Bill-qeyts.jpg

Bill Geyts dünyaya məlum olmayan bir xəstəliyin yayılaraq, 6 ay ərzində 30 milyon insanı öldürə biləcəyindən danışıb.
“Sherg.az” milliyyet.com.tr-yə istinadən bildirir ki, B.Geyts bunun qarşıdakı 10 il ərzində baş verəcəyini proqnozlaşdırır. “Tarixi proseslərə də nəzər saldıqda, müxtəlif illərdə ölümcül xəstəliyin ortaya çıxıb, dünyaya yayıldığını görə bilərik. Bu hal qarşıdakı on il ərzində asanlıqla reallaşa bilər”.

B. Geyts, adətən nikbin, insanlara dünyanın dörd bir tərəfindəki yoxsulluqdan xilas olmaq, uşaq iflici, malyariya kimi xəstəliklərin aradan qaldırılması barədə məlumatlar verib. Ancaq o, bu dəfə “Dünyanın hələ də araşdıra bilmədiyi pandemik xəstəliklər adlı sahə var. Dünya əhalisi artdıqca və bəşəriyyət təbiətin içində yaşadıqca yeni patogenlər hər zaman ortaya çıxacaq. Bəzi insanlar və kiçik qruplar, bir gün gələcək və silah kimi xəstəlikləri istifadə edəcək” şəklində açıqlama verib.
B. Geytsin sözlərinə görə, belə bir xəstəliyin ortaya çıxma ehtimalı artmaqdadır:
“Dünya əhalisi artdıqca və bəşəriyyət vəhşi mühitlərdə yaşadıqca yeni patogenlər hər zaman ortaya çıxa bilər. Fərdi insanlar, ya da kiçik qruplar üçün dünya miqyasında meşə yanğını kimi yayılacaq xəstəliklər yaratmaq daha asan hala çevrilir. Dünya hökumətləri 30 milyon insanı öldürə biləcək “silahların” hazırlanması mərhələsindədir. Bu təhdidə təcili hazırlaşmaq vacibdir. Dünya müharibə üçün hazırladığı önləmləri pandemik xəstəliklər üçün də istifadə etməlidir”.

Aysel Aslan

araz.az xəbər portalı.