Çinin üzərində işlədiyi yeni nəsil bombardman təyyarəsinin sahib olacağı imkanlar bütün dünyanı heyrətə gətirib.
Axar.az xəbər verir ki, sadəcə saniyələr ərzində havaya qalxa bilən bu hipersonik döyüş təyyarəsinin 78 dəqiqə ərzində Londona çata biləcəyi qeyd olunur.
Təyyarənin saatda 6 min kilometr sürətlə hərəkət edəcəyi bildirilir.
Hipersonik ağır bombardmançı təyyarənin ən böyük üstünlüyü isə sürəti ilə yanaşı, ağır zərbə endirə biləcək bombaların daşınması üzərində qurulan dizaynıdır. Bu təyyarənin Çindəki hər hansı bir nöqtədən cəmi 2 saat ərzində Nyu Yorka gedə biləcəyi bildirilir. Hipersonik “canavar” sürtünməni azaltmaq və sürəti daşıya bilmək üçün bir-birindən istifadə edən iki qanad layına sahib olacaq.
Çinin bu təyyarə modelindən mülki aviasiyada da istifadə edəcəyi gözlənilir.
araz.az xəbər portalı.