardan – mərhum Aşıq Hacı Bayramovdan, Alqayıtdan, Sərraf Şiruyədən də söz açıb. Bundan başqa, kəndin dini, mədəni, sosial həyatından müxtəlif nümunələr göstərilib. 
Müəllifin yazdıqlarından bəlli olur ki, hazırda Daşkəndlilərin sayı 10 min nəfəri ötüb keçib. Bu, çox ciddi bir araşdırma mövzusudur. Belə ki, rəsmi rəqəmlərdə Qərbi Azərbaycandan 1988-ci ildə qovulan soydaşlarımızın sayı 200 min nəfər göstərilir. Amma bu, həmin dövrün rəqəmi və məhz 1988-ci ildə qovulanların sayıdır. ScannedImage-5Əgər bir kənddən qovulanların sayı 10 mindirsə, bu göstərici ilə bütün Qərbi Azərbaycandan qovulanların sayı bir milyona yaxındır. 19-20-ci əsrdə baş verən bir neçə deportasiya zamanı isə öz tarixi vətənlərindən bir neçə milyon azərbaycanlı didərgin düşüb, hazırda onlar ölkənin müxtəlif bölgələrində, Rusiyada, digər xarici dövlətlərdə yaşayırlar. Təkcə elə Daşkənd kəndindən xaricdə yaşayan insanların sayı yüzlərlədir. Bu kitabda onlar haqda ətraflı və dəqiq məlumatlar verilib. Hesab edirik ki, bu fakt dövlət qurumları və tarixçilər üçün, habelə ermənilərin ifşası, yalanlarının iflası üçün tutarlı faktlardır.  **
Daşkəndin coğrafiyası haqda məlumatlardan aydın olur ki, bu kənd Göyçə mahalının cənub-şərq hissəsində, dəniz səviyyəsindən 2100-2600 metr yüksəklikdədir. Əgər yüksəklikdən Daşkəndin evlərinin salındığı hissəsinə baxsaq, görərik ki, sanki bu evlərin düzülüşünü təbiət özü yaradıb...Kəndin səfası mənfur erməniləri o qədər cəlb edib ki, tarixən bu yurdu ələ keçirməyə cəhdlər ediblər.Kitabda yazılır: “Kəndin müdrik ağsaqqallarının və ziyalılarının səyi nəticəsində Daşkənd mahalda tanınmış kənd olub.

ScannedImage-6

 Kəndin əsrarəngiz təbiət və iqliminə malik olması, ərazisinin, yaylaqlarının böyük olması mənfur erməniləri narahat edirdi. Hələ 1905-1915, 1918-1920-ci illərdə kəndin torpaqlarını ələ keçirmək istəyən ermənilərin əli puça çıxmışdır. Hətta kənddə olan qədim Alban abidələrinin ermənilərə məxsus olması haqqındakı mülahizələri də kəndin müdriklərinin səyi nəticəsində iflasa uğramışdır. ScannedImage-7Bu abidələrin qədim Alban tayfalarına aid olması sübuta yetirilmişdir. Ermənilərin məkrli siyasəti nəticəsində 1953-cü ildə Daşkənddən 130 ailə Bərdəyə deportasiya olunmuşdur. Bu, erməniləri razı salmadı, çünki Daşkəndin torpağı onlara verilmədi. Ancaq tale yenə də Göyçə mahalının “üzünə gülmədi” və 1988-ci ilin noyabr ayında Göyçədə yaşayan bütün soydaşlarımız məcburi şəkildə tarixi torpaqlarını itirdilər, o torpağa həsrət qaldılar və hələlik göyçəlilər onun haqqında yazılmış kitablardan təskinlik tapırlar”.
Daha sonra kitabda Daşkəndin toponimləri (yer adları), iqtisadiyyatı, Daşkənd adının necə mühafizə olunması haqda ətraflı məlumatlar verilib, habelə bu kənd haqqında geniş araşdırma yazısı əks olunub. 
ScannedImage-8Bundan başqa, Daşkənddə baş verən 1953-cü il deportasiyası zamanı daşkəndlilərin Bərdə rayonunda saldığı Yeni Daşkənd kəndi haqda ətraflı məlumat verilir. 
Ardınca isə kitabın “Göyçədən poeziya çələngi” bölməsi başlayır. Burada Aşıq Alının, Aşıq Ələsgərin, Növrəs İmanın, Usta Abdullanın, Şair Məmmədhüseynin, Aşıq Nəcəfin, Alqayıtın, Həsən Xəyallının, Aşıq Hacı Göyçəlinin, Aslan Məmmədsadiqoğlunun, Qəmgin Fəzinin, Sərraf Şiruyənin, Xasay Zeynalovun, şerləri yer alır.Habelə, nəfis tərtibatlı kitabda Göyçənin müxtəlif illərdəki xəritəsi, Daş kəndin bir çox ərazilərinin fotoları yerləşir. Sonda isə Bakıda, Gəncədə, Bərdədə, Azərbaycanın digər bölgələrində, xaricdə yaşayan daşkəndilərin indiki ünvanları, telefon nömrələri çap olunub. 
Bir vətənpərvərlik nümunəsi və torpaq həsrətlilərin təsəllisi kimi bu kitabı oxumaq bir borc sayılır.ScannedImage-9

ScannedImage-10