1524208556_taleh-qarasov-1.jpg

Redaksiyaya daxil olan məlumata görə, Lənkəran rayon Vel kənd bələdiyyəsinin özbaşınalığı və vətəndaşlara verdiyi əziyyətlərlə bağlı saytımızda dərc edilən yazılarla bağlı vəndaşlar hədələnməkdədir. Beləki, Vel kənd bələdiyyə sədri Rəyasət İmanov barəsində redaksiyamıza narazılığın bildirən Vel kənd sakini Nina xanım Rəyasət imanov tərəfindən hədələndiyini bildirib. Bu hədələnmə məsələsi isə bir neçə gün bundan öncə R.İmanovun redaksiyamıza zəng edərək kimin şikayətçi olması ilə bağlı verdiyi suala cavab olaraq Nina xanımın konkret şikayətçi olduğun qeyd etmişdik.

Və daha sonra R.İmanov bizdən Nina xanımla hansı telefonla əlaqə saxlaya biləcəyini xəbər aldıqda ona nömrənin hansı olduğunu qeyd etdik. Bundan sonra nömrəni bizdən alan R.İmanov vətəndaşa hədə gələrək ona qanunla qadağan edilmiş ikra və dahada pis bir şeylərin evindən çıxa biləcəyini qeyd edərək saytımızdan yazını Nina xanımın sildirməsini tələb etmişdir. Etibarlı mənbə xanıma edilən təzyiqlərlə bağlı həqiqəti əks etdirən anten dairə çıxarışı zamanı hər şeyin müəyyən edilə biləcəyinidə vurğulayıb. R.İmanov artıq qarşısı alınmaz bir məmura çevrilib ki, buda istər istəməz böyük narazılığa səbəb olmuşdur. Lənkəran rayon icra başçısından kömək istəyən Nina xanım redaksiyamızı vasiəsi ilə yenidən Taleh Qaraşova müraciət etmək qərarına gəlib. İcra başçısına dəfələrlə şikayətini bildirsədə rus dili olduğu üçün onun şikayətinə əhəmiyyət verən yoxdur. Bu gün göründüyü qədər Lənkəran rayon icra Hakimiyyətində rus dilin bilən bir məmur belə tapmaq mükünsüzlüyü meydana çıxır ki, buda əgər Rusiyadan dövlət tərəfindən gələcək adamlarla rayon rəhbəri olaraq T.Qaraşov hansı dildə danışacağı sualı ortaya çıxır. Bir rus dili vətəndaşımıza bu gün sahib çıxmaq əvəzinə onun hansı dildə danışıb danışmadığı müzakirə pridmetinə çevrilib. Cənab Taleh qaraşov hər zaman bir şeyi nəzərə alın ki, Azərbaycan Rsepublikasının Prezidentidə Azərbaycan dilində çıxış edir amma bu o demək deyil ki, O hansısa dildə danışmağı bacarmır. Xatırlamanız üçün qeyd edək ki, Cənab İlham Əliyev 7 dildə sərbəst danışmaq bacarığına malikdir. Və bu halda sizin Azərbaycan dilindən başqa dil bilməməyiniz ucbatından vətəndaş Vel kəndində təzyiqlər altında yaşamaq məcburiyyətindədir. Vətəndaş qeyd edir ki Siz ona demisiz ki, bütün ruslar burdn gedib sən niyə çıxıb gedməmisən..? Amma o cavabında qeyd edir ki, Azərbaycan mənim doğma vətənimdir burda doğulmuşam burdada öləcəm amma Azərbaycandan getməyəcəm. İndi cənab T.Qaraşov sizə etimad göstərilən regionda əhalinizə sahib çıxın ki, sabah siz şikayətçi olanda Ölkə rəhbəridə sizə sahib çıxsın. Həyat “bumeranq”dır unutmayın bunu. R.İmanov və Elnur kimilər bir yaşlı qadını bu qədər sıxma boğmada salamaları cəmiyyət tərəfindən qəbul edilən deyil. Siyavar kənd sakinlərinin 70% R.İmanovdan şikayət edir bunudamı görmürsünüz- eşitmirsiniz.. Bəs siz vəzifəniz başında deyilsinizmi?

Mövzuya qayıdacağıq
BakuNews.az

araz.az xəbər portalı.