Araz.az xəbər verir ki, Türkiyə Respiblikasının Mərkəz Bankı ABŞ Mərkəz Bankının (FED) nəzdindəki, öz mülkiyyətində olan qızılların hamısını 2017-ci ildə Türkiyəyə gətirib. Türkiyə MB-nın ölkədəki və “Halkbank”ın xaricdən təmin elədiyi qızıllarla birlikdə BİST-də 220 ton qızıl saxlanılmağa başlayıb. Ziraət və Vakıf banklarının da 95 ton qızılı gətirmək səylərini sürətləndirildiyini bildirib.
Prezident R.T.Ərdoğanın “Valyuta kursu təzyiqindən qutarmaq üçün dollara qarşı qızıldan istifadə edək” çağırışı diqqəti banklara çevirib. Mərkəzi Bank (TCMB) , ABŞ Mərkəzi Banlının (FED) nəzdindəki öz mülkiyyəti olan qızılların hamsını Türkiyəyə gətirdikdən sonra, 2016-cı ildə FED hesablarında 28.7 tona yaxın olan qızıl miqdarı 2017-ci ilin sonunda artıq o hesablarda görünməyib. “Halkbank” da xaricdəki qızıllarını Türkiyəyə gətirərək, “Borsa İstanbul” Anonim Şirkətinə (BİST) təhvil verib. Gətirilən qızılın miqdarı 220 tona çatıb. Bunun 29 tonu “Halkbank”a məxsusdur.
“Ziraət” bankının hazırda Londonda 57, “Vakıfbank”ın isə 38 ton olmaqla birlikdə 95 ton qızılları İngiltərədədir. Onlar da xaricdəki qızıllarını ölkəyə gətirmək üçün fəaliyyətə başlayıblar.
Ümumi ehtiyat 564 tondur
TCMB-nın qızıl ehtiyatları özünə məxsusu olan 200 ton ilə, banklara məxsus olan 364 tondan ibarətdir – yəni ümumilikdə 564 ton qızıl vardır.
Pulla qarşılığı 25 milyard dollardır
2016-cı ildə MB-nin 14 milyard dollar səviyyəsində olan qızıl ehtiyatları 2017-ci ilin sonunda 23,5 milyard dollar səviyyəsinə çıxıb. TCMB-nin 2018-ci il 30 mart tarixli son məlumatlara görə isə ümumilikdə qızıl ehtiyatları 25,3 milyard dollar səviyyəsinə çatıb.
Türkiyə 10-cu pilləyə çatıb
Bu addımlardan sonra Türkiyə dünyada qızıl ehtiyatı siyahısında IMF ehtiyatları nəzərə alınmasa, 10-cu pilləyə yüksəlib. Qeyd edək ki, böyük ölkələrin əksərinin qızıl ehtiyatlarının 70-80%-i qızıl şəklində saxlanılır. (Hurriyyet.org)
araz.az xəbər portalı.